XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 11:00

Tramp üçün yeni sınaq:Las-Veqasdakı atışmadan sonra ABŞ lideri ona pul verən əli kəsəcəkmi? - TƏHLİL

Anni Karni

“Politico” (ABŞ)

 

Prezident Donald Trampın ölkədə ən ölümcül kütləvi qırğına reaksiyası – Diplomatik Otaqda, Cənub çəmənində bir dəqiqəlik sükut anı və “Twitter”də bəyanat – övqəladə vəziyyətin doğurduğu “yanğın”a su səpməyib.

Trampın sözləri və hərəkətlərinə həm demokratlar, həm də respublikaçılar bu cür münasibət bildirib: Milli Atıcılar Assosiasiyasına dəstək verən istənilən digər prezident də belə edərdi. Trampın "şər aktı"na qarşı vəhdət çağırışı silah qanunlarına dair siyasi müzakirələrlə üst-üstə düşüb.

Dövlətə başçılıq etdiyi ilk doqquz ay ərzində Trampın qarşılaşdıqları böhranların əksəriyyətinin baiskarı özüdür. Bazar ertəsi, gecə Las-Veqasdakı konsertdə ən azı 59 nəfərin öldüyü və 500-dən çox adamın yaralandığı atışma onun liderliyi üçün yeni sınaqdır.

Önümüzdəki günlərdə, faciə ilə əlaqədar “başsağlığı pəncərəsi” açıq qaldıqda, Tramp ilk böyük kütləvi qırğınla bağlı siyasi çəkişmələrə baş vurmağa məcbur olacaq.

Amerikada kütləvi atışmalar həmişə immiqrasiya, terrorizm və zorakılığa qarşı milli hesablaşma anları olub. İndiki halda, atıcının aydın bir səbəbi olmadığından, müzakirə qısa zamanda bir mövzu doğurub və Trampın məsləhətçiləri ilk 24 saatda hadisəyə cavab tapmadığından bu müzakirəyə qoşulub – silahla bağlı təhlükəsizlik tədbirləri.

Artıq bəzi mötədil hakim respublikaçılar bu ümidi bildiriblər ki, atışma Trampı Ağ Evə təqdim olunan, silah səsboğucularının satışına məhdudiyyətlərin azaldılmasına dair qanun layihəsinə qarşı çıxmağa sövq edəcək.

Bu qanun layihəsinin tərəfdarlarının iddiaları hətta həris ovçular arasında mübahisə doğurub. Qanun layihəsinə qarşı çıxan bəzi respublikaçılar deyir ki, bu, silahların təhlükəsizliyinə dair məsələdə Trampa siyasi fürsət qazandıracaq.

Arizonadan olan respublikaçı senator Con Makkeynin köhnə məsləhətçisi Con Uiver deyir: "Silah səsboğucuları haqqında qanun layihəsi heç kimi maraqlandırmır. Tramp da bir dəfə öyünüb ki, "Fayv anenyu"dakı pəncərəsindən kimə desən, atəş aça bilər və heç kimin bundan xəbəri olmaz. Amma indi Las-Veqasdakı atışma işığında səsboğucular haqqında qanun layihəsinə veto qoyaraq o, insan həyatlarını xilas edə bilər".

Ancaq Tramp üçün bu, çətin addım olardı, o, silaha sahib olma hüquqlarını dəstəkləyib, ötənilki seçkilər zamanı “tapança lobbisi”nin köməyini alıb. 2016-cı ildə əsas siyasi qruplar respublikaçı namizəddən qaçarkən, o, Trampın kampaniyası üçün televiziya reklamlarına 6 milyon dollardan çox “pul töküb”…

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə