XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2017 - 13:50

QATİLLƏR VƏ QƏTLLƏR ÖLKƏSİ:ABŞ-da hər il 30 min nəfər odlu silahla öldürülür, 100 min nəfər yaralanır... - ŞOK STATİSTİKA

Las-Veqasda silah mağazası

 

Tom Makkarti, Luis Bekket, Cessika Qlenza

"The Guardian" (Böyük Britaniya)


ABŞ təkcə odlu silah sahibi olan vətəndaşların sayına görə dünya lideri deyil. İnkişaf etmiş istənilən başa ölkədənsə, Amerikada kütləvi gülləbaran 11 dəfə tez-tez baş verir.

2014-cü ildə Beynəlxalq Kriminologiya Jurnalında (International Journal of Criminal Justice Sciences) dərc edilmiş araşdırmann müəllifləri məhz bu cür qənaətə gəliblər.

Aşağıda əsas faktlar və ABŞ-da odlu silah sahibliyi və bu cür silah işlətməklə həyata keçirilən cinayətlərə aid statistik məlumatlar göstərilib. Biz qət etdik ki, bu rəqəmlər bazar günü Las-Veqasda musiqi festivalında baş vermiş və qurbanların sayı üzrə ABŞ-da ən böyüyü olan böyük kütləvi gülləbaranın işığında yararlı görünə bilər.

 

100 adama 88 ədəd odlu silah

Bu baxımdan dünyada birinci yer tutan Amerikada adambaşına düşən silah miqdarı göstəriciləri məhz bu cürdür. BMT-nin narkotiklər və cinayət üzrə İdarəsinin 2012-ci il üçün illik hesabatında gətirilən nəticələr bundan xəbər verir. İkinci yeri hər 100 adama 54,8 vahid odlu silah düşən Yəmən tutur.

 

Təxminən, yarısı

Dünyada mülki şəxslərin malik olduğu odlu silahların sayının, demək olar, yarısı ABŞ-ın payına düşür. 2007-ci il araşdırmasına əsasən, mülki şəxslərə məxsus odlu silahlarn 35-50%-i əhalisi planet əhalisinin 5%-dən azını təşkil edən ABŞ-ın payına düşür.

 

30 mindən çox

Bu, hər il odlu silah yarasından ölən amerikalıların sayıdır. Bu ölümlərin, təxminən, üçdə ikisi intihardır.

 

100 mindən çox

Bu, hər il odlu silahdan yararlanan adamların sayıdır – nəticələri “Health Affairs” dərgisində dərc edilmiş araşdırma bundan xəbər verir.

 

25 dəfə

Silah haqda qanunun sərtləşdirilməsi tərəfdarlarının sözlərinə görə, “Amerikada odlu silah yarasından ölüm ehtimalı başqa inkişaf etmiş ölkələrdəkindən 25 dəfə yuxarıdır”.

 

70%

FTB statistikasına əsasən, bu, yüngül odlu silahın qətl aləti olduğu, odlu silah işlədilmiş qətllərdir.

 

71%

1994-cü ildən bəri amerikalılara məxsus odlu silahların sayı məhz bu qədər artıb.

 

3%

Bu, ABŞ-dakı odlu silahların ümumilikdə yarısının mənsub olduğu adamların payıdır. Bu haqda Harvard və Şimali-Şərq Universitetinin apardığı araşdırma haqda dərc edilməmiş hesabatda deyilir. Bu qrupun ardınca silahların “supersahiblər” qrupu gəlir – təxminən, 8-dən 140 vahidədək odlu silahın mənsub olduğu 7,7 milyon amerikalı.

 

2,8 milyard dollar

Bu araşdırmaya əsasən, hər il odlu silah yaralarının müalicəsinə məhz bu qədər pul xərclənir. Müəlliflərin iddia etdikləri kimi, müalicə xərcləri itirilmiş maaşların üzərinə gəlinsə, hər il odlu silah işlətməklə baş verən cinayətlər ABŞ-a 45 milyard dollara oturur.

 

Milyon dollardan çox

Odlu silahla işlənən cinayətlərin qabağını almağa həsr edilmiş araşdırmanın maliyyələşdirilməsinə bir həkim məhz bu miqdarda pul sərf edib. Milli Atıcılıq Assosiasiyası bundan sonra bu cür araşdırmalara xərclərin azaldılmasına nail olub.

 

73%

Bu, 2016-cı ildə odlu silah işlətməklə həyata keçirilmiş qətllərin payıdır. FTB statistikasına əsasən, bu göstərici 2016-cı ildə rekord həddə çatıb. ABŞ-da qətllərin sayı keçmişdəki rekordlarla müqayisədə xeyli azalsa da, odlu silah işlədilən qətllərin payı çoxalıb.

 

400 min ədəd

ABŞ-da hər il oğurlanan odlu silahın sayı bu qədərdir. Harvard və Şimali-şərq universitetinin apardığı araşdırma haqda dərc edilməmiş hesabatda da bundan danışılır. Başqa bir araşdırmanın nəticələrinə əsasən, bu rəqəm, təqribən, 230 min ədəd silah təşkil edir.

 

32%

Bu, 2015-ci ildə şəxsən silah sahibi olduqlarını bildirən amerikalı kişilərin sayıdır. Bu göstərici 1994-cü illə müqayisədə 10% azalıb.

 

12%

Bu, 2015-ci ildə şəxsən silah sahibi olduqlarını bildirən amerikalı qadınların sayıdır. Göstərici 1994-cü illə müqayisədə 3% azalıb.

 

127

Bu, “The Guardian”-ın analizinə əsasən, 2015-ci ildə odlu silah işlətməklə qətllərin yarısının düşdüyü Amerika şəhərlərinin sayıdır.

 

Dörddə birdən az

Amerikanın bu 127 şəhərinə düşən əhalinin payı.

 

Tərcümə Strateq.az-ındır.