XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2017 - 18:46

TÜRKİYƏ-RUSİYA ƏLAQƏLƏRİ:Kremllə uzlaşma Türkiyəni yenidən mühüm oyunçuya çevirir - TƏHLİL

Ömər Çolakoğlu

“Anadolu News Agency” (Türkiyə)

 

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də Türkiyəyə səfər edib. Bu ziyarət “SU-24” rus bombardmançısının 24 noyabr 2015-ci ildə türk “F-16”-sı tərəfindən vurulması ilə yaşanan gərginlikdən sonra başlayan normallaşma prosesində Putinin Türkiyəyə ikinci səfəri və iki liderin son bir ildə beşinci görüşü idi.

Suriya və İraq məsələləri də daxil olmaqla, liderlərin gündəmində müxtəlif mövzular vardı. Lakin İraq Kürdüstanı Regional Rəhbərliyinin (İKRR) müstəqillik referendumu və Türkiyənin “S-400” müdafiə sistemlərini satın alması məsələlərinin önə çıxması gözlənilərkən, bəzi digər siyasi-iqtisadi məsələlərlə yanaşı, ikitərəfli ticarət də müzakirə olunub.

 

Əlaqələr böhrandan əvvəlki səviyyəyə çatıb

 

Türkiyə-Rusiya əlaqələrinin müasir tarixinə baxdıqda, 1990-cı illərin ortalarından 2015-ci ildə rus təyyarəsinin vurulmasına qədər ikitərəfli əlaqələr artan şəkildə inkişaf edib. Türkiyə və Rusiya bu dövrdə ikitərəfli əlaqələri strateji ortaqlıq səviyyəsinə yüksəltməyi bacararaq bir-birlərinə daha da yaxınlaşıblar. Bununla birlikdə, iki ölkənin Yaxın Şərq məsələlərində böyüyən ixtilafların və xüsusilə də “təyyarə olayı”nın Türk-Rus əlaqələrinə birbaşa mənfi nəticələri olub.

Bölgədə artan münaqişələrin səbəb olduğu rəqabət və etibarsızlıq, siyasi-iqtisadi və təhlükəsizliklə əlaqədar sahələrdə hər hansı bir yaxşılaşmanın yaşanması ehtimalını ortadan qaldırıb. Eyni zamanda, Qərblə Rusiya arasındakı artan gərginlik artıq zəif regional tarazlığı pozub. Ankara bu tənlikdə tələyə düşüb.

Türkiyə-Rusiya ikitərəfli əlaqələri prezident Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə üzrxahlıq məktubu göndərməsindən bu yana yenidən və kəsilməz inkişafa başlayıb. Ərdoğan məktubundan və çevriliş cəhdindən sonra ilk xarici səfərini edib. Bu səfər Türk-Rus əlaqələrində "Annus horribilis" (“Qorxunc il”) adlandırılan, az qala doqquz aylıq qopmadan sonra ikitərəfli əlaqələrin toparlanması naminə əhəmiyyətli dönüş nöqtəsi olub.

Həm liderlər, həm də Peterburqdakı görüş sonrası iki ölkəni maraqlandıran bütün mövzularda möhkəm və quruluşçu bir dialoqun inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb və böhrandan əvvəli səviyyəyə daşımaq üçün yol xəritəsi hazırlanıb. Üstəlik bölgədəki problemlərin ortaq təşəbbüslərlə həll edilməsi lazım olduğunu qəbul edərək, bunun Türkiyə və Rusiyanın hamiliyi altında reallaşacağını ifadə edilib.

 

Strateji layihələrdə uzlaşma

 

Hər iki lider iş dünyasında ticarət və investisiya maneələrini aradan qaldırılmağa davam edəcəyini qəbul edib. Bu prosesin iki lokomotiv layihəsi böyük ehtimalla böyük enerji layihələri olacaq: “Türk Axını” və Akkuyu nüvə stansiyası.

Putin: "Bu iki strateji layihənin detallarını tam araşdırdıq", – deyərək Rusiyanın inşa etdiyi Türkiyənin ilk nüvə reaktorunun qısa müddətdə fəaliyyətə keçməsini ümid etdiklərini ifadə edib.

Liderlər “S-400” raket sistemlərinin çatdırılmasına dair heç bir açıqlama verməyiblər. Ancaq Ərdoğan, Türkiyənin Qərb müttəfiqlərinin dilə gətirdiyi güclü tənqidlərə və narahatlıqlara baxmayaraq, satınalma əməliyyatının reallaşmış olduğunu onsuz da açıqlamışdı.

Görüşün sonunda tərəflərin, İraq və Suriya daxil olmaqla, regional mövzuları müzakirə etdiyi və hər iki ölkənin ərazi bütövlüyünün qorunması mövzusunda razı qaldığı eşitdirilib. Suriya və Şimali İraq məsələləri bu gün Türkiyə xarici siyasəti baxımından, yalnız Ankaranın Qərb və Rusiyayla diplomatik və təhlükəsizlik əlaqələri kontekstində deyil, Türkiyənin regional mövqeyinə və ölkə içindəki proseslərə olan təsirlərinə görə ən əhəmiyyətli təhlükəsizlik mövzusunu təşkil edir.

Rusiya və Türkiyə İranla birlikdə Suriyadakı münaqişəsiz bölgələr yaratmaq üçün çalışırlar. Bu bölgələrdə çatların azaldılması üzərində müsbət təsirlər olduğu bilinir. Ərdoğan Suriyanın şimalında, Türkiyə sərhədindəki İdlib vilayətində hərbisizləşdirilən zonanın yaradılmasının Suriyada siyasi həllin əldə edilməsinə qatqı verəcək ortaq siyasi bir iradənin vacibliyini vurğulayıb.

 

Suriya böhranı və Türkiyənin prioritetləri

 

Türk hökuməti Suriya qaynaqlı çox sayda problemdən əziyyət çəkir: PKK-ın  davamı olan terrorist strukturlar PYD/YPG-nin yenidən beynəlxalq aktyor olaraq ortaya çıxması, “əl-Qaidə”dən törəmiş qrupların Türkiyə sərhədlərindəki varlığı, İŞİD-in məğlub edilməsindən sonra sünni əhalinin olduğu bölgələrin aqibəti, Bəşər Əsəd rejimi, qaçqınların vəziyyəti və Suriyada olan Türkiyə tərəfdarı müxalifətin gələcəyi.

Bu prioritetlər arasında Türkiyə üçün ən öndə olan narahatlıq Suriya böhranının başlanğıcından bu yana ABŞ və Rusiyanın PYD/YPG-yə hərbi, diplomatik və siyasi dəstək vermələridir.

Türk-Rus əlaqələrinin normallaşmasından bu yana türk səlahiyyətlilər ABŞ-ın PKK davamı olan Suriyadakı digər təşkilatlara silah-sursat tədarükündən narahatlığı daha yüksək səslə ifadə etməyə başlayıblar.

Rəsmilər bildirirlər ki, Rusiya bu məsələyə Ankaranın həssaslıqlarını daha yaxşı başa düşür. Suriya böhranı həll edilmədiyi müddətdə Rusiya Türkiyənin Suriyadakı mənfəətlərini əldə etməsində tarazlayıcı bir rol oynayacaq.

Türk qəraralıcıları ABŞ-ı Suriyada YPG-yə dair rəftarını dəyişdirməyə məcbur etmək üçün Rus dəstəyinə ehtiyac duyduqlarını irəli sürə bilər. Kürd məsələsinin Türkiyə baxımından təyinedici məsələ olmağı müddətdə ABŞ-ın PYD/YPG-yə rəftarı dəyişmədiyi müddətcə Türkiyənin Yaxın Şərqdəki xarici siyasətini şəkilləndirmədə Rusiyanın güclü və təyinedici rol oynaması gözlənilir.

Hadisələrin axını və Ankaranın diplomatik təşəbbüsləri Suriyada Türkiyə ilə yanaşı, İran və Rusiyanı saxlamağa çalışan türk səlahiyyətlilərinə işarə edir. Bu münasibət hər üç tərəfin də bölgədə uzun zamandır davam edən geosiyasi rəqabətinin nəticəsidir və bu da aralarında zaman-zaman ortaya çıxan anlaşılmazlıqları və əməkdaşlığı istiqamətləndirən ünsürdür.

Cari proseslər Türkiyəni Suriya müharibəsində sahədə yenidən bir aktyor halına gətirir. Ancaq Ankara və Moskvanın Qərblə münasibətlərində mühüm amil olub. Ümumi dəyərləndirmə ilə Türkiyənin xarici siyasəti üçün çətin bir imtahan xüsusiyyətindəki bu kompleks əlaqələr şəbəkəsi bu siyasətin yaradıcılarını Türk xarici siyasətini davamlı dəyişən şərtlərə görə aktuallaşdırmağa məcbur edir.

 

Tərcümə: Strateq.az