XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Oktyabr 2017 - 16:58

Ərdoğan viza qalmaqalı ilə bağlı ABŞ-ın Ankaradakı səfirini “vurdu”:"Bu agentləri konsulluğa kim soxub?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyada ABŞ-la yaşanan viza böhranı haqda önəmli açıqlamalar verib.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan gərginliyi Amerikanın başlatdığını deyib:

 "Əvvəlcə deyim ki, bu krizi biz başlatmadıq. Bu problemin günahkarı ABŞ-ın birbaşa özüdür. Baxın, ABŞ-ın yüksək səviyyəli məmurları bizim Xarici işlər naziri ilə görüşmür, belə görüşmələrə artıq yadırğamışıq. Bütün bunlardan sonra ABŞ-ın Ankaradaki səfirinin durub belə bir qərar alması və daha sonra "bunu dövlətim adına aldım" deməsi düşündürücüdür.

Vəziyyət belədirsə, ABŞ-ın üst qurumları ilə danışacaq bir şeyimiz yoxdur. Yox, əgər əksinədirsə və bu qərar səfir tərəfindən özbaşına alınıbsa, onda həmin səfir bir dəqiqə belə saxlanılmamalıdır".

Ərdoğan daha sonra deyib ki, əgər Türkiyənin səfiri belə bir iş görsə, onu bir dəqiqə vəzifədə saxlamaz: "Sən necə Türkiyə – ABŞ münasibətlərini pozarsan? Sənə bu cür səlahiyyəti kim verdi?

ABŞ konsulluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə diplomatik toxunulmazlığı olmayan daha bir FETÖ əlaqəlisinin konsulluqda işlədiyi üzə çıxdı.

Görünür, bu konsulluqda nələrsə dönür. Bu agentlər ABŞ-ın konsulluğuna necə sızıb və ya kim onları ora soxdu?".

Ərdoğanın sözlərinə görə, heç bir dövlət bu cür agentlərə icazə və imkan verməz:

"Yenə deyirəm, Türkiyə bir qəbilə dövləti deyil. Əsrlərə söykənən bir dövlət ənənəmiz var. Bu səfir (ABŞ-ın Ankaradakı səfirini Con Bassı nəzərdə tutur- red.) vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmədik, çünki onu Amerikanın təmsilcisi olaraq görmürük".

Qeyd edək ki, ötən gün ABŞ-ın Ankaradakı səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. 

Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq, ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Strateq.az