XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 10:38

Rəsmi Vaşinqton Ərdoğanın səfirlə bağlı ittihamını rədd etdi:"Qərar Departament və Ağ Evlə koordinasiyalı şəkildə alınıb"

Dövlət Departamenti ABŞ-la Türkiyə arasında yaranmış viza böhranına rəsmi münasibət bildirib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti iki günlük səssizlikdən sonra bu gün mətbuat konfransı təşkil edib.

Mətbuat konfransında departamentin sözçüsü Hiza Nauert Türkiyəyə və Ərdoğana çox açıq mesajlar verib.

Nauert prezident Ərdoğanın hədəfə aldığı ABŞ-ın Ankaradakı səfri Con Bassın arxasında durduqlarını bəyan edərək, Türkiyəyə qarşı qərarın məsləhətləşmədən sonra verildiyini bildirib:  "Ankaradakı səfirimiz Con Bass ölkəmizin ən yaxşı diplomatlarından biridir. Səfir Bassın Türkiyədə vəzifə tutmasından qürur duyuruq. Türkiyəyə qarşı viza qərarına gəldikdə isə, bu qərar Departament və Ağ Evlə koordinasiyalı şəkildə alınıb". 

Departament sözçüsü konsulluq əməkdaşının həbsindən "rahatsız" olduqlarını qeyd edərək, Türkiyə iqtidarının niyə belə addım atmasının bəzi suallar yaratdığını vurğulayıb.

O, artan gərginiyin və münasibətlərin düzəlməsinin ABŞ-dan deyil, Türkiyədən aslı olduğunu bəyan edib: "Bundan sonrakı vəziyyət Türkiyənin atacağı addımlara bağlıdır".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ABŞ-a çox ciddi mesajlar verib:  "Əvvəlcə deyim ki, bu böhranı biz başlatmadıq. Bu problemin günahkarı ABŞ-ın özüdür. Baxın, ABŞ-ın yüskək çinli məmurları bizim Xarici işlər naziri ilə görüşmür, belə görüşmələri artıq yadırğamışıq. ABŞ-ın Ankaradaki bir səfirinin belə bir qərar alması və daha sonra "bunu dövlətim adına aldım" deməsi düşündürücüdür. 

Vəziyyət belədirsə, ABŞ-dakı üst qurumlarla danışacaq bir şeyimiz yoxdur. Yox, əgər vəziyyət əksinədirsə, bu qərar səfir tərəfindən özbaşına alınıbsa, onda həmin səfir bir dəqiqə belə saxlanılmamalıdır. Sən necə Türkiyə-ABŞ münasibətlərini pozarsan? ABŞ konsulluğundakı bir türk vətəndaşının FETÖ ilə bağlantısı aşkarlanıb və tutulub. Ardından isə daha bir FETÖ əlaqəlisinin orada olduğu üzə çıxdı. Görünür, bu konsulluqda nələrsə dönür. Bu agentlər ABŞ-ın konsulluğuna necə sızıb və ya kim onları ora soxub?

Yenə deyirəm, Türkiyə bir qəbilə dövləti deyil. Əsrlərə söykənən bir dövlət ənənəmiz var. Bu səfir (ABŞ-ın Ankaradakı səfirini nəzərdə tutur- red.) vida ziyarətlərinə başlayıb. Nazirlərimiz və mən o səfiri qəbul etmirik, onu Amerikanın təmsilcisi olaraq görmürük".

Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfriliyi bir neçə gün əvvəl Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M.Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək, həbs edilib. 

Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Və konsulluğun daha bir əməkdaşını FETÖ şübhəsi ittihamı ilə həbs etmək istəyib. Bu da gərginliyi daha da artırıb…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə