XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Oktyabr 2017 - 17:18

YAXIN ŞƏRQLİLƏR PUTİNİN AYAQLARI ALTINA QIRMIZI XALÇA ATIR –Kralın səfərindən sonra ərəb mediası Rusiyaya tərif yağdırır - TƏHLİL

Kristian Çesno

“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

 

Kral Salmanın Moskvaya tarixi səfəri Rusiyanın Yaxın Şərqdə mərkəzi rolunu vurğulayır.

Riyad tərəfindən “S-400” rus hava müdafiə sisteminin satın alınmasının elan edilməsi Vaşinqtonu hiddətləndirib. Səudiyyədən əvvəl də bir NATO üzvü eyni sistemə maraq göstərib. Qərblilər üçün bu yolverilməz xətadır!

Bu müqavilələr tam hərbi mənasından başqa, həm də Rusiyanın Yaxın Şərqdə artan rolunun yeni əlamətidir.

Rusiya ABŞ-ı Yaxın Şərqdə çıxışdırıb çıxarırmı?

Xeyr, amma artıq heç kimə biganə qalmayan sabit və effektiv diplomatiyanın meyvələrini toplamaqdadır. Digər tərəfdən, amerikalılar 2003-cü ildə İraqın işğalından bəri böyük səhvlərə yol verib və hər şeydən əvvəl 2011-ci ilin “Ərəb baharı”ndan bəri tərəddüdlü görünürlər.

Könülsüz, amma ABŞ-ın laqeyd və qeyri-müəyyən siyasətindən pərişan olan regional aktyorlar artıq Moskva ilə əlaqələrini gücləndirməkdən çəkinmirlər.

Daha pisi budur ki, onlar heç bir strateji baxışa malik deyillər. "ABŞ-ın Suriya və İraqda İŞİD-in iflasından sonra nə edəcəyi barədə heç bir fikri yoxdur", – deyə Fransanın yüksək rütbəli zabiti deyir.

Ruslar regional təsiri artırırlar. Suriyadakı vətəndaş müharibəsi onlar üçün fürsət idi. Nəhayət, kiçik hərbi resurslarla Bəşər Əsəd rejimi xilas edilib.

Onların müdaxiləsi barədə rəylər müsbətdir. İnsan itkiləri azdır. Əsl döyüş şəraitində hərbi birləşməni tam həcmdə işə salmırlar. Tartusda daimi dəniz bazaları var.

Diplomatik səviyyədə Suriya rejimi ilə müxalifət arasındakı danışıqların açarı – ruslardır. Bir sözlə, Moskva uzun müddət Suriyada olacaq.

Ancaq daha prinsipial olan Rusiyanın bölgənin bütün ölkələrinə son dərəcə güclü mesajıdır. Bu köhnə müttəfiqləri vəlvələyə salıb! “Amerikalılar nə edir? “Ərəb baharı” zamanı Hüsnü Mübarəkə tək qoydular…”

Barak Obamanın Asiyaya dair strateji planına əsasən, ABŞ diplomatiyasının bölgədə iki vəzifəsi vardı: İsrailin qorunması və İrana qarşı qərəz; yəhudi dövlətini hər vasitə ilə qorumaq və Tehrana maneə törətmək.

Donald Tramp ilə bu gün Amerika hakimiyyəti həm gözlənilməz, həm də mübahisəlidir. Hər halda soruşulur: Yaxın Şərqə onun baxışı necədir? Onun prioritetləri nədir?

Dövlət Departamentinin diplomatları aydın və ardıcıl şəkildə cavab verməkdə çətinlik çəkirlər.

Nəticədə, bölgənin böyük dövlətləri Moskvaya daha çox üz tuturlar. İraq və Misir, Liviyada marşal Həftarla əlaqələr qurulub. Suriya kürdləri Rusiya paytaxtında nümayəndəlik açıb və Afrin kantonunda rus əsgərləri vardı.

Hətta Körfəzdə liderlər indi Rusiyanı əhəmiyyətli tərəfdaş kimi görürlər. Bu, bir neçə il əvvəl vacib deyildi. Buna təəssüflənmək və ya sevinmək mümkündür, amma Rusiya rəhbərliyi "nə deyirsə onu da edir".

Aydındır ki, ruslarda Birləşmiş Ştatların maliyyə-iqtisadi gücü yoxdur. Rusiya Vaşinqtonla “məşğul olmalı”dır. Çünki bölgədə diplomatik və hərbi iştirakı Rusiyanı daha çox təhlükə riskinə məruz qoyur.

Yaxın Şərq və Orta Asiyadan gələn terror təhlükəsi artır. Lakin bunun sayəsində həm amerikalılar, həm də avropalılarda Vladimir Putinin terrorizmlə mübarizə siyasətinə haqq qazandırırlar.

Moskva bu gün müharibə cəngindəki Yaxın Şərqin mərkəzində mövcudluğunu möhkəmləndirmək və davam etdirməkdir.

 

Tərcümə: Strateq.az