XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2017 - 19:22

Kərkük uğrunda böyük savaş təhlükəsi:PKK peşmərgəyə dəstək üçün şəhərə girdi; İraq ordusu və "Haşdi Şabi" bölgəyə əlavə qüvvə gətirir...

İraqın Kərkük şəhəri uğrunda mərkəzi hökumətlə kürd muxtariyyəti arasında gərginik getdikcə yüksəlir.

Strateq.az xəbər verir ki, İraqın baş naziri Heydər əl- Abadi Kürd Muxtariyyətinə hücum olunacağı haqda xəbərlərə dövlət televiziyasına açıqlamasında aydınlıq gətirib.

O, "kürdlərlə savaşmayacağıq" desə də, İraqın birliyini qorumağın əsas vəzifələri olduğunu bidirib: "Konstitusiyanın bütün ölkə üzrə tətbiq olunması, vətəndaşların təhlükəsizliyi, ərazi bütövlüyümüz və milli sərvətimizin qorunması bizim əsas vəzifəmiz və birbaşa işimizdir".

Maraqlıdır ki, baş nazir "kürdlərlə savaşmayacağıq" desə də, bölgədəki real vəziyyət fərqli müstəvidə cərəyan edir.

Belə ki, mərkəzi hökumət Kərkükün ətrafına 3 minlik hərbi qüvvə yeridib. Həmin qüvvələrin Kərkükə 15 km-lik məsafədə mövqe seçərək, hücum əmri gözlədikləri deyilir. 

Paralel olaraq İraq mərkəzi hökumətini dəstəkləyən İranmeylli "Haşdi Şabi" qruplaşması da son üç gündə Kərkükün şimal qərbinə ağır silahlarla təchiz edilmiş xeyli canlı qüvvə cəmləşdirib. Bəzi məlumatara görə, onların sayı 7 min nəfərdən çoxdur və hələ də əlavə qüvvələrin gətirilməsi davam edir.

Xəbərə görə, "Haşdi Şabi" qüvvələri ilə peşmərgə arasındakı məsafə artıq 500 metrə çatıb və hər an toqquşma baş verə bilər. 

Bu arada isə "DHA"ya açıqlama verən İraq Türkmən Cəbhəsinin Kərkük üzrə rəhbəri Mehmet Seman Ağaoğlu bildirib ki, hazırda şəhərdə vəziyyət çox gərgindir: "Artıq PKK terror təşkilatı da 700 nəfərlik xüsusi təlim keçmiş silahlı qüvvə ilə peşmərgəyə dəstək üçün Kərkükə girib". 

"Haşdi Şabi"yə daxil olan türkmən qüvvələrinin komandanı isə "Əgər Kərkükdəki türkmənlərə hücum olarsa, peşmərgə bunun cavabını dərhal alar" – deyə təhdid xarakterli bəyanat yayıb… 

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə