XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 05:00

PUTİNƏ ALIŞMIŞ RUSİYA:O OLMASA, BƏS KİM? - TƏHLİL

“Nezavisimaya qazeta”, Rusiya

 

“Левада-Центр”in 2018-ci ilin prezident seçkilərinə həsr edilmiş son sorğusu göstərir ki, bu kampaniyada, mahiyyət etibarilə, yalnız bir real namizəd var: hələlik öz namizədliyini  açıq elan etməyən, eyni zamanda jurnalistlərə ümumiyyətlə seçkilərdə iştirakı haqqında hələlik qərar qəbul etmədiyini bildirən hazırkı dövlət başçısı Vladimir Putin.

"Левада-Центр”in məlumatına əsasən, rəyi soruşulanların 52%-i, səsverməyə gedəcəyinə artıq qərar verənlərin isə 64%-i Putini dəstəkləməyə hazırdır. Digər namizədlər isə tanınma və statistik xəta həddində qalırlar.

Vladimir Putin bu yaxınlarda izah etdi ki, öz namizədliyini irəli sürməyə tələsmir, çünki yerlərdə məmurların özünü buraxmasını, işləmək istəməməsini, ancaq seçkilər və onun nəticələri haqqında düşünməsini istəmir. Lakin ölkə lideri kampaniyanın startına altı ay qalmış onda iştirak etməyə biləcəyinə dair işarə vurursa, bu, çətin ki, məmurları sakitləşdirsin.

Seçicilərə gəldikdə isə, Putinin potensial olaraq seçkilərdə iştirak etməməsi onları çaşdırır. “Левада-Центр”ə görə, əgər hazırkı dövlət başçısı qəfildən öz namizədliyini irəli sürməkdən imtina edərsə, o halda kimi prezident görmək istədikləri haqda suala rəyi soruşulanların 55%-i cavab verməkdə çətinlik çəkiblər.

Bu sorğunun lideri isə Dmitri Medvedevdir, ancaq onun tərəfdarı cəmi 8%-dir, bu da Vladimir JirinovskiSergey Şoyqu tərəfdarlarından cəmi 2% çoxdur.

Bununla yanaşı, rəyi soruşulanların 41% -i bildirib ki, ya ümmumiyyətlə seçkiyə getməyəcək (9%), ya gedib-getməyəcəyinə hələ qərar verməyib (9%), ya da kimə səs verəcəyini, – hətta Putinin namizədliyi olsa da, – bilmir (23%).

41% – bu, prezidentin özünün reytinqi ilə tamamilə müqayisə oluna biləcək paydır.

Yekunda, söhbət mövcud hakimiyyətin siyasi alternativinə tələbdən gedir. Demək olmaz ki, 41% təminatlı şəkildə seçkilərə buraxılan, real gündəliyi olan, tanınan, TV-də çıxış edən müxalifətçiyə səs verərdi. İnsanlar rəqabətin, siyasi mübarizənin olmadığı şəraitdə, sadəcə olaraq məntəqələrə getməyə və Putini dəstəkləməyə zərurət görmürlər. Qarşıdan gələn seçkilərdə – referendumda onun qələbəsi onlara öncədən məlum olan kimi görünür. Bu halda onlar tamamilə Putinə minnətdar ola, onu sabitliyin təminatçısı hesab edə bilərlər. Real alternativin varlığı, onları sabitliyi, daha dəqiq desək, onun haqqındakı Təsəvvürlərini qorumağa məcbur edərdi.

Görünüşə görə, hakimiyyətin seçkilərə buraxmaq niyyətində olmadığı Aleksey Navalnı, çətin ki, “Левада-Центр”in sorğusunun nəticələrini öz xeyrinə şərh edə bilsin. Aleksey Navalnının adı, Ümumrusiya İctima Rəyi Öyrənmə Mərkəzinin oxşar sorğularında olduğu kimi, bu sorğuda keçir, televiziya blokadasını və hakimiyyət nümayəndələrinin onu adı ilə çağırmaqdan faktiki imtina etməsini də nəzərə alsaq, onun nəticələrini aralıq uğur adlandırmaq olar. Lakin Navalnının reytinqi aşağıdır – 2% həddindədir.

Əlbəttə, seçkilərə buraxılan Navalnını hakimiyyət sabitliyə təhdid kimi təqdim edə bilər. Bu halda seçimini etməmiş vətəndaşların bir hissəsi, ehtimal ki, onu deyil, Putini dəstəklyərdi. Siyasi alternativ tələbini formalaşdıran seçicilərin əhəmiyyətli hissəsini Navalnının leqallaşdırılması, yəqin ki, qane edərdi. Ancaq onları istənilən digər açıqlanmış namizəd də, deyək ki, Dmitri Qudkov da qane edərdi. “Левада-Центр”in sosioloqlarının məlumatları haqqında söhbəti bitirərkən, qeyd edək ki, siyasi alternativə olan tələbi məhz Aleksey Navalnının namizədliyinin leqallaşdırılması ilə eyniləşdirmək olmaz.

41% – bu, hakimiyyətin özünün yeni tip legitimliyinə olan, 2012-2013-cü illərdə, guya ki, meynstrim  (ing. mainstream — “əsas cərəyan”) olmağa başlayan, lakin tədricən yerini köhnə “rəqabətin məhdudlaşdırılması” praktikasına verən tələbdir. Əgər Putin işlərdən uzaqlaşmaq istərsə, 55% vətəndaşın kimi prezident görmək istədiyini bilməməsi, sadəcə olaraq siyasi təklifin böhranının əks olunması deyil, həm də Rusiya siyasətinin özünün anomallığının təsbitidir. Ölkədə yalnız bir siyasətçi var – o da Putindir və nə vaxta qədər ki, Putin açıq şəkildə (ona) “xeyir-dua” verməyib, digər siyasətçi ortaya çıxmayacaq.

Tərcümə Strateq.az-ındır