XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 11:24

DAVUDOĞLUDAN SONRA QALAN BOŞLUQ –"Balkanlar Gülənin deyil, mənim ovlağımdır” - TƏHLİL

Dimitar Beçev

“Al-Jazeera” (Qətər)

 

Tarixi imperiyaların qayıdışı uzun zamandır Qərb yazarlarının Balkanlara dair qələmə aldığı yazıların sevimli mövzusudur. Onlar deyir ki, böhranlı Avropa İttifaqı zəmini itirir, Rusiya və Türkiyə isə bu boşluğu doldurur.

Əhməd Davudoğlunun Türkiyənin imperial mirasından ilhamlanan provakativ xarici siyasət üçün iddia hazırladığı “Strateji dərinlik” kitabı demək olar ki, bütün Balkan dillərinə tərcümə olunub və "neo-Osmanlılıq" (“Yeni Osmanlı”) heç kimin dilindən düşmür. Ankaranın geosiyasi istəkləri və yerli müsəlman icmaları ilə yenidən qurulan əlaqələri haqqında bədniyyətli danışmayan yoxdur. Hətta ABŞ diplomatları Balkanlarda Türkiyənin ambisiyaları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Ancaq prezident Rəcəb Tayyib Ərdoğanın Serbiyaya səfərində “Yeni Osmanlı" ambisiyaları tapmaq çətindir. Serbiya tarixi müttəfiqindən çox uzaqdadır və Osmanlı sultanlarının (Qanuni Süleymanın əzəmətli dövründən bəhs edən “Möhəşəm yüzil” türk teleserialının məşhurluğuna baxmayaraq) xiffətini çəkmir.

Bu səfər daha çox praktik məqsədi daşıyır. Serbiya hökuməti ilə 2009-cu ildə başa çatan iki ölkə arasında azad ticarət müqaviləsi də daxil olmaqla, on iki yeni saziş imzalanıb. Prezident Aleksandar Vuciçlə birlikdə Ərdoğan iki ölkə arasında illik ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağa söz verib. Serbiya, Bosniya və Kosovo kimi “qohum” ölkələri qabaqlayaraq, keçmiş Yuqoslaviyada Türkiyənin ən əhəmiyyətli bazarıdır.

Bu, İslamın və Osmanlı keçmişinin rolunu ləğv etmir. Ərdoğanın oktyabrın 11-də Sandzakın müsəlman əksəriyyətə malik bölgəsinə səfəri onun üzərinə Türk respublikasının sərhədlərini aşan bir cəmiyyətin lideri vəzifəsini qoyur.

Serbiya və Çernaqoriya (Monteneqro) arasındakı Sandzak bölgəsinin paytaxtı Novi Pazar, Türkiyə prezidentinin siması ilə bəzənən bilbordlarla örtülmüş və onların üzərində böyük hərflərlə "hosgeldiniz" ("xoş gəlmisiniz") yazılmışdı.

"Tito yalnız bir dəfə bizi ziyarət etməyə gəldi. Ərdoğan isə ikinci dəfədir gəlir, – deyə bir yerli sakin “Əl-Cəzirə”yə bildirib. – Novi-Pazarda elə ailə yoxdur ki, Türkiyədə qohumu olmasın”.

Amma Ərdoğanın Sandzak ziyarətində başlıca narahatlığı köhnə müttəfiqi, 2016-cı ilin iyul ayında çevriliş cəhdini təşkil etməkdə günahlandıran rəqibi Fəthullah Gülənə qarşı döyüşdür. İndi Ankara tərəfindən terror təşkilatı hesab edilən Gülənçi şəbəkənin, Novi Pazar da daxil olmaqla, keçmiş Yuqoslaviyada bir sıra məktəblər və humanitar təşkilatları fəaliyyət göstərir. Şəbəkə türk “yumşaq güc”ünün xaricdəki avanqardı idi, amma indi Türkiyə hökuməti Bosniyada, Gürcüstanda və ya Orta Asiyada, harada olursa-olsun onu dağıtmaq istəyir. Ərdoğanın Novi Pazardakı mesajı açıq idi: “Sandzak – Gülənin deyil, mənim ovlağımdır”.

Ərdoğanın Aleksandar Vuçiçin simasında özünə tərəfdaş tapdığı diqqət çəkir. Serbiya prezidenti 1990-cı illərin ultramilliyyətçi Radikal Partiyasının üzvü və Slobodan Miloseviçin informasiya naziri idi. Ancaq indi o, praqmatizmin səsidir: "Bu, 1389-cü il deyil. Serbiya və Türkiyə dost ölkələrdir".

O, Kosovo düzündə serb və Osmanlı ordusunun vuruşunu nəzərdə tuturdu.

Vuçiç indi Aİ-yə inteqrasiya tərəfdarıdır, həm NATO, həm də Rusiya ilə əlaqələri artırır, Körfəzdən sərmayəyə qapı açır, hətta Çin və Şərqi Avropa ölkələrinin illik zirvəsinə (“16+1 təşəbbüsü”) ev sahibliyi edir. Türkiyə – Vuçiçin papağında başqa bir lələkdir; onun xarici siyasətinin çoxyönlü olması Broz Tito dövrünə uyğundur.

Serbiya millətçiləri Ərdoğanın ABŞ və Aİ ilə döyüşlərini və Putinlə çiçəklənən dostluğu təqdir edirlər. Vuçiçin güclü taktikası ilə Ərdoğanın avtoritar üslubu arasında paralellər çəkilir.

Türkiyə təhdid deyil, ortaq bir tərəfdaş kimi görülür, çünki onun alətləri çox dəqiq düzəldilib. 2009-10-cu illərdə xarici işlər naziri Davudoğlu, xüsusilə Bosniyada Qərb Balkanların əsas vasitəçisi olmaq ambisiyalarını gizlətmirdi. Belqrad və Saraybosna tərəfdarları ilə yanaşı qurduğu üç yollu təşəbbüs hələ də canlıdır, lakin onun təsiri simvolikdir.

Türkiyə artıq Suriya və Yaxın Şərqdə ən çətin problemlərinin qaynağına yönəlib. Balkanların əksəriyyəti AKP-nin tərəfindədir, Ərdoğanın partiyasından olan türklər seçkilər zamanı Makedoniya və Bolqarıstanda səsverməyə qatılıb.

Davudoğlu Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremic ilə dostluq edir və yay tətillərini Kosovada keçirdi. Artıq təqaüdçü olduğundan Balkan xalqları ilə əlaqələrdə çalışmaq istəyən başqa heç kim yoxdur.

Ərdoğanın səfəri Balkanları diqqət mərkəzinə gətirir, baxmayaraq ki, Türkiyənin maraqlarını uzun müddətə dəstəkləmək mümkün deyil.

Serbiya ilə güclü əlaqələr, şübhəsiz ki, "qonşuları ilə sıfır problemlər" adlı bir vaxtlar dəbdə olmuş doktrinanın unudulduğu dövrdə Türkiyə üçün bonusdur. Ancaq Ankara və ya Qərbi Balkanlar üçün oyun dəyişdirici xadim çatışmır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə