XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 17:47

SURİYADA ÜSYANÇI QRUPLARI HANSI AQİBƏT GÖZLƏYİR? –Onlar hamilərinin strateji məqsədinə uyğunlaşır – TƏHLİL

Samir Abbud

“Middle East Eye” (Böyük Britaniya)

 

Ağlasığmaz bir şey baş verib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Jubeyr Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb, Suriyanın ərazi bütövlüyü və dövlət qurumlarının qorunmasına dəstək verən birgə bəyanat qəbul olunub.

Bu iki şəxsin bir araya gəlməsi və Suriyadakı əməkdaşlığı müzakirə etmələrini bir neçə ay əvvəl təsəvvür eləmək qeyri-mümkün idi. Deməli, Suriya münaqişəsinin trayektoriyası dəyişib.

Rusiyanın Suriya müharibəsinə müdaxiləsindən sonra hərbi balans qətiyyətlə rejim qüvvələrinin lehinədir, regional aktyorlar isə yeni reallıqlara və Astanada yaradılan çərçivəyə uyğunlaşmağa məcbur olub.

Səudiyyə Ərəbistanı siyasətinə düzəlişində tək deyil. Silahlı və siyasi müxalifətin müxtəlif fraksiyalarının qızğın tərəfdarı olan Türkiyə də Suriyanın gələcəyinin zəmanətçisi olaraq Rusiya və İranla yanaşı durur.

 

Silahlı qrupların gələcəyi

 

Bu gün Suriyanın gələcəyi ilə bağlı üçtərəfli razılaşmanın dizaynı həyata keçirilir. Üsyançıların nəzarətində olan son əsas qalanın – İdlibin silahlı qruplardan təmizlənməsi və hərbisizləşdirilən zonanın yaradılması üçün Türkiyə hərəkətə keçib.

Öz sərhədində "terror dəhlizi"nin qapadılması niyyətində olan Türkiyə İdlibdə nəzarəti və məsuliyyəti boynuna götürüb.

Vilayətdə “Azad Suriya Ordusu”nun (ASO) irəliləyişi dəstəkləməyə başlayıb. Bu digər silahlı qrupların, xüsusilə də “Həyat Təhrir əl-Şam”ın (HTS) – “Cəbhat əl-Nusra” varisinin gələcəyi üçün nə deməkdir? İdlibdə hərbisizləşirilən zona yaratmaq üçün Türkiyənin müdaxiləsi “islamçı” silahlı müxalifətin ölümü deməkdirmi?

Bu, zəif ehtimaldır, çünki silahlı elementlərin, xüsusən də Türkiyə ilə əlaqəsi olan HTS və ASO briqadaları, gələcək muxtariyyət və müstəqillik ümidləri ilə bitişik ərazilər yaratmaq üçün kürd planlarına qarşı Türk siyasətini dəstəkləmək üçün səfərbər edilə bilər.

Önümüzdəki həftələrdə görəcəyimiz – HTS və ASO-nun ciddi parçalanması və İdlib əyalətindəki kürd adasının – Afrinin kürd qruplarından təmizlənməsidir.

 

Kürd problemi

 

Türkiyənin Suriyaya dair hesablamaları başlıca olaraq kürd məsələsinə yönəlib. Ötən il Türkiyə ASO ilə birlikdə YPG və İŞİD-in irəliləməsinə maneə törədib.

ASO Türkiyənin proksi qüvvəsi kimi çox faydalıdır. Bu gün ASO briqadaları İdlib əyalətindəki kürd anklavını – Afrini mühasirəyə alıb və Türkiyənin hərbi dəstəyi ilə irəliləyir.

Suriyadakı köhnə müttəfiqlərinin kürdlərin genişlənməsi və muxtariyyətin qarşısının alınması üçün türk siyasətini ciddi şəkildə təhlükə altına alacaq. Bununla bağlı əsas sual İdlib əməliyyatının “islamçı” qrupları birdəfəlik aradan qaldırıb-qaldırmayacağıdır. Türkiyənin köhnə tərəfdarı isə kürdlərə qarşı mübarizədə faydalı proksi qüvvə kimi qiymətləndirilir. Doğrudur, Türkiyənin ASO ilə yaxınlaşması İdlib əməliyyatında HTS-nin nüfuzunu azaldır.

 

Türkiyənin dilemması

 

Silahlı müxalifət üçün əməliyyatın nə məna verməsi sualı Türkiyənin Suriyadakı mövcud dilemması kimi başa düşülməlidir. Bir tərəfdən, Türkiyə Astana prosesinə sadiqdir və Rusiya, İran və Suriya rejimi ilə yanaşı, münaqişə sonrası prosesə qatılacaq.

Müqavilənin zəmanətçisi kimi Türkiyə indi İdlib kimi sahədə zorakılıqları azaltmağın bir yolu olaraq ölkənin bütün ərazilərindəki hərbisizləşdirmə zonalarını genişləndirməyə borcludur.

Digər tərəfdən, Suriyadakı kürd muxtariyyəti, Suriya rejimi kimi, türk mənafelərinə də zidd olsa da, Türkiyə kürdlərin genişlənməsinin qarşısını alma əməliyyatlara cəlb oluna bilməz.

Bu, Türkiyənin HTS kimi köhnə müttəfiqinin tərk edilməsi də daxil olmaqla, hərtərəfli güzəşt tələb olunur.

Buna görə də, HTS tərəfdaşların gözlərinə görünməməli və eyni zamanda kürd genişlənməsinin qarşısını almaq üçün silahlı element kimi aktivləşdirilməlidir. Bu demək olar ki, qeyri-mümkün işdir.

 

Yeni reallıq

 

Bu gün “islamçı” qrupların sonuna şahidik edirik, ancaq Suriyanın yeni reallıqlarına uyğun olaraq onların transformasiyası və yenidən qurulması mümkündür. Artıq rejimin devrilməsi silahlı qruplar üçün real hədəf deyil. Aktual qalmaq üçün onlar özlərini hamilərinin strateji məqsədlərinə uyğunlaşmaq məcburiyyətində qalıb. HTS və kimi elementlər bunu etməyə həvəsli olması inandırıcı deyil, lakin bu mümkündür.

Suriyadakı silahlı qruplar özlərini münaqişə zonasının yeni tələblərinə uyğunlaşdırdılar. Onlar, əlbəttə, bir zamanlar olduğu kimi güclü deyil, lakin gələcək illər üçün tamamilə mövcud ola bilərlər. Türkiyənin İdlibdə həyata keçirmək istədiyi hərbisizləşdirilən zonası bu həqiqətin qəbul edilməsidir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə