XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

15 Oktyabr 2017 - 05:33

TÜRKİYƏ İRAQLA BİRGƏ ORTAQ PATRUL XİDMƏTİ YARADIR –Bərzaniyə qarşı ittifaq üçün ilk addımlar atılır

Kiymet Sezer

“Yeni Şafak”, Türkiyə

 

Bərzaninin 25 sentyabrda keçirilən “quldur referendumu”ndan sonra, bütün çağırışlara rəğmən, Habur Sərhəd Qapısının nəzarətini Bağdada verməyən İraq Kürd Regional Administrasiyasını (İKRA) “by pass” edəcək (ondan yan keçəcək – tərc.) Ovaköy Sərhəd Qapısının açılmasının ardınca, Türkiyə sərhəddən Mosula qədər olan bölgənin yol təhlükəsizliyini İraq Ordusu (İO) ilə ortaq gözətçi (patrul) xidməti yaradaraq təmin edəcək. Gözətçi (patrul) xidməti üçün hər iki ölkə birliklər yaradacaq.

Bundan əlavə, Türkiyəyə yaxın bir bölgədə olan, Suriya ilə İKRA arasındakı Semelka-Pişhabur sərhəd qapısından keçişləri nəzarət altına almaq məqsədilə bölgədə ortaq gözətçi (patrul) məntəqələrinin təsis edilməsi də planlaşdırılır.

Bu addımlar iki ölkənin Bərzaniyə qarşı ata biləcəyi ilk ortaq addımlar arasında göstərilir.

Sincar və Təlafərin şimalında PKK terror təşkilatına qarşı bir gözətçi bölgəsinin açılmasının da strateji bir addım olacağı vurğulanır.

 

Regional koalisiya gücü

 

Məsud Bərzaninin referendum həmləsindən sonra, İraqın ərazi bütövlüyünə yönəlik gözlənilən təhdidlərə qarşı, lazım olarsa, İranın da daxil olduğu bir regional koalisiya gücünün yaradılması gündəmdədir. Terrorla mübarizədə qazanılan əməliyyat təcrübələrinin mübadiləsi çərçivəsində, Mərkəzi İraq Hökuməti ilə kəşfiyyat mübadiləsinin təmin edilməsi və PKK-nın Kərkük, Tuzhurmatu, Dibis və Sincar kimi mübahisəli bölgələrdəki təsirini bitirmək üçün ortaq əməliyyatların keçirilməsi və əməkdaşlığın təmin edilməsi də hərbi əməkdaşlıq çərçıvəsində üzərində durulan məsələlər arasındadır.

Hərbi sahədə əməkdaşlıq artırılacaq

 

Türkiyə ilə İraq arasında siyasi və hərbi əməkdaşlığı artıracaq çalışmalar davam edərkən, önümüzdəki müddətdə İraq ilə Hərbi Əməkdaşlıq, Təhsil və Məsləhətçilik Anlaşmasının imzalanması da gündəlikdədir. Türkiyənin təmin edəcəyi dəstəklərin Mərkəzi İraq Hökumətinin bölgədəki imkan və qabiliyyətlərini artırması gözlənilir.

Türkiyə terror səbəbilə böyük zərər görən İraqda vilayət təmir-bərpa briqadaları ilə də üzərinə vəzifə götürməyə hazırlaşır. Daha öncə Əfqanıstanda bu missiyanı yerinə yetirən Türkiyə qurumlararası koordinasiyanın təmin edilməsilə hərbi təlimdən tutmuş ifrasturuktura və insani yardıma qədər geniş bir perspektivdə Mərkəzi İraq Hökumətilə əməkdaşlıq modelləri üzərində çalışır.

 

Əməkdaşlığı dərinləşdirəcək addımlar

 

İKRA-nın referendum həmləsinin ardından Türkiyə ilə Mərkəzi İraq Hökuməti arasında atıla biləcək ortaq addımlarla, regional məsələlərlə bağlı hərbi əməkdaşlığa yönəlik təmaslar davam edərkən, İraqla Hərbi Əməkdaşlıq, Təhsil və Məsləhətçilik Anlaşmasının imzalanması gündəlikdədir. Türkiyə, İŞİD-lə mübarizənin sona yaxınlaşdığını da nəzərə alaraq, Başikadakı qüvvələrini İraq Ordusu ilə əməkdaşlıq edərək, İraqın ərazi bütövlüyünün qorunması və bərpasına dəstəkçi qüvvə olaraq orada saxlaya bilər. İraqla siyasi və hərbi əməkdaşlıq çərçivəsində masadakı məsələlər arasında ortaq təlimlərlə bağlı əməkdaşlığın daha da artırılması məqsədilə Türkiyədə hərbi və lider təhsilinin verilməsi, İraqda da türk müşavirləri vasitəsilə Bağdad, Kərkük və Mosul bölgələrindəki İraq hərbi bazalarında hərbi və polis təhsilinin verilməsi var.

 

Əfqanıstan modeli masada

 

Başika Düşərgəsinin İŞİD sonrası statusuna aid təkliflər arasında onun türk və iraqlı hərbçi və mülki şəxslərdən ibarət olan Mülki-Hərbi Əməkdaşlıq Komandalarının (MHƏK) əsas bazası olaraq istifadə edilməsi də var. Bu komandalar vasitəsilə görüləcək işlərin: İraq xalqının, xüsusən də Mosul və Kərkükdə ən böyük problemi olan elektrik kəsintilərinə çarə olacaq infrastruktur dəstəyinin təmin edilməsi, içməli su təmini üçün obyektlərin tikilməsi, mobil xəstəxanalar vasitəsilə kəndlərdə yaşayan əhalinin müayinə edilməsi, yenidən bərpası lazım olan bölgələrdə Türkiyənin dəstəyilə türk iş adamlarının fəaliyyətini asanlaşdıracaq infrastrukturun hazırlanması kimi məsələlərdə iki ölkənin də mənfəətinə xidmət edəcək əhəmiyyətli əməkdaşlıqlara qapı aralaya biləcəyi bildirilir.

 

Bərpa dəstəyi gündəlikdədir

 

MHƏK-nın təşkilinin ardından, bu missiyanın Vilayət Bərpa Briqadaları (VBB) şəklində, əsas vəzifəsi ilkin zəruri ehtiyacların təmin edilməsi olan strukturdan diqqəti daha qalıcı və uzunmüddətli ehtiyacların təmin edilməsinə cəmləyəcək bir struktura çevrilə biləcəyi bildirilir. Türkiyə bu modeli Əfqanıstanda İSAF çərçivəsində qurmuş və uğurla işlətmişdi. Hələ də əfqan xalqının bütün ehtiyaclarını qarşılayacaq həll variantları VBB-nin koordinasiyası ilə təklif edilir. İraqda da mülki və hərbi əməkdaşlıq çərçivəsində belə bir təşkilatlanmanın Mərkəzi İraq Hökumətinə əhəmiyyətli dəstək təmin edəcəyinə işarə edilir.

 

Fəaliyyəti yaxşılaşdıracaq

 

MHƏK adlandırılan və iki ölkə arasında geniş perspektivli əməkdaşlıq imkanı yaradan bu addımla Türkiyənin Mərkəzi İraq Hökumətinin dövlət məmurlarının təhsili, təhlükəsizlik dəstəyi, qalıcı bərpa işlərinin görülməsi kimi işlərlə bölgə xalqına yardım və dəstək təmin edəcəyi, eyni zamanda Mərkəzi İraq Hökumətinin bölgədəki təsirini və etibarını artıracağı da bildirilir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə