XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 12:18

SƏFİR: “Kuba mütəxəssisləri azərbaycanlı müəllimlərini ehtiramla xatırlayır” – MÜSAHİBƏ

kuba sefir 01.jpg

Kuba səfiri: “Kuba yenı təcrübə keçməyə hazırdır, Ernesto çe Gevara və Fidel Kastro kimi adlar isə məğlubedilməzdir”.

Kubanın adı 20-ci əsrin əfsanəvi siyasi xadimləri, inqilabçıları ilə bağlıdır. Kubanın adı çəkiləndə Fidel Kastro, Ernesto çe Gevara yada düşür. Həmçinin SSRİ-nin təbliğat ritorikasından istifadə etsək dünya imperializminə qarşı mərdliklə savaşan “Azadlıq adası” bütöv bir nəsil üçün romantik simvol olub.

Son illər isə qloballaşma Kubadan da yan keçməyib. Kubada baş verənləri izlədikcə SSRİ-nin süqutunun son illəri yada düşür. Hətta Rusiya ekspertləri qeyd edir ki, artıq Kubada da “yenidənqurma” başlayıb.

“Azadlıq adası” bu sınaqlardan uğurla çıxa biləcəkmi? Kuba necə dəyişməyi düşünür? Azərbaycanla münasibətlər necə inkişaf edir? Bu və digər suallara Strateq.az-a müsahibəsində Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kintero cavab verib. 2012-ci ilin sonundan ölkəmizdə fəaliyyət göstərən səfir Azərbaycan dilini öyrənir.

Cənab səfir, bir müddət əvvəl BMT Baş Assambleyası 23-cü dəfə Kubaya qarşı 53 il əvvəl tətbiq olunan sanksiyaların götürülməsinə çağıran qətnamə qəbul etdi. Qətnamədə ABŞ-ın adı çəkilməsə də ABŞ-ın nəzərdə tutulduğu sirr deyil. Nə gözləyirsiniz, bu sanksiyalar qaldırılacaqmı, yaxud Vaşinqtonda Kubanı niyə bu qədər sevmirlər?

– Birləşmiş Millətlər Təşkilatının 188 üzv ölkəsi Baş Assambleyasında ABŞ hökuməti tərəfindən Kubanın ədalətsiz blokadasına qarşı yenidən səs verildi. Demək olar ki, BMT-nın bütün ölkələri yenidən “Kubaya qarşı blokadaya yox” dedilər. Kubaya bu cür dəstək məcbur etmə və blokada vasitəsilə digər xalqı özünə tabe etməyə çalışan siyasətin uğursuzluğunu yenidən sübut etdi. BMT-də bu səsvermədən sonra ABŞ-nın və Kubanın prezidentlərinin sayca 23-cü dəfə eyni zamanda münasibətlərin normallaşdırılmasına, hər iki ölkədə diplomatik nümayəndəliklərin bərpa edilməsinə hazır olduqlarını elan etmələri yeni elementdir. Kuba blokada və təqib siyasətinə baxmayaraq, hər zaman açıq şəkildə hər hansı bir məsələ üzrə ABŞ-la qarşılıqlı hörmət, şərtlərin bərabərliyi və gələcəyinin müəyyən edilməsi üçün hər dövlətin tam suverenliyinin tanınması normaları üzrə aparılan danışıqlara hazır olduğunu bildirmişdir.

Kubada baş verənləri izlədikcə SSRİ-nin süqutunun son illəri yada düşür. Hətta Rusiya ekspertləri qeyd edir ki, artıq Kubada da “yenidənqurma” başlayıb. İlk dəfə olaraq kilsə açılmasına icazə verilib. Həmçinin Havana dünyaya daha açıq olmağa çalışır.

– SSRİ dağıldıqdan sonar hərbi bloklardan biri yox oldu, iki qütblük yox oldu. Yeni dövlətlər yarandı. Daha sonra dəyişikliklər baş verdi və çox qütblü dünyanın izləri meydana çıxdı. 1959-cu ildən bütün dünyada əsl transformasiyaya gətirib çıxaran Kuba inqilabının qələbəsindən bu yana ölkədə struktur dəyişikliklər baş verməyə başlayır. Qeyd edək ki, ispanların XV əsrin sonunda Kuba adasına gəlişi ilə yerli əhali müstəmləkə istismarında demək olar ki, tamamilə məhv edilmişdi. 1900-cu illərdə Kuba xalqı müstəqillik uğrunda aparılan 100 ildən artıq davam edən uzun müddətli mübarizədən sonra ispan müstəmləkə rejimi üzərində qələbə çalmışdı. Kuba öz müstəmləkə rejimini neomüstəmləkə rejiminə dəyişdi.

Kuba İspaniyadan müstəqillik qazandı, lakin daha sonra kontinentdə imperializmi yayan Amerika Birləşmiş Ştatlarının müdaxiləsi baş verdi. Kubanın sistemində yenidən onu zəif inkişaf etmiş kapitalistik ölkəyə, istehlakçıya və Şimali Amerika kimi iri sənaye və ticarət meqapolisi üçün xammal təchizatçısına çevirən dəyişikliklər baş verdi. Bu dövr keçmiş nəsillərin müəyyən məqsədlərini dəyişən, həmçinin, ölkənin bütün insanlarının vətən qarşısında bərabər imkanlara, hüquqlara və vəzifələrə malik olduğunu sübut edən 1959-cu ilədək davam etmişdi. Bütün bu dəyişiklikləri yalnız bir qrup vətəndaş və ailələr “ölkənin paytaxtı”nı işğal etdikdə yaranmış təcrübəni rədd etmişdir. ölkənin kökündən dəyişdirilməsi üçün əvvəllər bir çox sosial və iqtisadi bərabərsizlik olan texnoloji sxemin dəyişiklikləri başlamışdır. Yeni sosial ədalətlə yanaşı yeni dəyərlərə əsaslanan Kuba sosialist sistemi fəaliyyət göstərməyə başladı.

Hal-hazırda Kubanı “yenidənqurma”ya çağıran bir çoxları beləliklə Kubanı keçmişə, sosial bərabərsizliyin tarixi təcrübəsinə, irqçiliyə, zənginliyə və yoxsulluğa, digər dövlətdən tam asılılığa qayıtmağa dəvət edir. Maraqlıdır ki, bu geriləməni təşviq edənlər 1959-cu ildə başlamış dərin və radikal dəyişikliklər etmək cəsarətini özündə tapmamışdı. Kuba müstəmləkə, neomüstəmləkə, kapitalist dövrlərini keçməklə müdriklik qazanmışdır və hal-hazırda Kuba sosializmində yaşayır.

Kuba tarixə qayıtmağa dəvət olunmamaq şərti ilə yeni təcrübə keçməyə hazırdır. Kuba xalqı mömin xalqdır və bütün bu inqilab illəri ərzində aktiv qalan yalnız din baxımından deyil (katolik, protestant, afrikan, yəhudi, müsəlman, pravoslav, xristianlar və ölkədəki digər azlıqlar), həm də əqli, mədəni, tibbi, təhsil, idman, vətənpərvəsrlik və beynəlxalq qüvvəyə inanan xalqdır. Əlavə edim ki, Kubada yaşayan türklər və Səudiyyə Ərəbistanından olanlar Havana və Santyaqo de Kuba şəhərlərində məscid tikmək istəyirlər. Kubada fəaliyyət göstərən müsəlman ölkələrin səfirləri buna görə bir araya gəliblər.

Cənab səfir, Kubanın adı 20-ci əsrin əfsanəvi siyasi xadimləri, inqilabçıları ilə bağlıdır. Kubanın adı çəkiləndə Fidel Kastro, Ernesto çe Gevara yada düşür. Həmçinin SSRİ-nin təbliğat ritorikasından istifadə etsək dünya imperializminə qarşı mərdliklə savaşan “Azadlıq adası” bütöv bir nəsil üçün romantik simvol olub. Amma hazırda Kubanın özündə də tarixə yeni baxışlar müşahidə edirik. Bu barədə nə deyə bilərsiniz? Gənc nəsil keçmişi necə qəbul edir?

– Kubada bütün dəyişikliklərə baxmayaraq, ölkə öz əsas simvollarını qoruyub saxlamışdır: bir neçə əsr əvvəl ispan müstəmləkəçiliyindən müstəqillik uğrunda mübarizədə sədrlik edən bayraq, milli simvollar, bayrağın rənglərini təqlid edən çiçək və lələkli quş, tarixi abidələr və “Kuba Respublikası” adı. Müstəmləkə, neomüstəmləkə, kapitalist dövrdən sosializmə keçid vəziyyətində olan siyasi sistemi aydınlaşdırmaq üçün Kuba hər zaman “Kuba Respublikası” olmuşdur. Kuba müstəqillik uğrunda mübarizənin qabaqcıl fiqurlarının tarixi nümunəsini və bütün yaşlar üçün sosial ədaləti dəstəkləyir. Varelas ata, Karlos Manuel de Sespendes, Antonio Maseo, Xose Marti , Xose Antonio Eçeverriya Kamilo Syenfueqos, Ernesto çe Gevara və Fidel Kastro kimi adlar məğlubedilməzdir. Onlar cəmiyyətimiz və Kuba dövlətinin inkişafı üçün ilham mənbəyidir. Bu fonda aydın olur ki, “La Isla de-la-Libertad” (Azadlıq adası), şübhəsiz ki, tarixdə yeni sınaqla
üzləşir… Kuba gəncləri təbiətcə yaradıcı, patriotik, təhsil almış, incə, gözəl və şəndir, kontinentin yerli əhalisinin, afrikan, Avropa, Asiya və Latın Amerikası qanlarının birləşməsini daşıyır. Kubanın təbiətlə əlaqəsi xüsusi əhəmiyyət kəsb edir. Hal-hazırda gənclər istehsalat qüvvəsinin 32% təşkil edir, müasir cəmiyyətin bir hissəsi və bü günün və gələcəyin hüquq sahibidir.

çox maraqlıdır ki, Kubada son illər internetdən, mobil telefonlardan istifadəyə icazə verilib. İqtisadi islahatların keçrilməsi ilə bağlı hazırlıqlar görülür. Qanunlar qəbul edilir. Qloballaşma “Azadlıq adası”nı da məcrasına salıb. Bu baxımdan Kuba qloballaşma ilə ayaqlaşa biləcəkmi? Həm özüməxsus sistemi saxlamaq, həm də dəyişən dünya, zamanla ayaqlaşmaq mümkün olacaqmı? Bunun üçün nələr düşünürsünüz?

– Kubanın Birləşmiş Ştatlar tərəfindən blokadası və həmçinin kompüter texnologiyaları işlənib hazırlanmış bir çox digər ölkələrə təsir göstərən eksərazi siyasəti Kubaya bu bilik mənbələrinə nail olmağa imkan verməyib. Kuba interneti həmçinin iqtisadi blokada obyektləri olan sualtı kabellər vasitəsilə alır. Bu sahədə Kubada biznesə başlayan inkişaf etmiş ölkələrin bəzi firmaları Kubanın blokadasının gücləndirilməsi məqsədilə ABŞ-nın təzyiqi altında və daxil olmuş cərimə tələbləri səbəbindən öz layihələrindən imtina etməyə məcbur olub. Elm və texnika sahələrində insanlara sözün ən geniş mənasında qloballaşdırılmanın üstünlüklərini qadağan edən blokadanın ədalətsiz siyasət olduğununun bir çox nümunələri və sübutları vardır.

Azərbaycanın neft hasilatı sahəsində böyük təcrübəsi var. Azərbaycanın Kubada neft yataqlarının kəşfi prosesində iştirak perspektivini necə görürsünüz?

– Kuba neft sektorunun çox sayda mütəxəssisləri və rəhbərləri hələ Azərbaycan müstəqil və suveren dövlət olmazdan əvvəl Azərbaycanın universitetlərində təhsil almışlar. Kuba mütəxəssisləri hər zaman müəllimlərini ehtiramla xatırlayırlar. Tarixi hadisələr ölkələrimiz arasında əlaqələri kəsib, ticarət və iqtisadi əlaqələr pozulub. Kuba da, Azərbaycan kimi öz prioritetlərini yenidən səmtləşdirdi və yeni imkanlar axtarırdı. Əvvəlki təchizatçılar dayandırıldığından xüsusilə, neft sahəsində yeni təchizatlar meydana çıxdı. Kuba bu arada regionda yeni əlaqələr və təchizatçılar tapdı, Kanadadan, Venesueladan, Braziliyadan, Rusiyadan, çindən və digər ölkələrdən olan şirkətlər Kubada işləməyə başladılar. Lakin Azərbaycanın neft sahəsində elmi potensialından bu günədək Kubada böyük hörmət və nüfuzla faydalanır, belə ki, bu sahədə əməkdaşlığın bərpa olunması imkanı mövcuddur.

Azərbaycanda təhsil almış kubalı tələbələr Kubada çox yüksək vəzifələrdə təmsil olunurlar. Xüsusilə neft sənayesi sektorunda. Onların sırasında çoxlu sayda baş direktor, nazir müavini, direktorlar var. Hazırda bu sahədə vəziyyət necədir? Kubadan tələbələr Azərbaycan gəlirlərmi?

– Kubanın ali təhsil sistemi bütün əyalət və bələdiyyələrdə mövcud olan 250 000 tələbədən, 100 ixtisasdan və 120 müəsssisə və elm və texnoloji innovasiyalardan çox ali dərəcəli 67 müəssisədən ibarətdir. Təhsil və səhiyyəyə ayrılan xərclər dövlətin fəaliyyətinə ayrılmış ümumi büdcənin 49% təşkil edir. Əsas məqsəd təhsil binalarını bərpa etməkdən və müəllimləri həvəsləndirməkdən ibarətdir ki, onlara dövlət büdcə ayırmaları ayrılıb. Kubadan tələbələrin ölkənizə gəlməsinə gəlincə, təssüf ki, hazırda Azərbaycanda kubalı tələbələr təhsil alımır. Bir yandan bu maliyyə problemi ilə bağlıdır. çünki əvvəllər SSRİ var idi və bizə kömək edirdi. İndi SSRİ dağılıb. Digər tərəfdən də bir neçə il əvvəl Kuba öz təhsil sistemində dəyişikliklər edərək təzələyib. Universitetlərin və fakültələrin sayı artırılıb. Artıq ölkənin digər regionlarında da ali təhsil müəssisələri fəaliyyət göstərir.

ölkələrimiz arasındakı viza prosedur qaydaları barədə nə deyə bilərsiniz?

– Kubaya səfər etmək üçün bizdən viza almaq çətin deyil. Əgər bütün səndlər qaydasında olarsa, bir neçə gün ərzində 30 günlük viza ala bilərsiniz. Kuba haqqında və viza ilə bağlı məlumatları bizim ww.cubadiplomatica.cu/azerbaijan/ES/Inicio.aspx internet saytımızdan əldə edə bilərsiniz. Bilirsiniz ki, Kubada turizm yaxşı inkişaf edib və bütün dünyadan ölkəmizə səfər edənlərin sayı günü-gündən artır. Azərbaycandan hər il təxminən 200 nəfər Kubaya gedir. Digər ölkələrdə yaşayan azərbaycanlılar arasında Kubaya gedənlər də çoxdur.

Əvvəlki illər gedənlərin sayı az olsa da indi bunun sayı artıb. 2104-cü ildə 3 milyon turist Kubaya səfər edib. Bir məlumatı da sizə çatdırmaq istərdim. Azərbaycandan Kubaya getmək istəyənlər Rusiya və digər Avropa ölkələrindən tranzit yolu ilə istifadə edirdilər. Artıq Havana və İstanbul arasında birbaşa hava reysinin açılması ilə bağlı danışıqlar gedir. Düzdür, əvvəllər birbaşa uçuş vardı, amma müəyyən səbəblərdən bu dayandırılmışdı. Yaxın vaxtlarda Havana-İstanbul arasında birbaşa hava nəqliyyatı açılarsa, bu, Azərbaycandan Kubaya getmək istəyənlər üçün rahat olacaq.

Laçın SƏMLA




Yuxarı Əvvələ Ana Səhifə