XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 11:07

NÜVƏ SAZİŞİ VƏ “ƏRƏB KÖRFƏZİ”:Tehrana sataşan Tramp bir güllə ilə iki "dovşan" vurdu - TƏHLİL

Mürtəza Kərimi

“Mehr News” (İran)

 

ABŞ prezidenti Donald Tramp İrana dair strategiyasını açıqlayıb. Nüvə müqaviləsini təsdiq etməkdən boyun qaçıran Tramp İslam İnqilabı Keşikçiləri Korpusunu da sanksiya siyahısına salıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 8 dəfə İranın nüvə razılığına əməl etdiyini təsdiqləməsinə baxmayaraq, Trampın İranı bu müqaviləni pozmaqda günahlandırması dünya ictimai fikrində təpki ilə qarşılanıb.

Bu kontekstdə nəzərə alınacaq bir neçə məsələ var:

Donald Tramp, bütün iddialarına baxmayaraq, İranın nüvə müqavilənisini pozduğunu göstərən heç bir dəlil göstərə bilməyib. Əslində, İranı "terrora dəstək verməsini" əvvəlki ABŞ prezidentləri də çıxışlarında dəfələrlə irəli sürüb.

Trampın açıqlamasından dərhal sonra İngiltərə, Fransa və Almaniya liderləri nüvə razılaşmasını dəstəklədiklərini vurğulayıb. Donald Trampın şərhlərinə təpki göstərən digər bir səlahiyyətli də Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini olub.

Moqerini, Trampın müqaviləni ləğv edə bilməyəcəyinə vurğu edərək, "ABŞ prezidenti böyük gücə sahibdir, ancaq buna deyil" ifadəsini işlədib.

Ö biri tərəfdənsə Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn kimi ölkələr ABŞ-a dəstək verir. İsrail, ABŞ-ın "yeni" adlandırdığı strategiyanı tam şəkildə təqdirlə qarşılayıb.

Bu mövzunu daha əhatəli təhlil etdikdə, Donald Trampın İranı qaralama səylərinə qarşı bu səfər beynəlxalq arenada ABŞ-ın daha tənha qaldığı aydın olur.

ABŞ rəsmiləri arasındakı uzunmüddətli çəkişmələrdən sonra Donald Trampın nüvə müqaviləsini təsdiqləməməsi mətbuata sızdırılmazsa belə, mövcud ABŞ administrasiyasında bəzi ixtilafların olduğu gündəmi zəbt edib.

Donald Trampın "Fars körfəzi" yerinə, "Ərəb körfəzi" ibarəsindən istifadə də İranda və xüsusilə də gənc seqment arasında təpkiyə yol açan başqa bir mövzudur. Tramp bölgədəki ərəb rejimlərlə siyasi və iqtisadi əlaqələri daha çox inkişaf etdirə bilmək üçün bu ibarədən istifadə etməklə İran xalqının fərqli təbəqələrinin daha da birləşməsinə səbəb olub. Çünki Fars körfəzinin başqa bir adla xatırlanması həm İran dövləti, həm də xalqının həssaslıq duyduğu məsələdir.

İranla “5+1” qrupu arasında nüvə razılaşmasına Donald Trampın yanaşmasının ən pis təsirini Şimali Koreya məsələsində görmək mümkün olacaq. Rusiya, Çin və Avropa ölkələrinin müxalifətinə baxmayaraq, Trampın İranla əldə olunan müqaviləni "ən pis razılaşma" kimi səciyyələndirməsi Şimali Koreya ilə mümkün müzakirə yollarına da çox mənfi təsir edəcək.

Tehranın öhdəlikləri yerinə yetirməsi MAQATE tərəfindən təsdiq olunsa da, ABŞ-ın nüvə razılaşmasına bu cür rəftar sərgilməsi yanlış cəhddir. Çünki bu hadisələrə şahid olan Şimali Koreyanı müzakirə masasına oturmağa razı etmək heç də asan olmayacaq.

Danışıqlarında "İslami terrorizm" ifadəsini tez-tez istifadə, Trampın bəzi İslam ölkələrinin vətəndaşlarının ABŞ-a giriş qadağası tətbiq etməsi, digər tərəfdən də Səudiyyə Ərəbistanı ilə nəhəng silah razılaşması imzalaması ABŞ-ın xarici siyasətdə nəyin bahasına olursa-olsun yalnız pul qazanmağı düşündüyünü göstərir. Bölgədəki ərəb ölkələrini İran əleyhdarı etməyə çalışan Trampın iranofobiya siyasətinin ən əhəmiyyətli məqsədlərindən biri də ABŞ anbarlarındakı silahların satılmasıdır.

Əlbəttə, bu münasibət eyni zamanda, ABŞ-ın sabiq prezidentlərinin xarici siyasəti ilə də müəyyənləşdirilib. Bir təbirlə, Trampın açıqladığı İran strategiyası yeni deyil, ənənəvidir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə