XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 15:12

İraq-Kürdüstan qarşıdurması:YAXIN ŞƏRQİN TALEYİNİ DƏYİŞƏ BİLƏCƏK DAHA BİR SAVAŞ BAŞLADI – Təhlil

Nikita Kovalenko

vz.ru, 15.10.2017

 

Bəzi məlumatlara görə, Bağdadın neftlə zəngin Kərkük bölgəsindən çəkilmək tələbi ilə kürdlərə verdiyi ultimatumun müddəti bazar ertəsi gecəsi bitib.  Bu ərəfədə əyalətdə kürdlərlə şiələrin ilk atışması başlanıb. Eyni zamanda kürdləri məsciddə dinc sakinlərə hücumda ittiham edirlər. Ola bilsin, Bağdad bu cür məlumat yayıntısı ilə öz qoşunlarını dünənki müttəfiqlərə zərbə üçün motivləşdirməyə cəhd edir. Bəlkə, sadəcə, blef edir?

Yaxın Şərq yeni münaqişəyə doğru irəliləyir. Bazar ertəsi səhərə doğru Bağdadın peşmərgəni Kərkük əyalətindən çıxarmaqla bağlı İraq Kürdüstanına ultimatumunun müddəti bitib. Amma Ərbil açıq şəkildə bu tələbi yerinə yetirməyə hazırlaşmır. Hətta durum silahlı toqquşmalarla müşayiət olunur.

Həm Bağdad, həm də Ərbil cümə günündən öz qoşunlarının sayını artırır və Kərkükdəki manevrləri fəallaşdırır. Artıq şənbə günü onların arasında atışma meydana çıxıb – kürdlərlə “Həşdi Şəabi” şiə könüllüləri arasında toqquşma baş verib. Peşmərgə təmsilçiləri baş verəni anlaşılmazlıq adlandırıb və məlumat veriblər ki, münaqişə qurbanlarla nəticələnməyib. Lakin hökumətyönlü qaynaqlar başqa versiya təqdim edir – kürdləri şiə məscidinə hücumda ittiham edir və onların sözlərinə görə, nəticədə bir neçə könüllü həlak olub.  

Kürd qüvvələri əyalətin əvvəllər tutduqları rayonlarını tərk edib ki, yenidən qruplaşsın və daha münasib müdafiə mövqeyi tutsun. “Jerusalem Post” xəbər verir ki, “Həşdi Şəabi” onların tərk etdikləri əraziləri sürətlə tutub, Kürdüstan bayraqlarını dərhal öz yazıları ilə təhqir edib, həmçinin 70 kürd ailəsini oradan çıxarıb. Kürdlər əvvəllər də tələb ediblər ki, şiə qüvvələri əyaləti tərk etsinlər, bu cür əməllər isə gərginliyi yalnız gücləndirir.

Kürd peşmərgə qüvvələri komandiri Kamal Kərküki bildirib: "“Həşdi Şəabi” getməlidir. Getməsə, onları dəhşətli aqibət gözləyir”.

O, həmçinin qeyd edib ki, ultimatum müddəti bitdikdən sonra İraq ordusu hücuma başlasa, kürdlər müdafiəyə hazırdırlar: “Hücum etsələr, tam  gücümüzlə cavab verəcəyik”.

Bağdaddan ziddiyyətli siqnallar səslənir. Hökumət təkziblərinə baxmayaraq, Kərkükdə yerləşmiş İraq qoşunlarının ayrı-ayrı təmsilçiləri artıq bir neçə dəfə hücuma başlamaq hədəsi gəliblər.

Kərkükdə peşmərgənin cənub cəbhəsinə komandirlik edən Usta Rəsul da deyir: “Böyük atəş qüvvəsilə böyük qüvvə kütləsi xeyirxah iradə və yaxud yaxşı jesti ifadə etmir. Bu qüvvələr cəbhə boyu düzülüb və özlərini bəyan ediblər: “Biz Kərkükə daxil olmaq istəyirik”".

Kürd kəşfiyyatının yerli KİV-lərin əyalətdə İran İslam İnqilabı Keşikçiləri Korpusu döyüşçülərinin də iştirakı haqda yayımladığı məlumatları da durumu qızışdırır.

Beləliklə, hər iki tərəf qoşun cəmləyib və döyüşə tam hazırlıq sərgiləyir. Lakin aydındır ki, nə Bağdad, nə də Ərbil müharibə istəyir. Bununla belə hansısa sıravi döyüşçünün və yaxud orta həlqə zabitinin təsadüfi fitnəkarlığı üzündən münaqişə asanlıqla alovlana bilər. Tarix indi İraqdakından daha az zəif  gərginlikdən müharibənin başlandığı hadisələr tanıyır.

İnformasiya məkanında da qarşıdurma müşahidə olunur. Tərəflərin bir-birini ittiham etdiyi atışmalar haqda məlumatlardan savayı başqa uzlaşmazlıqlar da var. Məsələn, ultimatuma gəlincə, bəzi KİV-lər iddia edir ki, onun müddəti artıq bazar günü səhər bitib, sonra isə 24 saat uzadılıb. Başqaları isə qeyd edir ki, oktyabrın 16-a keçən gecə bitməlidir. İraq rəsmiləri isə ümumiyyətlə ultimatum verildiyi faktının özünü inkar edirlər.

Başqa bir məqam İranın Kürdüstanla yerüstü sərəhədi bağladığı haqda bazar günü səhər səslənmiş məlumatdır. O, xeyli nəşri dolanmağa macal tapıb, sonra isə İİR XİN bu məlumatı qəflətən təkzib edib. İran diplomatiya idarəsinin təmsilçisi bildirib: “Əvvəllər də dediyimiz kimi, biz İraq hökumətinin xahişi ilə kürd bölgəsi ilə hava məkanını bağlamışıq. Və bildiyim qədər, bu bölgədə daha heç nə baş verməyib”. Bununla belə Ərbil təsdiq etməyi sürdürür ki, sərhəd ümumiyyətlə bağlıdır.

Peşmərgə baş katibi Cabbar Yavər də vəziyyəti yumşaltmağa cəhd edib. O, RİA Novosti-yə xəbər verib ki, İraq prezidenti Fuad Məsum artıq iki gündür Kürdüstanda Süleymaniyyə əyalətində qonaqdır, böhrandan çıxmaq üzrə fəal danışıqlar aparır.

Amma onda aydın deyil ki, Bağdad bu xəbəri niyə təsdiqləmir. Aydındır ki, hər iki tərəf bu cür informasiya qarşıdurması vasitəsilə rəqibi əzməyə cəhd edir. Bundan başqa, bu cür tullantılar opponentin dişbatan yerlərini tapmaqdan ötrü reaksiyasını izləmək imkanı verir.

Eyni zamanda güman etmirəm ki, tərəflərdən hər hansı biri sadəcə geri çəkilə bilər. Məsələ təkcə geri çəkilən tərəfin məruz qalacağı imic itkisində deyil. İraqın neft yataqları Kərkükdə cəmləşib. Gəlirlərin bu cür ciddi qaynağı həm müharibələrin diddiyi yarıcan İraq, həm də öz dövlətçiliyinin təməlini qoymağa can atan Kürdüstan üçün də qiymətlidir.

Kərkük formal olaraq Kürdüstanın tərkibinə heç vaxt daxil olmayıb. Buna görə də məntiqlidir ki, Bağdad onu qaytarmağı tələb edir. Amma İraq silahlı qüvvələri 2014-cü ildə İŞİD-in basqısı altında əyaləti atıb. Peşmərgə o zaman onun müdafiəsini öz üzərinə götürüb və uğurla qoruyub. Kürdlərin sözlərinə görə, onların qanına bulanmış Kərkükə məhz o vaxtdan nəzarət edirlər. Onlar bölgəyə öz iddialarını da mütləq şəkildə əsaslandırılmış sayırlar.

İraq baş naziri əl-Abadinin təklif etdiyi kimi, Kərkük üzərində birgə nəzarətin qurulması, çətin ki, kürdləri qane edər. Yeganə yetərincə güzəştli variant əyalətin bölünməsi ola bilərdi. Politoloq İqor Pankratenko hesab edir ki, bu durumdan yalnız üç çıxış yolu var. Özü də o, təkcə Bağdadı deyil, Ankara və Tehranı da Ərbilin opponenti sayır. Ekspertin öz facebook-unda yazıb: “Ya Kərkükün azad edilməsi/müdafiəsi üzrə böyükmiqyaslı hərbi əməliyyatlara başlamaq – bu, bütün iştirakçılar üçün ciddi itkilər demək olacaq; İstənilən halda Mosuldan sonra İraq ordusu daha bir qələbəni sadəcə yaşaya bilməyəcək. Ya kimsə geri çəkilməlidir ki, bu da onun üçün nüfuza böyük zərbə və simanın tam itirilməsi demək olacaq; Ya da danışıqlar masasının arxasına əyləşmək gərəkdir”.

Durum, kimi dəstəkləyəcəyini hələ də müəyyən etməmiş ABŞ-da da başağrısı doğurur. Amerika müdaxiləsi dövründən bəri İraq hökumətinin Vaşinqtonla sıx əlaqələri var. Lakin kürdlər, o cümlədən İraqdakılar da ABŞ-ın adətən dəstəklədiyi qüvvədir. Hətta Amerika zabitləri hər iki tərəfin birləşmələrində iştirak edirlər. Vaşinqtonun baş verənlərə necə reaksiya verəcəyi hələ də aydın deyil.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə