XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 08:52

QIRĞIZ BAŞ REDAKTOR ÖLKƏSİNDƏKİ SEÇKİLƏRDƏN YAZDI:“Hakimiyyət namuslu seçkilər keçirmək imkanına tüpürdü” - Təhlil

Eldiyar Arıkbayev

Kloop. Kg, 16.10.2017

 

Kloop.kg-nin baş redaktoru Eldiyar Arıkbayev hər ay bütün redaksiyaya məktub yazır və adətən, bunu dərc etmirik. Amma seçkilərin yekunları üzrə yazılmış məktub o qədər yaxşı alınıb ki, Kloop.kg-nin həmqurucusu Bektur İskəndər onu dərc etməyi qət edib (əlbəttə, Eldiyarın təqdiriylə):

 

Hamıya salamlar!

Hamınız böyük dəliqanlılarsınız, cənubdakı komanda isə ümumiyyətlə superqəhrəmanlardır. Subyektivcəsinə və obyektivcəsinə – biz ölkədə ən yüksək dərəcəli yayın apardıq (həm mətnlə, həm də studiya efiriylə). Biz məntəqələrdə və onların çevrəsindəki pozuntular haqda hamıdan tez-tez məlumat verdik. Biz ölkədə baş verənlər haqda studiyadan ən müxtəlif rəyləri yaydıq. Bizə mane olmağa cəhd etdiklərinə baxmayaraq, öz jurnalist işimizi şərəflə gördük.

Sonucu barədə bir az ayrıntılarla…

Gəlin, etiraf edək – oktyabrın 15-də Jeenbekobv deyil, administrativ resurs, pulla satınalma, zorakılıq və şantaj qalib gəldi. Qırğızıstan Tele-Radio Komtisəsinin “qara piarı”, xüsusi xidmətlərin qatqı və təqibləri və yüksək dövlət səviyyəsində ikiüzlülük qələbə çaldı. Biz bunun şahidi olduq, bir qismimiz isə buna öz təcrübəsində əmin oldu.

Mənim uduzmuş Babanova heyfim gəlmir – bu, fakt deyil ki, o, qələbə çalmış Jeenbekovdan daha yaxşı olardı.

Mənə ağır gəlir ki, hakimiyyət Qırğızıstanda doğrudan da namuslu seçkilərin keçirilə biləcəyini göstərmək imkanına tüpürdü. Öz namizədlərini kobud və sırtıq şəkildə 50%-lik nişanəyə sürüyərək bizi ikinci tura ümidsiz qoydular.

Sooronbay Jeenbekov növbəti altı ilə Qırğızıstanın prezidentidir. Jeenbekovla Babanov arasında final mübarizəsi göstərərdi ki, indiki hakimiyyət, ən azı, güzəştlərə hazırdır, ən yuxarısı isə, getmək və səlahiyyətləri tamamilə özgə komandaya vermək iqtidarındadır. Sonuncu Qırğızıstanın bütün siyasi sisteminin və qəribə olsa da, Qırğızıstan Sosial-Demokrat Partiyasının (QSDP) inkişafında böyük addım olardı.

Yıxılıb yeni qüvvə ilə dikəlmək – sosial-demokratlar öz yollarına (prezidentə müxalifliyə) dönər və Babanova səlahiyyətlərdən sui-istifadə etmək imkanı verməzdilər, çünki parlamentdə çoxluğa və hökumətə onlar nəzarət edərdilər. Hazırda ölkədə olmayan önləmə və əks-tarazlıq sistemi işləyərdi. Siyasi həyat dolğun olardı, səhnəyə xeyli yeni şəxslər çıxardı, sistemin özü isə partiyalar arasndakı rəqabət hesabına inkişaf edərdi. Bu, “Time”-ın ifadə etdiyi kimi, “genuine democracy”-yə (ingiliscə: əsil demokratiya-tərc.) gedən yolda yeni burum olardı.

Amma bu, baş vermədi.

Qırğızıstan oktyabrın 15-də partiya diktatı/oliqarxatına doğru addım atdı (avtoritar ölkələrdə bunun üçün “sabitlik” kimi evfemizm uydurublar). Bizim halımızda ölkə siyasi vəzifə tutmamış adamın əlinə düşə bilər. Hazırda Moldovada belə bir şey baş verir – parlament və hökumət Demokratik Partiya sədri, heç bir vəzifə tutmayan, amma partiyadaşları hakimiyyətin bütün qanadlarnda əyləşən Vladimir Plaxotnyukun nəzarəti altındadır (Yeri gəlmişkən, Atambayev KişiNyova müəmmalı səfəri zamanı məhz onunla görüşüb).

Atambayevin vədlərinə inanmaq olar, amma çətin məsələdir. Onun sözü və əməli tez-tez alayarımçıq çıxır – “köhnə” siyasətçiləri özüylə aparmağı vəd edərək öz yerinə qoca Jeenbekovu qoydu, özü isə dönməyə söz verir, amma vəzifəyə deyil.

QSDP-nin nə vaxt donacağı, Atambayevin haçan tunca dönəcəyi, vətəndaş cəmiyyəti və müxalifətin öz polad yumurtalarını nə vaxt itirməyə başlayacağı, kriminalın isə hakimiyyətə tam bitişəcəyi haqda məndə aydın sezim yoxdur. Amma mən dəqiq bilirəm ki, indi bizim işimiz – həm jurnalistlik və də maarifçilik – getdikcə daha önəmli olur. Hamı üçün lap önəmlidir. Lakin birinci növbədə dövlət cəhalətpərəstliyinin zülmətində bizim jurnalist kimi, demək olar, hər gün üzləşdiyimiz bütün ikiüzlülüyü, riyakarlığı görməyən və ədalətə inamı itirənlər üçün.

Jurnalist vokabulyarındakı “işıqlandırmaq” sözü mənə olduqca xoş gəlir. Onun iki müsbət mənası var – işıq vermək və məlumat vermək. Bu, hər iki mənada zülmətdən – hərfi və metaforik mənada – çıxarmağı bildirir. Bax, budur (bundan sonra hər sözdən sonra pauza etməklə oxumalı), biz seçkiləri işıqlandırdıq və hər kəs işinin öhdəsindən əla gəldi:-*

İndi bizə arxayınlaşmaq lazım deyil – hər birimizin iş qabiliyyəti baxımından oktyabr, sadəcə, valehedici aydır. Komandanı bu cür duymağı mən çoxdan hiss etməmişəm və bu bizim ümumi ləyaqətimizdir, onu saxlamaq gərəkdir.

Hamını sevirəm,

Eldiyar

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə