XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 14:30

ERMƏNİSTANDA “POLONEZ” VAHİMƏSİ:“Azərbaycan yaşayış məntəqələrini məhv edəcək silah alır" - TƏHLİL

"Polonez" reaktiv yaylım atəşi sistemi sınaqdan çıxarılır

 

Gevorq Avçyan

Armtimes.com (Ermənistan), 16.10.2017

 

Azərbaycan müdafiə naziri Zakir Həsənov oktyabrın doqquzunda Belarusa rəsmi səfərə gedib. Həm Belarus, həm Rusiya, həm də Azərbaycan KİV-ləri bütün səfər boyu Azərbaycanın Belarusdan aldığı yeni silah partiyası məsələsini fəal müzakirə edib. Mətbuatda əsas vurğu Azərbaycana birgə Belarus-Çin istehsalı olan “Polonez” reaktiv yaylım atəşi  sistemlərinin (RYAS) tədarükü məsələsinə edilib.

Əlbəttə, hələlik Azərbaycan və Belarus tərəfindən buna heç bir eyham və yaxud Belarusun Bakıya “Polonez” sistemləri tədarük edəcəyinə sübut yoxdur.  

Hərbi ekspert, razm.info saytının koordinatoru Qaren Vrtanesyan qeyd edib: “Mənim şəxsi təəssüratıma görə, Azərbaycan hətta bu cür alqı imkanını nəzərdən keçirirsə, bu qərar birinci növbədə təbliğat xarakteri daşıyır. Azərbaycandakı reaktiv yaylım atəşi sistemləri o qədər müxtəlif və qatma-qarışıqdır ki, hərbi məntiq baxımından bu cür alqılar ciddi logistik problemlər yaradır. Onlarda Türkiyə istehsalı “Qasırğa”, İsrail-Qazaxıstanın “İks”, “”Qasırğa”sı var, təbii, onlarda “Qrad” və s.və i.a. var – vasitələrin anlaşılmaz rəngarəngliyi. Bu “zoopark”a hələ “Polonez” də əlavə olunsa, bu, xeyli dərəcədə təbliğat, Ermənistanı trollinq (ingiliscə: sosial fitnəkarlıq-tərc.), vahiməyə salmaqdır. Heç də istisna olunmur ki, bu, Ermənistanda başlanmış “antiavrasiyaçılıq” proseslərinə hərbi-siyasi şantaj qismində cavabdır. Yəni istisna olunmur ki, Rusiya Batkanın (Belarus prezidenti Lukaşenko nəzərdə tutulur-tərc.) diliylə Ermənistana eyham vurmağa çalışır ki, müttəfiqləri onun düşməninə hansı silahları sata bilər, bu qayda ilə tarazlıq və siyasi gerçəkliklər dəyişilər”.

İstənilən halda Azərbycan hətta indi “Polonez” sistemlərini almasa, gec, ya tez bu cür təyinatlı nəyisə haradansa əldə edəcək. Deməli, bu sualı nəzərdən keçirmək lazımdır – Azərbaycanın bu cür silah əldə etməyi nəyi dəyişəcək?

Bu qurğular ən uzaq mənzilli reaktiv yaylım atəşi sistemlərindən biri sayılır və ekspertlərin dəyərləndirdiyinə görə, Azərbaycan Ermənistanın malik olduğu “İskəndər”lərə əks-tarazlıq olaraq bu cür silah əldə etmək istəyir.

Hərbi ekspert, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanissyan qeyd edir: “Bunlar nəzəri olaraq reaktiv yaylım atəşi sistemləridir və Azərbaycan bu cür sistemləri əldə etsə, əlbəttə, bölgədəki hərbi tarazlığa müəyyən şəkildə təsir edəcək. Uyğun olaraq,  bəzi hərbi problemlərə səbəb olacaq, lakin konkret olaraq hansı – bunu deyə bilmərəm. Bunun üçün özəl təhlil lazımdır. İstənilən halda bu cür sistemlər əsasən daha çox yaşayış məntəqələrinin məhvi üçün nəzərdə tutulub. Buna qarşı mütənasib vasitələrə sahib olmaq lazımdır və düşmən tərəfdən bu cür silahın işlədiləcəyi halda uyğun zərbə endirmək lazımdır. Ermənistanın isə “İskəndər”i var”.

Yəni Azərbaycanda 200 km-lik mənzilli “Polonez” sistemləri peyda olacağı halda Azərbaycanın əsas ərazisindən Ermənistanın bütün ərazisi, şimal rayonları, mərkəz və cənub bölgələri, o cümlədən paytaxt İrəvan və Ararat vadisi Naxçıvan ərazisindən birbaşa atəş təhlükəsi altında qalacaq.  

Politoloq, fövqəladə və səlahiyyətli səfir Ara Papyan qeyd edir: “Bu göstərir ki, Azərbaycan təkcə Qarabağla sərhəddə deyil, həm də Ermənistan Respublikasının özündə növbəti müharibəni və yaxud növbəti müharibə eskalasiyasını proqnozlaşdırır. Çünki əks halda bu cür silahın mənası yoxdur. Bu, ümumi durumu yetərincə ciddi şəkildə sabitsizləşdirir və Ermənistan üçün təhlükə təşkil edə bilər”.

Ümumiyyətlə, istənilən ölkənin düşmən ölkənin ərazisində istənilən nöqtəyə, heç olmasa, nəzəri olaraq zərbə endirən uzaqvuran silahlar birinci növbədə düşmənin qərar qəbul edəcəyi vaxtı azaldır. Hərbi-siyasi qərarların qəbulu isə xüsusən də müharibə vaxtı hətta saniyənin  də əhəmiyyəti var. Ermənistanın cəbbəxanasındakı “SKAD” raketləri və xüsusən “İskəndər”lər məhz bu vəzifəni həll edir, çünki Azərbaycanın malik olduğu vasitələrlə Ermənistanın bütün ərazisini müdafiəsiz  məkana çevirmək mümkün deyil, Ermənistanın vasitələri isə Azərbaycanın istənilən nöqtəsini dişbatan etmək imkanı verir. Və Azərbaycan “Polonez” əldə etsə, Ermənistan tərəfinin bu üstünlüyü hansısa dərəcədə neytrallaşdırılacaq – hətta bunu da nəzərə alaq ki, məsələn, “İskəndər”lər idarə edilir və fövqəldəqiq silahdır, “Polonez” isə tuşlanır, amma yönəldilən sistem deyil.

RƏM sistemləri ilə mübarizə texniki planda bu cür silahlara qarşı effektsiz olur. RƏM sistemləri kimi əks-tədbirlər mövcud deyil. Sadəcə, onlar olduqca bahadır, RYAS raketləri isə çox-çox ucuzdur və burada hərbi-iqtisadi tərkib tarazlığı “Polonez”in xeyrinə dəyişir.

Ermənistan nəzəri olaraq hazırda İsrailin etdiyini edə bilər – əlbəttə, bunun ölkə və iqtisadiyyat üçün çox baha başa gələcəyini dərk etməklə ölkənin bütün ərazisində RƏM sistemi formalaşdıra bilər. Və sual hələ qalır: ümumiyyətlə, bu cür resurslar varmı?

Lakin hətta bundan sonra bu halda da təhlükənin neytrallaşdırılacağı aydın deyil.

Bundan başqa, sual durur – “İskəndər”dən daha güclü nə olmalıdır ki, Azərbaycan üçün önləyici amil qismində rol oynasın? Təbii ki, total qırğın silahı.

Ara Papyan heç də təsadüfən qeyd etmir ki, Ermənistanda nüvə tullantıları, “İskəndər”lər var və bunları nəzəri olaraq uyğunlaşdırmaq mümkündür və bu o zaman düşmənlər üçün olduqca ciddi təhlükə ola bilər.

Bu, nəzəri mülahizədir, amma daha yüksək səviyyəli silah və yaxud total qırğın təhlükəsi ilkin zərbə endirmək məsələsində rəqibin qabağını ala bilər. Azərbaycana gəlincə isə, hətta şübhə də yoxdur ki, önləyici amil olmadan gec, ya tez irimiqyaslı müharibəyə başlayacaq.

Başqa variant radikal addım atıb önləyici zərbəni birinci endirməkdir. Hərbi ekspert Qaren Vrtanesyan əmindir: “Başa düşmək lazımdır ki, biz gec, ya tez Azərbaycana nisbətdə olduqca sərt tədbirlər görməyə məcbur olacağıq, çünki Azərbaycan özü elə hərəkət edir ki, normal, sivil cəbbəxananın rolu tədricən heçə çıxsın. Bu cür təhlükəyə qarşı hərbi planda ən effektli üsul əks-hücumdur. Azərbaycan istənilən anda hansısa tədbirlərə əl atmağa hazır olduğunu göstərməyə həmişə cəhd edirsə, bu halda Ermənistan tərəfi əks-tədbirlər görsəydi, tamamilə məntiqli olardı. Əlbəttə, mən nəzəri danışıram, lakin, məsələn, Naxçıvana zərbə endirilməsi məntiqli olardı ki, düşmən ilk zərbəni Naxçıvandan vura bilməsin”.

Azərbaycan rəhbərliyinin daimi döyüşkən bəyanatları, müharibə təhlükəsi və Azərbaycanın silah almasını tutuşdurmaqla əminliklə təsdiqləmək olar ki, müharibə təhlükəsi hər saniyə çoxalır.

Bu cür bölgüdə Ermənistan tərəfdən qərar qəbul edən adamlara həsəd aparmaq lazım gəlmir, onlar mürəkkəb və dedikcə təhükəli qərar qəbul etmək qarşısında durublar. İstənilən halda, onlar buna həm də radikal addımlar imkanı kimi yanaşmaya bilməzlər.

Tərcümə Strateq.az-ındır.