XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 18:10

AVRASİYA İTTİFAQINI SİLKƏLƏYƏN SEÇKİ:Qırğızıstanda “Varis” əməliyyatı uğurla başa çatıb – TƏHLİL

Aydın Mehdiyev

pravda.ru, 17.102017

 

Fəaliyyətdəki hakmiyyətin tərəfdarı və ölkənin keçmiş baş naziri Sooronbay Jeenbekov Qırğızıstanın yeni prezidenti seçilib. Ölkənin fəaliyyətdə olan prezidenti Almazbek Atambayevin varisi ayyarımdan sonra vəzifəsinə başlayacaq və Qazaxıstan prezidentinə qarşı soyuq müharibə ilə bağlı nəsə etməli olacaq.

Prezident qovğasının qalibi ilə onun ən yaxın rəqibi arasındakı fərq son dərəcə böyük idi: Sooronbay Jeenbekov 54% səs toplayıb ki, bu da onun ən yaxın rəqibi Omurbek Babanovunkundan 21% çoxdur. Sonuncu, bax, buna görə səsvermənin nəticələrinə etiraz etməyib və məğlubiyyətlə barışıb.

Konstitusiyaya əsasən, dekabrın 1-ədək ölkəni fəaliyyətdəki prezident Almazbek Atambayev yönəldəcək. Müşahidəçilər qorxurlar ki, Atambayev hakimiyyəti təhvil verməyə qalan ayyarım ərzində özünün ifadələri və impulsiv addımları ilə  Qazaxıstanla münasibətləri o qədər kəskinləşdirər ki, varisin dövlət başçısı postunda Astana ilə xeyirxah qonşuluq münasibətlərini bərpa etməyi çətin olar.

Bu arada Atambayev Qazaxıstan prezidentinə qarşı soyuq savaşı davam etdirir və Qırğızıstanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı ilə hədə gəlir.

“pravda.ru”nun artıq xəbər verdiyi kimi, Atambayev oktyabrın 7-də kəskin tənqidlə Qazaxıstan lideri Nursultan Nazarbayevin üstünə düşüb, bundan sonra MDB-nin Soçi sammitinə qatılmaqdan imtina edib.

Əksər müşahidəçilərin hesab etdikləri kimi, Atambayev tərəfindən Qazaxıstanın ünvanına kəskin tənqidin vaxtı təsadüfən seçilməyib. Onun hesablaması bundan ibarət idi ki, Nazarbayevə qarşı kəskin həmlə Qırğızıstanın fəaliyyətdəki prezidentinin reytinqini kəskin şəkildə yüksəldəcək ki, bu da dövlət başçısı seçiminin nəticələrini əvvəlcədən müəyyən edəcək.

Atambayevin hesablaması dəqiq çıxıb: seçicilərin əksəriyyəti vətənsevərlik çırpıntısı ilə onun tərəfdarına – Sooronbay Jeenbekova səs verməyi qət etdilər.

Bu arada Bişkeklə Astananın soyuq müharibəsi artıq çarxa minib və tərəflərdən heç biri dayana bilmir. Xüsusən də Qazaxıstan Atambayevin tənqidinə cavab kimi Qırğızıstan tərəfdən öz sərhədlərindən keçid qaydalarını sərtləşdirib.

Növbəti gedişi Atambayev edib. “Qazaxıstanla sərhəddə durum dəyişilməsə, onda mən AİB dövlət başçılarının növbədənkənar toplantısını çağırmaq hüququnu özümdə saxlayıram”, – deyə o, Nazarbayevə hədə gəlib.

Atambayev sonra mülahizəyə girişib: “Müəyyən edilməlidir ki, bizdə AİB varmı? Yoxsa Oruellin “Mal-qara ağılı” kitabındakı kimi belə çıxır ki, bütün heyvanlar bərabərdir, amma bəziləri daha çox bərabərdir?”

Bu ifadədə heyvanla müqayisə edilən Qazaxıstan prezidentinə yenə də təhqirli eyham vurulub.

Bəzi ekspertlər Atambayevin kəskin ifadələriylə bağlı hadisələrin bu cür inkişaf variantını istisna etmirlər: Qazaxıstan Qırğızıstanın sərhəd blokadasını davam etdirir, cavabında Bişkek nümayişkaranə şəkildə AİB-i tərk edir.

Təbii ki, hadisələrin inkişafının bu variantı Moskva üçün arzuolunmazdır və çox güman ki, Vladimir Putin Bişkeklə Astananı barışdırmaq üçün duruma müdaxilə edəcək.

Qırğızıstanda hakimiyyətin yeni strukturuna dair proqnoza gəlincə, çox güman ki, Sooronbay Jeenbekovun andiçmə mərasimindən sonra onun əsas gizli müşaviri Atambayev olacaq.

Jeenbekov öz qələbəsindən sonra Atambayevin ünvanına mədhiyyə oxumağa girişib. Ölkənin yeni prezidenti bildirib: “Altı il ərzində çox şeyə nail olunub və mənim vəzifəm bütün bunları qorumaq və möhkəmləndirməkdir”.

Beləliklə, analitiklərin çoxu nəticə çıxardır: Qırğızıstanda “Varis” əməliyyatı uğurla başa çatıb. Özü də Atambayev bunu demokratik normalarla gerçəkləşdirməyə nail olub: Beynəlxalq müşahidəçilər səsvermə günü ciddi pozuntular aşkarlamayıblar.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə