XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 20:00

“XİLAFƏT”DƏN SONRAKI “XİLAFƏT”:İŞİD çökdü, ideyası, tərəfdarları və digər qrupların dolduracağı boşluq isə qalır - TƏHLİL

Marqaret Koker, Erik Şmitt, Rukmili Kallimaçi

“New York Times” (ABŞ)

 

Onun paytaxtı süqut edib. Ərazisi Portuqaliya ölçüsündən bir neçə “hörümçək toruna”adək kiçilib. Sağ qalan rəhbərləri isə qaçırlar. Lakin İŞİD və onun qızğın ideologiyası üzərində qələbəni bəyan etmək əvəzinə, terrorçuluqla mübarizə üzrə bir çox Qərb və ərəb rəsmiləri “cihadçı” qrupun yeni, ölümcül təcəssümünün qarşısını almağa hazırlaşır.

Təşkilat hələ də böyük hərbi həmləyə qarşı çıxa biləcək gücdədir, insan öldürməyə hazır tərəfdarlarını sıralarına cəlb edərək üsyankar simasını qoruyur.

İŞİD liderləri bir il əvvəl dönə-dönə xəbərdar ediblər ki, İraq və Suriyadakı ərazilərini itirdikdən sonra partizan qüvvəsi olaraq köklərinə dönmək üçün fövqəladə plan hazırlayıblar. Qrup xaricdəki təkbaşına hərəkət edən intiharçıları şəhərlərdə terror hücumlarına ilhamlandıracaq. Mançester və Orlandoda istifadə edilmiş dağıdıcı təsirə malik strategiya!

"İslam Dövləti bitmədi, – Yaxın Şərq Siyasəti İnstitutunun (Vaşinqton) əməkdaşı Aaron Zelin deyir. – İŞİD-in gələcəyə dair planı var və o, şəbəkələrini bərpa etmək üçün vaxt qazanmaq istəyir. Düşmənlərini yerində məhv etmək üçün".

Hətta çərşənbə axşamı günü ABŞ-ın dəstəklədiyi qüvvələr “xalifət”in paytaxtı Raqqanı fəth etdiklərini söyləsə də, terrorla mübarizə üzrə Avropa səlahiyyətliləri döyüş sahələrindəki itkiləri nəzərə alıb, gizli hücrələrdən narahatlıq duyurlar.

İngiltərənin “MI 5” kəşfiyyat xidmətinin rəhbəri Endryu Parker çərşənbə axşamı keçirilən brifinqdə deyib: "Aydındır ki, “islamçı” ekstremistlərdən yaranan təhdidlə mübarizə aparırıq. Bu təhlükə çoxölçülüdür, sürətlə inkişaf edir və daha əvvəl görmədiyimiz miqyasda və çevik fəaliyyət göstərir".

Amerika və Avropanın antiterrorizm məmurları İŞİD-in dəqiq qabiliyyətlərini bilmədiklərini və ya qrupun ideologiyasının cazibədarlığının ağır hərbi məğlubiyyətlərlə zəiflədildiyini etiraf edirlər.

Baş Qərargah rəisi general Cozef Danford ərazinin itirilməsinin İŞİD-in etibarına zərbə vuracağını proqnozlaşdırıb. "Biz ərazinin azalmasının hərəkət azadlığını, resurs və etibar faizini azaltdığını müşahidə edirik", – deyə o, Senatın iclasında deyib.

Digərləri daha az nikbindir. "Həqiqi məğlubiyyət – iradə və mübarizə arzusunun itkisidir".

Qrupun şiə hakimiyyətindəki İraqda sünni-müsəlmanların siyasi dəlillərindən faydalanma qabiliyyəti 2007-2008-ci illərdə çox karına gəlib. 2011-ci ildə Amerika qüvvələri İraqdan çəkildikdən sonra kəşfiyyat rəsmiləri hesablamışdı ki, İŞİD-in sələfi – “İraq İslam Dövləti”nin cəmi 700 döyüşçüsü var. O zamanlar həmin qrupun liderinin ələ keçirilməsi üçün ABŞ-ın təklif etdiyi mükafat 5 milyon dollardan 100 min dollara endirilmişdi.

Suriyanın Aralıq dənizi sahillərindən İraqın paytaxtı Bağdad şəhərinə qədər “İslam xilafəti”ni elan edənlər cəmi üç ildə yüksəldilər. İŞİD dünyanın ən zəngin və ən qorxulu terror qrupuna çevrildi.

Ərazisinin çoxunun itirilməsindən sonra belə, təşkilat məğlubiyyətdən uzaqdır və bu gün Amerika qoşunları İraqdan çıxdığı dövrdən daha güclüdür.

ABŞ-ın başçılıq etdiyi koalisiya bildirib ki, qrupun hazırda İraq və Suriyada 6-10 minə qədər döyüşçüsü var. Bu rəqəm 2011-ci ildə olan saydan 8-14 dəfə çoxdur.

"Bu, müvafiq müqayisədədir, – Brukinqs İnstitutunun Yaxın Şərq Siyasəti Mərkəzində çalışan Daniel Bayman deyib. – İŞİD çoxsaylı tərəfkeşi olan çox güclü bir qrupdur, ideyaları geniş yayılıb və şəbəkələri var. Fiziki ərazisini itirmiş olsa belə, dayaqlanmalı təməli var".

İŞİD, həmçinin terror hücumlarını təbliğat təbliğ etmək üçün möhtəşəm sosial şəbəkəyə malikdir. Son illərdə Qərbdə baş verən bu hücumların böyük hissəsi İŞİD-lə onlayn ünsiyyət quran, şifrəli mesajlar vasitəsilə ətraflı təlimat almış şəxslər tərəfindən yerinə yetirilib.

Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin son qiymətləndirməsinə əsasən, 2015-ci ildə Texasda ABŞ-da ilk böyük hücumun qarşısı alınıb.

İŞİD həm də Yaxın Şərq xaricində gizli əməkdaşlara və ya özəklərə malik ola bilər. Keçən il Amerika rəsmiləri bildiriblər ki, qrup Avropaya və Türkiyəyə yüzlərlə əməliyyatçısını göndərib.

Qrup ərazisini itirdikdə belə xaos yaymağa davam edir. Yalnız 2017-ci ildə İngiltərədə 37 adamın həyatını itirdiyi üç terror hücumu, İstanbulda gecə klubuna Yeni il ərəfəsində hücumu (39 ölü) və daha yeddi ölkədə əməliyyata görə məsuliyyəti üzərinə götürüb.

İraqın ikinci ən böyük şəhəri olan Mosulu itirərək, İŞİD avqust ayında Barselonanın qəlbində kütlənin arasına avtobus göndərərək, 13 adamı öldürməklə, davamlılığını bəyan edib.

Ərazilərdən sıxışdırılsa da, İraq-Suriya sərhədinin hər iki tərəfində, Fərat çayı vadisində 4 min kvadrat milə nəzarət edir. Amerika və İraq hərbi komandirlərinin fikrincə, qrupun əsas liderləri sərhəd boyunca böyük qeyri-məhsuldar ərazidə yerləşiblər.

Eyni zamanda, Şimali Afrikada və Asiyada İŞİD-in şöbələri hələ də əməliyyatlar keçirir və son Amerika hava hücumlarına baxmayaraq, Əfqanıstanın şərqindəki düşərgələr əsasən dağılmayıb.

Əvvəllər azad edilmiş elan olunan bəzi ərazilərə də İŞİD döyüşçülərinin qayıtması müşahidə olunub. Qrupun 2016-cı ilin sonlarında 100 millik sahil zolağından təmizləndiyi Liviyada döyüşçülərin yeni keçid məntəqəsi açmasını göstərən bir video yayıblar. Yaxın Şərqdəki köklərindən uzaqlaşan qrup Filippində Maravi şəhərini bir ay əlində saxlayıb və Qərbi Afrikada böyüyür, “əl-Qaidə”nin ələ keçirdiyi ərazilərə yayılır.

İŞİD süqut edərsə, digər “cihad” təşkilatları vakuumu dolduracaq. Onun yeni texnologiyaları “Əl-Qaidə”ni qapı arxasında qoymuşdu, amma indi sələfi geri dönmək üçün uğur qazanır.

Terrorist qrupları izləyən Demokratiyaların Müdafiəsi Fondunun baş mütəxəssisi Bill Rocio deyir: "Bu xilafət modeli çökdü, amma “əl-Qaidə” qalır".

Onun yeni harizmatik lideri də var – 27 yaşlı Həmzə bin Laden.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə