XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 16:45

RUSİYANIN YƏMƏNDƏ VASİTƏÇİLİK POTENSİALI:Səudiyyə kralı Kremldən təkidlə bu xahişi edibmi? - TƏHLİL

Kiril Semyonov

“Al-Monitor” (ABŞ)

 

Səudiyyə kralı Səlman Bin Əbdüləziz Əl-Səudun oktyabrın 4-5-də Moskvaya səfəri Rusiyanın Yaxın Şərqdəki artan fəaliyyətini bu dəfə Yəmən kontekstində gündəmə gətirib.

Rusiya Suriya böhranına bir çox spektrdə müdaxilə edir, Liviyadakı həll səylərinə fəal şəkildə qatılır, üstəlik, Qətər-Səudiyyə münaqişəsi daxil olmaqla, müxtəlif regional problemlərdə praqmatik yanaşma izləyir. Yəmən isə Moskvanın diplomatik radarına düşsə də, bu günə qədər Rusiyanın fəal səylərinə səhnə olmayıb.

Kralın Moskva səfəri Rusiyanın Yəməndə vasitəçilik etməsini təmin edə bilər və bu səylər səudilərin baş düşməni və Yəmən müharibəsindəki rəqibi olan İranla rəqabətdə Səudiyyə Ərəbistanının lehinə çönə bilər.

İran, Yəməndə şiə husilərlə (“Ənsarullah”) sabiq prezident Əli Abdullah Salehin yandaşlarından (Baş Xalq Konqresi) ibarət ittifaqı dəstəkləyir. Digər tərəfdən, Səudiyyə Ərəbistanı – Mansur Hadini.

Yəməndə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) liderliyində başlayan hərbi müdaxilə çıxmaza girmiş vəziyyətdədir. 2015-ci ilin payızında Ədən və Taiz vilayətlərinin bir hissəsini ələ keçirən koalisiya gücləri o gündən sonra hər hansı bir strateji uğur qazanmayıb.

BƏƏ-nin Saleh-husi ittifaqından daha çox “Müsəlman Qardaşlar”la əlaqəli “Əl-İslah”ı silmə istədiyinə inanılır. Amma “Əl-İslah” Yəməndə Səudiyyənin müttəfiqlərindən biridir. Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı bu ayrışma ilə koalisiyanın hərbi uğur şansı zəif görünür.

Yəmən əhalisi bütün bu parçalanma xətləri ilə getdikcə daha çox bölünür. Bu parçalanma ilə bərabər, geniş bölgələrdə təsirli olan “Əl-Qaidə”, həmçinin müxtəlif yarımüstəqil qruplar və tayfa milisləri at oynadır.

2016-cı ildə qarşıdurmalarda 10 min nəfər, o cümlədən 1340 uşaq həlak olub. ABŞ və İngiltərənin dəstəyinə baxmayaraq, Səudiyyə Ərəbistanı dəhşətli hüquq pozuntularına görə BMT-nin qınağına səbəb olub. Keçən həftə BMT Səudiyyə-BƏƏ koalisiyasını “qara siyahı”sına daxil edəcəyini açıqlayıb.

Bu mühitdə Rusiya Yəmən böhranının həllində əsaslı bir seçimdir.

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olmaqla birlikdə, döyüşə birbaşa qatılmadıqları üçün vasitəçi potensialı daşıyan Oman və Küveyt bu məsələdə imkanları tükənmiş vəziyyətdədir. Körfəz monarxiyalarından birində xidmət edən bir rus diplomat “Al-Monitor”a etdiyi qiymətləndirmədə Yəmən danışıqlarının son turuna ev sahibliyi edən Küveytin "sülhə xidmət edən" ölkə olaraq önə çıxmaq istədiyini, ancaq cəhdlərin uğursuzluğuna görə etibar baxımından ağır bir əvəz ödədiyini söyləyib.

Küveyt baş naziri Şeyx Cabir Əl-Mübarək Əl-Həmad Əl-Sabah son olaraq yəmənli tərəflər arasındakı danışıqlarda ancaq atəşkəs imzalanması halında ev sahibliyi edəcəyini söyləyib. Bu başadüşüləndir. Küveyt daha çox zərər görmək istəmir.

Oman, Hadi və Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrə malikdir. Yəməndən qaçdıqları sırada Hadi və yaxın ətrafının Omana keçidinə maneə törədilmişdi. Yəmənin Küveytin vasitəçi olaraq seçməsinin səbəbi bu olmalıdır. Üstəlik, bəzi danışıqlara ev sahibliyi edən Oman, daha sonra Yəmən rəhbərliyi tərəfindən husilərə silah verilməsini asanlaşdırmaqda günahlandırılmışdı.

ABŞ-a gəlincə, prezident Tramp administrasiyası Səudiyyə mövqeyini qəbul edərək bu səyləri öldürmüşdü. Müdafiə naziri Ceyms Mattis hətta İrandan dəstəklənən husilərə qarşı hərbi dəstəyin artırılmasını istəyib. Ağ Ev Pentaqonun bu cəhdlərini rədd etmiş olsa da, Səudiyyə Ərəbistanına silah satışında tətbiq olunan məhdudiyyətlər qaldırılıb.

Buna görə də, hazırda Riyad çarəsizcə Yəmən məsələsini həll edəcək vasitəçilər axtarır və bu vəziyyət Rusiyaya qapı açmış olur.

Son illərdə Körfəz dövlətlərinin diqqətini Suriya müharibəsindən başqa istiqamətə çəkmək istəyən Moskva, onları Yəmən böhranına diqqət və Hadinin kömək etməyə təşviq etmişdi. Körfəz dövlətləri Yəmən məsələsinə nə qədər dərindən daxil olursa, Suriya müxalifətinə təmin edə biləcəkləri dəstək və qaynaq o qədər azalacaqdı. Ancaq Suriya indi sülh prosesinin başlandığı düşünüldüksə, bu yanaşma böyük ölçüdə etibarlılığını itirdi. Üstəlik, Yəmən məsələsi Moskvaya Yaxın Şərqdə nüfuz və etibarını gücləndirmək üçün yeni bir fürsət təqdim edir.

Yəmən böhranının başından etibarən Moskva əlaqədar bütün tərəflərlə əlaqələrini qorumağa çalışdı, elastik bir siyasət izləyərək inkişaflardan qopmamağı bacardı. Xüsusilə Hadi Yəməndən qaçdıqdan sonra Rusiya Hadi rəhbərliyi ilə rəsmi əlaqələri davam etdirib. Rus mediası da husi döyüşçülər üçün "üsyançı" təbirindən istifadə edərək, bilvasitə Hadinin rəsmiliyinə işarə edir. Moskvanın Hadi rəhbərliyi ilə ünsiyyətdə Yəmən səfiri Vladimir Deduşkin də noyabr ayında Riyada köçüb. Səfirin Riyad səfəri müharibədə Yəmənin rəsmiləri ilə sıx əlaqə qurma əlaməti olaraq qəbul edilə bilər.

Hadi tərəfindən dəstəklənən Əhməd Salim əl-Vahişi Yəmən səfiri kimi rəsmi olaraq tanınıb və Rusiya Xarici İşlər Nazirliyinə etimad məktubu təqdim edib. Bu, ikitərəfli münasibətlərin inkişafı üçün mühüm hadisə idi.

Əl-Vahişi Hadinin bir il ərzində təklif etdiyi dördüncü namizəddir. İlk üç ad Moskva tərəfindən rədd edilib. Bu mövzuda fəal lobbiçi olan səudların qəbul qərarına qatqı qoyduqları düşünülür.

Digər tərəfdən, Rusiya “Ənsarullah” və Baş Xalq Konqresi ilə münasibətləri davam etdirməyə müvəffəq olub. Yəməndə tarixən rəqib olan bu iki quruluş sonradan müttəfiq oldu. Lakin keçmişdəki separasiya hələ də özünü göstərir.

Tərəflər arasındakı gərginlik silahlı münaqişəyə qədər gedə bilər. Halbuki mövcud şərtlər tərəfləri razılaşmağa məcbur edir. Hər iki tərəf sülh təşəbbüslərini, xüsusilə də Rusiyadan gələnləri daha çox qəbul etməyə hazır ola bilər.

“Ənsarullah”ın Tehranın siyasətində pərişanlığının nəzərə alınması vacib amildir. Onlar İranın mövqeyini möhkəmləndirmək üçün Yəmən haqqında spekulyativ ritorikaya müraciət etdiyinə əmin olduqlarını bildirirlər. Bir çox ekspert, həmçinin hesab edir ki, İranın Saleh-husi ittifaqına olan dəstəyi ciddi şəkildə şişirdilib. Bu mənada, Tehranın sülh prosesinə nail olmaq qabiliyyəti məhduddur.

Rusiyanın husilər və Salehə güvənmək cəhdləri də müvəffəqiyyətlidir. O, paytaxt Sənada məhdud diplomatik varlığını qorumaq üçün yeganə böyük dövlətə çevrilib.

Saleh-husi ittifaqı tərəfindən yaradılan Ali Siyasi Şuraya və Milli Azadlıq Hökumətinə münasibət ədalətsizlik səviyyəsində davam edir. 2016-cı ilin noyabrında diplomatik nümayəndəlik səviyyəsində Andrey Çernovolun səfir təyin olunub. Bununla yanaşı, rus diplomat Yəməndə potensial siyasi legitimliyi olan digər oyunçuları görmür. Hazırda Hadinin məsləhətçisi olan Heydər Əbubəkr Əl-Attaş bu adlardan biridir. Ötən illərdə Yəməndəki Demokratik Xalq Cümhuriyyətinin və Sosialist Partiyanın lideri olan Attas ölkənin cənub hissəsində əhəmiyyətli dərəcədə ağırlığa malikdir. Attas yanvar ayında Moskva ilə əlaqə saxlayır.

Rusiya, həmçinin Yəmənin cənubundakı digər, BƏƏ dəstəkli siyasətçilərlə əlaqə saxlaya bilər. Bu adların əksəriyyəti keçmişdə Sovet İttifaqına möhkəm bağlı olan marksist partiyaya və Yəmən ordusuna aid şəxslərdir. Onların bir çoxu da sovet ali məktəblərində oxuyub.

Nəticədə, Yəməndə Rusiyanın mühüm rol alma potensialı var. Sahədəki hərbi əməliyyatlar və Yaxın Şərqdəki güc tarazlıqları bu prosesi asanlaşdıra bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə