XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 18:03

PUTİNİN ŞOU ULDUZU OLAN QADIN RƏQİBİ… –Rusların əksəriyyəti isə qadının dövlət başçısı olmasını istəmir - TƏHLİL

Stepan Kravçenko, İlya Arxipov

“Bloomberg” (ABŞ)

 

Realiti-şou və TV ulduzu Kseniya Sobçak mart ayında keçiriləcək prezident seçkilərində Vladimir Putinə qarşı namizədliyini irəli sürməyi planlaşdırdığını deyərək, özünü "hamı əleyhinə" səs vermək istəyənlərin nümayəndəsi elan edib.

"Seçkilərdə namizəd olmağı bacara bilməyənlərin ruporu kimi iştirak etmək niyyətindəyəm", – deyən xanım, Putinin siyasi müəllimi, mərhum Anatoli Sobçakın qızı Sobçak, “Vedomosti” qəzetində dərc olunmuş məktubunda bildirir: "Mən mövcud sistemi tənqid etməyə hazıram".

Onun bəyanatı müxalifət lideri Aleksey Navalnının artıq namizədliyini elan etdiyi vaxta təsadüf edir. Lakin qanunla Navalnı seçkidə iştirakdan məhrumdur. Sobçakı Kreml planının bir hissəsi kimi təqdim edərək bir onlayn tok-şouda onu "liberal namizədə karikatura" adlandırıb.

65 yaşlı Putin prezidentliyini 2024-cü ilə qədər uzatmaq üçün dördüncü müddət uğrunda mübarizə aramaq və İosif Stalindən sonra Kremlin ən uzunmüddətli hökmdarı kimi, təxminən dörddə bir əsrlik bir dövrdə hakimiyyətdə qalmağı planlaşdırır.

Qələbəyə əmin olsa da, Kremlin çətinliyi – seçicilərin fəallığını təşviq etməkdir. Rusiyanın bu əsrdə ən uzun iqtisadi daralmaya məruz qaldığı dövrdə Putinin etibarlı mandat alması üçün.

Parlamentindəki əsas partiyalar Putinlə qarşı-qarşıya qalan namizədləri dəfələrlə irəli sürüblər. Amma uğursuz olublar.

 

Vokal tənqidçi

 

35 yaşlı Sobçak 2012-ci il prezident seçkisindən əvvəl başlayan Kremlin antietiraz aksiyalarında iştirak etmiş Putinin vokal tənqidçisidir. Putin, Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə Sankt-Peterburqda birlikdə işləyərkən, köhnə müəllimi və demokrat-islahatçı Anatoli SobçakıN ona çox böyük təsir göstərdiyini etiraf edib.

"Mümkündür ki, oğlum səsvermə yaşına çatdıqda, hələ də eyni namizədlər olacaq, – ötən il ana olmuş K.Sobçak “YouTube”dakı videoda namizədliyini elan edərkən bildirir. – Biz hakimiyyət sistemini dəyişdirməliyik", – deyərək o əlavə edib ki, Putinə öz qərarından danışdıqda dövlət başçısı məmnun deyildi.

 

İdeal rəqib

 

“Kreml kampaniyamı bu seçkiləri qanuniləşdirmək üçün istifadə edəcək", – deyən Sobçak ölkədə nə baş verdiyini açıq danışmaq niyyətindədir. O, Navalnının prezidentliyə namizəd olaraq qeydə alınmasını tələb edir: “Ona icazə verilərsə, yarışdan çıxmağı düşünəcəm”.

Kremlin rəsmiləri Sobçakı Putin üçün ideal rəqib sayırlar. Partiya namizədlərinin seçicilərdə cansıxıcılıq, yəni az iştiraka səbəb ola biləcəyi narahatlıqları əsnasında bu fikir doğub. Milyarder Mixail Proxorov – Rusiyanın üçüncü ən zəngin adamı 2012-ci ildə yeni bir oyunçu kimi ortaya çıxaraq Putindən narazı kütlənin, xüsusilə də Moskvada insanların dəstəyini qazandı – səslərin 8%-i.

Kremlin nümayəndəsi Dmitri Peskov müstəqil “Dojd TV”-yə müsahibəsində bildirib ki, Sobçak "istedadlı şəxs"dir və onun iştirakı Rusiya Konstitusiyasına "tam uyğun" olacaq.

Kremlin rəqabətə icazə verməsi üçün hazırlıq imtahanı – Sobçakın seçicilərdən 300 min imzanı toplaya bilib-bilməməsidir.

 

Çətin döyüş

 

Sobçak dəstək qazanmaq üçün dəhşətli bir döyüşlə qarşılaşacaq. Rusiyalıların yalnız 0,4%-i onu prezidentliyə namizəd kimi dəstəkləyərdi, 53%-i isə qadının dövlətin başçılığı iddiasına qarşı çıxır. Bu, “Levada Mərkəzi”nin araşdırmasıdır.

Moskva Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Aleksey Makarkin bildirib ki, Sobçak səslərin 2 faizindən çoxunu alarsa, bu, uğurlu hesab olunacaq. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun politoloqu Valeri Soloviçin rəyincə isə, Sobçak səslərin 8 faizini ala biləcək.

Proxorovun kampaniyasına kömək edən “FOM” müşahidə şirkətinin baş mütəxəssisi Qrigori Kertman deyir: "Sobçak Proxorovdan daha yaxşı tanınır".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə