Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin işə çıxdığı artıq foto və videomateriallarla da təsdiqlənib.
“Strateq.az” bildirir ki, PA rəhbəri R. Mehdiyev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iştirak edib.
ötən ilin sonundan etibarən işə çıxmayan Ramiz Mehdiyevin məzuniyyətdə olduğu bildirilirdi.
Xatırladaq ki, bir neçə gün əvvəl “Strateq.az” saytı PA rəhbəri Ramiz Mehdiyevin işə çıxdığı barədə məlumat vermişdi. Ancaq bəzi informasiya vasitələri və müəyyən siyasi dairələr israrla məlumatın səhih olmadığını, akademikin uzun müddət işə çıxmayacağını iddia edirdilər.
X.SƏFƏRLİ