XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 11:03

AKP VƏ MİT-in ALMANİYADAKI DESANTI –Merkel hökuməti “Osmanen Germania”nın varlığından ciddi narahatlıq keçirir - TƏHLİL

“Middle East Eye” (Böyük Britaniya)

 

“Osmanen Germania” haqqında hər kəs eyni şeyi deyir – "bayker bandası". Onlar ABŞ-ın bayker teleserialı olan “Anarxiyanın övladları”nın qəhrəmanları kimi geyinirlər; motosikletli quldurlar tək dolaşırlar. Silahlıdırlar və zorakılığı təbliğ edən musiqi klipləri çəkirlər.

Buna baxmayaraq, 2.500 nəfərlik güclü Türk-Alman təşkilatı bu ittihamları inkar edir. İctimai işlərlə məşğul olduqlarını desələr də, bəlli siyasi görüşə malikdirlər – Türkiyənin hakim AKP partiyasına və Osmanlı İmperatorluğuna heyranlıqları diqqət çəkir.

Ancaq Almaniya rəsmiləri deyirlər ki, onların hərəkətləri artıq AKP heyranlığını aşır. Rəsmilər qrupun Türkiyə kəşfiyyatı (MİT) tərəfindən dəstəkləndiyini və Türkiyə hökumətinin Almaniyadakı rəqiblərini hədələmə və təhdid etmək üçün istifadə edildiyini söyləyirlər.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Röyl “Osmanen Germania”nın MİT tərəfindən Almaniyada terrorla mübarizə vahidi olaraq istifadə edildiyini iddia edərək, parlamentə hesabat təqdim edib.

“General-Anzeiger” qəzetinin yazdığına görə, Röyl hesabatda qeyd edib: "Türk hakimiyyət orqanları “Osmanen Germania”nın hərəkətlərini dəstəkləyir və onları Almaniyada terrorla mübarizə fəaliyyəti kimi görürlər; PKK, ifrat solçu türklər və Gülən hərəkatına qarşı yönəldirlər".

Gülən hərəkatına və ya “Hizmet”ə ("Xidmət") ABŞ-da fəaliyyət göstərən türk vaiz Fəthullah Gülən rəhbərlik edir. O, ardıcılları ilə birlikdə uğursuz dövlət çevrilişi cəhdinə ittiham olunur.

Röyl parlamentdəki çıxışında MİT-in Şimali Reyn-Vestfaliya bölgəsində fəaliyyət göstərdiyini və türk səlahiyyətlilərinə Gülənlə əlaqəsi olan insanlar və quruluşlar haqqında məlumat verdiyini bildirib. Onun sözlərinə görə, MİT-in ilk siyahısında Şimali Reyn-Vestfaliya əyalətində yaşayan Gülənlə bağlı 165 nəfərin adı göstərilib. Röylun iddia edir ki, “Hizmət” şəbəkəsi üzvləri “Osmanen Germania” tərəfindən dəfələrlə təhdid olunublar.

“Osmanen Germania” qrupu 2015-ci ilin aprel ayında Almaniya və Türkiyənin arasındakı gərginliyin köhnə siyasi təşəbbüsdən qaynaşmağa başladığı dövrdə formalaşıb. Buna qədər, yəni 2012-ci ildə qanunlar dəyişdirilib və xaricdə yaşayan türklərin Türkiyə seçkilərində yaşadıqları ölkələrdən qatılması mümkün olub. Bu, Türkiyə partiyaları, xüsusilə də AKP-nin böyük türk mənşəli əhalisi olan Almaniya kimi ölkələrdə kampaniya aparmasına şərait yaradıb.

Gərginlik 2016-cı ildəki aprel referendumu ərəfəsində yaranıb. Almaniya və digər Avropa ölkələri Türk hökumət səlahiyyətlilərini ölkələrindəki kampaniyalarına izn verməyib.

AKP hökuməti türk rəsmilərinə qadağa qoyularkən, PKK mitinqlərinə icazə verildiyini söyləyərək, bunu ikiüzlülük adlandırıb.

Türk səlahiyyətliləri, həmçinin Almaniyanı gülənçilərə sığınacaq verməkdə günahlandırıb.

Almaniya Federal Miqrasiya və Qaçqınlar İdarəsinin sentyabr hesabatında 2017-ci ildə Türkiyə vətəndaşlarının 8.547 sığınma müraciətindən 5.040-nın rədd edildiyi qeyd olunub.

Alman səlahiyyətliləri, həmçinin diplomatik və xidməti pasportları olan 615 Türkiyə vətəndaşının da sığınacaq üçün müraciət etdiklərini ifadə edərək, onların Gülən hərəkatı ilə əlaqəli olub-olmadığına aydınlıq gətirməyib.

“Osmanen Germania” üzvləri deyirlər ki, boks klublarında çalışır və türkiyəli gənclərə təhsil və s. sahələrdə kömək edirlər. Qrup və Türk səlahiyyətliləri arasında indiyə qədər göstərilən yeganə birbaşa əlaqə bir türk media orqanıdır.

“Die Linke” Partiyasının millət vəkili Sevim Dağdələn – Ərdoğanın hökuməti tərəfindən maliyyələşdirdiyi iddia edilən hərəkatların tənqidçisi – dəfələrlə “Osmanen Germania” ilə bağlı parlamentə sorğu göndərib və o, qrupun Türkiyə hökuməti ilə əlaqələrinin daha dərinə getdiyini güman edir.

Dağdələn federal hökumətə müraciətində özünü “Osmanen Germania”nın başçısı adlandıran Mehmet Bağçının AKP səlahiyyətliləri ilə Antalyada görüşdüyü iddia edir.

Hökumətin cavabı media hesabatları ilə bundan "xəbərdar" olduğudur.

Dağdələn Almaniya səlahiyyətlilərini, “Osmanen Germania” daxil olmaqla, türk kəşfiyyatının Avropa Türk Demokratlar Birliyini (UETD) – AKP-nin Avropadakı lobbiçisi qolu – də əhatə edən şəbəkə yaratması haqqında nə qədər məlumatlı olduğunu sorğulayıb.

Hökumətin təpkisi – “şəbəkə haqqında media hesabatlarından məlumatlıyıq” və “Osmanen Germania” üzvləri UETD-in təhlükəsizlik xidməti kimi çıxış ediblər”.

“Osmanen Germania”nın Almaniyada 40-dan çox özəyi var. Lakin əksəriyyəti Almaniyanın ən sıx əhalisi olan Şimali Reyn-Vestfaliya əyalətində yerləşir.

Daxili işlər naziri Röyl onun ən sürətli böyüyən dəstələrdən biri olduğunu və əyalətdə səkkiz özəyinin yerləşdiyini bildirib. Nazirin sözlərinə görə, qrup polisin nəzarətindədir və digər əyalətlərdə də “Osmanen Germania” narkotik və silah alveri ilə bağlı polisin basqınına məruz qalıb.

“Osmanen Germania” 2016-cı ildən etibarən alman mətbuatının diqqətindən yayınmır. Onun “Hell's Angels” (“Cəhənnəm Mələkləri”) bayker şəbəkəsi, həmçinin PKK ilə əlaqəli olduğu deyilən “Bahoz” kimi kürd dəstələri ilə qarşıdurmaları olub.

Nə “Osmanen Germania”, nə də Türkiyə hökuməti Röylun iddialarına şərh verib.

 

Tərcümə: Strateq.az