XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 18:02

MOSKVANIN İKİBAŞLI MÖVQEYİNƏ ANKARANIN SUSQUNLUĞU –"Kürd məsələsi" Türkiyəni yenidən Rusiyadan küsdürəcəkmi? – Təhlil

Semih İdiz

“Al-Monitor” (ABŞ)

 

Kürdüstan Regional Hökumətinin (KRG) 25 Sentyabrda təşkil etdiyi müstəqillik referendumundan sonra Türkiyə rəsmi Bağdada qoşulan güclər tərəfindən Kərkükdə peşmərgənin alçaldıcı məğlubiyyətindən vəcdə gəlib. ABŞ və Avropanın referendum əleyhinə mövqeyi də Ankaranı məmnun edib. Ancaq Rusiyanın ikibaşlı mövqeyi səssiz bir şəkildə qəbul olunmur.

Referendumdan sonra Moskva, Xarici İşlər Nazirliyinin mətbuat üçün açıqlaması ilə, İraqın "suverenliyinə, birliyinə və bütövlüyünə dəstəyini" vurğulayıb. Ancaq o, həm də "kürdlərin milli istəklərinə hörmətlə yanaşırıq", – deyərək Ankaranın eşitmək istəmədiyini dilə gətirib.

Referendumdan bir neçə həftə əvvəl “Rudaw”a danışan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: "Kürdlərin istək və qanuni hədəfləri, bütün digər xalqlarınkı kimi, yerinə yetirilməlidir".

O, həmçinin əlavə edib ki, kürdlər "sülh mexanizmləri ilə öz istəklərini ifadə etməli"“İraqın qonşularının düşüncəsini nəzərə alaraq” referendumun məqsədlərini"sülh yolu ilə həyata keçirməlidirlər".

Moskvanın İraqın ərazi bütövlüyünə sadiqliyi vurğulamağına baxmayaraq, Ankara üçün əsas məsələ Rusiyanın kürd siyasi istəklərinə qarşı çıxmamağıdır. Hətta federal və ya konfederasiya sistemi altında özünü idarəçilik forması Türkiyəyə təhlükə kimi görünür.

Ankara üçün daha bir həyəcəndoğurucu məsələ Rusiyanın əsas neft şirkəti olan “Rosneft”in keçən həftə Şimali İraqdakı mərkəz neft borusunun 60 faizini nəzarət altına alması və bölgəyə investisiyalarını 3,5 milyard dollara çatdırmaq qərarı ilə bağlıdır.

Bu, Kürdüstan referendumundan sonra Bağdadın başı üzərindən həyata keçirilib. Ərbildə referendumun nəticələrini ləğv etməyə məcbur etmək üçün Türkiyənin Şimali İraqla sərhədlərini möhürləyərək KRH-ni təcrid etmək və bloklamaq təhdidləri dövründə.

Sabiq səfir Ünal Çeviköz Rusiyanın bu hərəkətlərinin Şimali İraqdakı Türkiyənin maraqlarını böyük ölçüdə pozduğunu düşünür. Çevikozün sözlərinə görə, Ankaranın zəifliyi – Moskvadan fərqli olaraq, bölgənin uzun müddətli baxışının olmamasındadır.

Ankaradakı rəsmi düşüncəni nəzərə alaraq, Çeviköz bildirib ki, Bağdad tərəfindən Kərkükün geri qaytarılması, iraqlı kürdlərin daha çox özünü idarə etmək istəyini artıracaq. "Rusiya və başqaları indi Bağdadı kürdləri öz ərazisində başlı-başına qoymasına təkid edir", – Çeviköz bildirib.

Ankarada, həmçinin ABŞ-ın güclü dəstəyi ilə yanaşı, Suriyanın gələcəyi ilə bağlı Moskvanın kürdlərə dəstəyini qiymətləndirməyə çalışır.

Çeviköz, Ankara və Moskvanın Suriyadakı işgüzar əməkdaşlığa baxmayaraq, "eyni dalğada olmadığını" deyib. Suriyanın ərazi bütövlüyünün qorunması mövzusunda Türkiyə bu fikirdədir ki, mərkəzi hökumət kürd istəklərinin qarşısını almalıdır.

Türkiyə Suriya gələcəyinə dair fikrə malik olan Xalq Müdafiə Birlikləri (YPG) və Demokratik Birlik Partiyası (PYD) bayrağı altında fəaliyyət göstərən kürdlərə qarşıdır. Türkiyə onların PKK ilə əlaqəli terror qrupları olduğunu söyləyir.

Bu il Moskvada Suriya üçün konstitusiya layihəsi hazırladıqda da Ankara artıq narazı idi. Moskvanın layihəsi kürdlər üçün muxtariyyəti nəzərdə tutur.

Buna baxmayaraq, Ankara Rusiyanın sevilməyən siyasəti haqqında çox səssiz qalır. Aydındır ki, Qərblə əlaqələrinin sürətlə pisləşməsi onun Rusiyadan asılılığını artırır.

“Hurriyet Daily News” qəzetinin baş redaktoru Murat Yetkin Türkiyənin Rusiya qarşısında ziddiyyətli vəziyyət hiss etməsinə işarə edib: "Türk mətbuatında çoxları İsrail və ABŞ-ın İraqı parçalamaq və Türkiyə üçün də eyni potensiala malik olan kürd referendumuna dəstək verməsindən “xoşbəxtdir"”...

Moskva, Vaşinqtondan fərqli olaraq, PKK-nı terror təşkilatı olaraq görməkdən imtina edir və PYD-nin Moskvadakı nümayəndəliyinə icazə verib.

Vladimir Putinin Valday Beynəlxalq Müzakirə Klubunda "Bütün etnik və dini qrupları, hökumət və müxalifət bir araya gətirmək üçün Suriya xalqının qurultayını keçirmək fikiri var", – deyib. O, növbəti mərhələdə yeni bir konstitusiya hazırlanacağını da bildirib: "Bu, təxmini plandır".

Murat Yetkinin fikrincə, Moskva Türkiyənin sərhədləri boyunca İraq və Suriyadakı kürd muxtariyyətini gücləndirməyə çalışır: "Bu mövqe ABŞ tərəfindən dəstəklənərsə, Ankara və Vaşinqton arasında artıq mövcud olan problemlər daha da böyüyəcək".

Ancaq İraq və Suriyadakı kürdlərə münasibət Türkiyə ilə Rusiya arasındakı yeni bir problem yaratmağa qabildirmi?

Rusiyanın təklif etdiyi qurultayı dəf etmək üçün böyük maneələr var. Bunları aradan qaldırmaqda çətinliklər Ankaranın üstünlüyü ola bilər, çünki bu, kürd hüquqlarını xatırladan yeni konstitusiyanı hazırlamaq işini gecikdirəcək.

Ancaq münaqişənin uzadılması kürdlərin Suriyadakı qazanclarını ABŞ və Rusiya dəstəyi ilə daha da möhkəmləndirməyə imkan verəcək. Ankara "kürd reallığı"nı bu halda qəbul edəcəkmi?

KİV-lərdə bəzi hökumət tərəfdarları, o cümlədən gündəlik “Yeni Akit”dən olan Osman Atalay Türkiyənin daha geniş mənafe naminə KRH-ni daha çox muxtariyyətlə təmin etmək üçün Ankara ilə Bağdad arasında əməkdaşlıq təklif edib.

Bu cür siyasət dəyişikliyi prezident Rəcəb Tayyib Ərdoğanın 2019-cu il seçkilərinə hazırlaşdığı dövrdə baş verməlidir. Deməli, o, kürdlərə qarşı daha az təpki göstərib ölkə içində onların dəstəyini qazanmalıdır.

Bir sözlə, Türkiyənin “kürd baş ağrısı”, KRH-nin İraqdakı alçaldıcı məğlubiyyəti Ankarada gülüş doğursa da, tezliklə sağalmayacaq.

 

Tərcümə: Strateq.az