XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

27 Oktyabr 2017 - 10:51

“HİZBULLAH”IN HƏDƏFƏ ALINMIŞ YENİ KOMANDANI –İsrail kəşfiyyatı onun hər addımını izləyir - TƏHLİL

Anna Ahronhaym

“Jerusalem Post” (İsrail)

 

“Hizbullah”la söz davası davam edərkən, İsrailin təhlükəsizlik təşkilatı şiə terrorist qrupunun Colan Təpələrindəki yeni komandanının şəxsiyyəti ilə bağlı müəmma qapağını qaldırır.

İDF-in (İsrail ordusu – red.) Hərbi Kəşfiyyat İdarəsi Colanın şərqində, Suriya tərəfində “Hizbullah”ın əsas adamının adını açıqlayıb: Hacc Haşim kimi də tanınan Münir Əli Naim Şaiti. Livanın cənubundan olan, dörd uşaq atası, 50 yaşlı bu şəxs vaxtının çoxunu Suriyada keçirərək, təhlükəsizliyə cavabdehlik daşıyır və müharibə gedən ölkədə “Hizbullah”ın əməliyyatlarını yönəldir.

Şaitinin “Hizbullah”ın keçən il öldürülən komandanı Samir Kuntarın əvəzinə, 2016-cı ilin iyun ayında Suriyadakı əməliyyatların başçılığına gəlməzdən əvvəl o, Livanda, Litani çayının şimalında terror əməliyyatları keçirən “Bədr briqadaları”nın rəhbər müavini olub.

Suriyadakı başlıca rolu bölgədəki üsyançı qruplara qarşı mübarizədə Əsəd rejimi ordusuna kömək etmək olsa da, kəşfiyyat mənbələrinə görə, əmrləri nüfuzlu və qüdrətli generaldan – İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qvardiyasının rəhbəri Qasim Süleymanidən alır.

Həmçinin Şaiti İsraillə müharibə üçün “Hizbullah”ın hərbi infrastrukturunu hazırlayır. Yəhudi dövlətinin fikrincə, bir cəbhə ilə məhdudlaşmayacaq bu müharibədə Suriya və Livanla qarşıdurma olacaq.

“Hizbullah”ın yaratdığı ilk təhlükə, 2006-cı İkinci Livan müharibəsindən sonra İranın köməyi ilə yenidən qurulmuş raket arsenalı olduğu halda, İDF növbəti, gələcək müharibənin, İsrailə ciddi mülki və hərbi zərər yetirmək üçün cəbhə bölgəsinə səpələnmə yolu ilə ölkə içində mübarizə aparılmasına cəhd göstərəcəyinə inanır.

Filadelfiayadakı (ABŞ) Yaxın Şərq Forumunun araşdırmaçısı Aymenn Tamiminin sözlərinə görə, İsraillin Şaitiyə dair məlumatları güman ki doğrudur: “"Hizbullah”ın komandirlərinin yerləşdiyi yer barədə çox danışmağa meyilli təşkilat deyil".

Colan Təpələrinin strateji əhəmiyyəti və İranın oradakı yeni istinadgahları İsraili narahat edir. 2013-cü ilin yanvar ayından etibarən “Hizbullah”a ötürülən silahlar, Suriyadakı silah konvoyları və infrastrukturu hədəf alan yüzlərlə hava hücumu baş verib. Baş nazir Benyamin Netanyahunun söylədiyi kimi, "əl dəyişən silahlar" qrupun sərəncamına keçir.

İsrail Suriyadakı hava hücumları ilə İran və “Hizbullah” komandirlərinə qarşı həmlələr həyata keçirərək, 2015-ci ilin yanvar ayında Quneytra şəhəri yaxınlığında keçmiş “Hizbullah” hərbi şefi İmad Muğniyənin oğlu Cihad Muğniyə və 2015-ci ilin dekabrında Şam kənarında Kuntarı qətlə yetirib.

Həm Cihad Muğniyə, həm də Kuntar Colan Təpələrində hərbi infrastrukturun qurulması prosesində öldürülüb, buna görə Şaitini növbəti hədəf olacağı xəbərdarlığı var.

“Hizbullah” Bəşər Əsəd rejiminə kömək etməklə Suriyada döyüşür və sentyabr ayının ortalarında qrupun baş katibi Həsən Nəsrullah rejimin vətəndaş müharibəsində qələbə qazandığını iddia edib. Ərəb mətbuatının verdiyi məlumata görə, “Hizbullah” çərşənbə günü yaydığı bəyanatda əsgərlərinin 2018-ci ildə Suriyadan tamamilə çıxarılacağını açıqlayıb.

Amma Tamiminin sözlərinə görə, qrupun gələn il Suriyanı tam çəkiləcəyi şübhəlidir.

"Biz bu sərhəd bölgələrində uzun müddətli bir varlıqdan danışırıq. “Hizbullah” İsrailin Hermon dağının yaxınlığında, cənubi Suriyadakı Hadr kəndindən döyüşçüləri toplayır. "Hizbullah bu sərhəd bölgələrində hərəkət edə biləcək və ehtimal ki, təcavüz vasitəsi kimi fəaliyyət göstərən yerli nümayəndələri cəlb etmək istəyir, Hadr isə sərhədə yaxın yerdir”.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə