XƏBƏR LENTİ

12 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 22:29

TRAMPIN ƏTRAFINDA HƏLQƏ DARALIR –Bazar ertəsi ABŞ-da səs-küylü həbslər həyata keçirilə bilər

Oktyabrın 27-də Vaşinqtonda Federal Məhkəmənin böyük jürisi özəl prokuror Robert Müllerin başçılıq etdiyi araşdırma çərçivəsində ilk ittihamları bəyənib.

Strateq.az CNN-ə istinadən  xəbər verir ki, Federal Məhkəmənin qərarına əsasən, materilallara çıxış hələlik məhdudlaşdırılıb.

Qaynaqların iddiasına görə, əleyhinə ittihamlar irəli sürülən şəxslər artıq oktyabrın 30-da həbs edilə bilər.

İttihamların xarakteri məlum deyil. Özəl prokuror təmsilçisi durumu şərhdən imtina edib.  

Strateq.az xatırladır ki, özəl prokuror Robert Müller Rusiyanın Donald Trampın xeyrinə ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın seçki qərargahının seçkiqabağı kampaniya müddətində Rusiya dövlət qurumları ilə əlaqədə olub-olmadığını araşdırmaqla məşğul idi.

73 yaşlı Robert Müller Respublikaçılar partiyasından olsa da, Demokratların da dərin hörmətini qazanan şəxsdir. 2001-ci ildə Müllerin FTB direktoru postuna namizədliyi Senatda yekdilliklə qəbul edilib. O, 2001-ci il 11 sentyabr teraktından bir həftə əvvəl vəzifəyə başlamaqla, bu postu düz 12 il tutub. İndiyədək FTB direktoru postunda ondan çox yalnız Con Edqar Quver işləyib.

Müller hüquq elmləri doktorudur, iki il Vyetnamda xidmət edib, dəniz piyadası bölməsinə komandirlik edib və xidmət müddətində bir neçə mükafat alıb. Onu prinsipal, ABŞ maraqlarının qorunmasında güzəştsiz adam kimi xarakterizə edirlər.

İddialara görə, ABŞ prezidenti Donald Trampın bugünlərdə prezident Con Kennedinin qətli ilə bağlı sənədlər üzərindən məxfilik qrifinin götürülməsi və sənədlərin ictimailəşdirilməsi haqda qərarından sonra xüsusi xidmət qurumlarıyla Tramp arasındakı münasibətlər xeyli gərginləşib. Sabiq FTB direktoru olan Robert Müllerin araşdırmasının nəticələri həm də bu baxımdan hazırda dünya siyasətçilərinin ən çox diqqətdə saxladığı məsələdir. 




Yuxarı Əvvələ Ana Səhifə