XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 15:08

ERMƏNİLƏR BTQ-yə ALTERNATİV AXTARIR:“Ermənistan böyük yollar ayrıcındakı daş üstündə əyləşən kor bayquşa dönür” – Təhlil

İosif Qubadyan

regnum.ru, 30.10.2017

 

Oktyabrın 30-da Bakıda Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun rəsmi açılışı olub. Uzunluğu 826 km təşkil edən dəmiryolu birinci mərhələdə ildə bir milyona qədər sərnişin və 6,55 milyon ton yük daşıyacaq. Gözlənilir ki, güc tədricən ildə iki milyon sərnişin və 17 milyon ton yükədək artacaq.

Ermənistandan yan keçən Bakı-Tiflis-Qars dəmiryolunun inşası 2007-ci il fevralın 7-də Tiflisdə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğanın görüşündə Tiflisdə imzalanmış “Yeni Bakı-Tiflis-Qars layihəsinin gerçəkləşdirilməsi çərçivəsində Marabdadan türkiyə sərhədinə qədər (Kartsaxi) dəmiryiol sahəsinin maliyyələşməsi, layihələşdirilməsi, inşası, reabilitasiyası, rekonstruksiyasının prinsip və şərtləri” sazişi, həmçinin “Bakı-Tiflis-Qars layihəsi çərçivəsində Marabadadan türkiyə sərhədinədək dəmiryol sahəsinin maliyyələşdirilməsi şərtləri haqda kredit müqaviləsi” əsasında 2008-ci ildə başlanıb.

Qars-Axalkalaki yolunun ümumi uzunluğu 105 km təşkil edir. Bunun 76 km-i Ankaranın hesabına Türkiyə ərazisi üzrə çəkilib. Azərbaycan Gürcüstan ərazisindən keçən 26 km uzunluğunda Qars-Axalkalaki dəmiryolunun, həmçinin 153 km uzunluğunda Axalkalaki-Marabda dəmiryolu hissəsinin rekonstruksiyası və sahənin bərpasını maliyyələşdirməyi həyata keçirir. Azərbaycan layihənin maliyyələşdirilməsi üçün iki tranş yolu ilə 775 milyon dollar məbləğində vəsait ayırıb. Birinci tranş illiyi 1% və 25 il müddətinə uzatmaq imkanı ilə 200 milyon dolların ayrılmasını nəzərdə tutur. İkinci tranş illiyi 5% və nüddəti 25 ilə artırmaq imkanı ilə 575 milyon dollardır.

 

Prezidentlər və baş nazirlərin dəmiryolu haqda rəyləri

 

Təntənəli açılış mərasiminə Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin Qazaxıstan və Gürcüstan hökumət başçıları – Bakıtjan Saqintayev və Georgi Kvirikaşvili qatılıblar. Özbəkistan baş naziri Abdulla Aripov da mərasimə gəlib.

Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmiryolu Avrasiya nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Əliyev deyib: “Biz hazırda Bakı-Tiflis-Qars və Şimal-Cənub nəqliyyat dəhlzilərinin inteqrasiyası üzərində işləyirik. Hesab edirəm ki, bu, tamamilə mümkündür və əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub –Qərb enerji-nəqliyyat yolları istismara veriləcək. Bu iki əzəmətli layihə bir çox böyük ölkələri birləşdirəcək. BTQ tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir. Çin, Qazaxıstan, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri ondan faydalana bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək”.

Türkiyə prezidenti Rəcəb Ərdoğan öz növbəsində qeyd edib ki, dəmiryolu Şərq-Qərb nəqliyyat dəhlizi və yeni ipək yolunun mühüm tərkib hissəsidir.

Ərdoğan deyib: “İndi London-Pekin dəmiryol əlaqəsi birbaşa həyata keçiriləcək. Mən istəyirəm ki, bu layihə bölgəyə və xalqlarımıza səmərə gətirsin”.

Qazaxıstan baş naziri Bakıtjan Saqintayevin fikrincə, bu layihə Xəzərdə logistika imkanlarını genişləndirəcək, Çindən Avropaya yük daşımağa əlverişli şərait yaradacaq, yükdaşımalarının sürəti iki dəfə artacaq. Onun sözlərinə əsasən, BTQ Cənubi Qafqazda barış və sabitlik üçün mühüm dəyər kəsb edir. O deyib: “Konteyner Çindən Azərbaycana Qazaxıstanın Xəzərdəki limanı üzərindən tədarük olunur və bu yük bu gün Azərbaycandan yola salınacaq”.

Gürcüstan baş naziri Georgi Kvirikaşvili də bölgədə sabitlik amilini qeyd edib. Onun dediynə görə, sabitliyi təmin etməyə yönəlmiş BTQ sürəkli diqqətə layiqdir.

Gürcü baş nazir deyib: “Yeni limanlar tikilir, yollar təzələnir. BTQ-nin uğuru Çinlə artan iqtisadi əlaqələrlə bağlıdır. Bu gün yola salınan konteyner qatarı Çindən çıxdıqdan 8 gün ərzində təyinat məntəqəsinə çatacaq. Qazaxıstan prezidenti Nursultan Nazarbayev layihənin gerçəkləşməsində böyük rol oynayıb”.

 

BTQ və Ermənistan

 

Ermənistan hökuməti Ermənistandan yan keçməklə dəmiryolunun inşasına başlamaq haqda söz-söhbətə əvvəlcə ciddi yanaşmırdı. Ozamankı prezident Robert Köçəryan iqtisadiyyat institutunda tələbələrlə görüşdə əminlik ifadə edib ki, bu dəmiryolu salınmayacaq, çünki iqtisadi baxımdan əsaslandırılmayıb.

Aykakan jamanak” qəzeti yada salır ki, Köçəryan bir ildən sonra – 2005-ci ildə İrəvan Dövlət Universiteti tələbələriylə görüşdə bu mövzuda danışaraq qeyd edib: “Bölgədə dəmiryolları nə qədər çox olsa, bir o qədər yaxşıdır. İstənilən halda, bizim ərazidən keçən dəmiryolu rəqabət qabiliyyətli olacaq, çünki Qars-Axalkalakinin gerçəkləşməsinə yatırımları yüksək tariflər hesabına tarazlaşdırmaq lazım gələcək. Düşünürəm ki, buna sakit yanaşmaq lazımdır. Xüsusən də bu layihənin gerçəkləşməsinə mane ola bilməyəcəyimiz üçün”.

İki ildən sonra – 2007-ci ilin yanvarında aydınlaşıb ki, Köçəryan Ermənistanın bu layihənin gerçkləşməsinə mane ola bilməyəcəyini desə də, hər halda cəhdlər olub. ABŞ hökuməti təmsilçiləri o zaman bildiriblər ki, bu yolun inşasına qarşıdırlar. Və bu, Ermənistan hökumətinin işinin bəhrəsiydi. Bunu Köçəryanın mətbuat katibi Viktor Soqomonyan bildirib. Mətbuat katibinin sözlərinə görə, Ermənistan dəmiryolunun inşası proqramına mümkün hər cür üsulla əngəl olmağa çalışıb, amma “bu ölkələrin işinə qarışmaq və proqramın gerçəkləşməsinə yol verməmək daha mümkün deyil”.

Viktor Soqomonyan Qars-Axalkalaki dəmiryolunun inşası proqramını dəyərləndirərək qeyd edib ki, o, yalnız siyasi məqsəd güdür və proqramın gerçəkləşməsi üçün heç bir iqtisadi əsaslandırma yoxdur. Hakimiyyət “bütün mümkün üsullarla” onun gerçəkləşməsinə niyə mane olub? Məsələ bundadır ki, bu marşrut bölgədə ən mühüm və dünənə qədər əvəzolunmaz Tiflis-Gümri-Qars dəmiryolunun funksiyasını tamamilə əvəz edir. Yəni Ermənistanın qonşuları yalnız Gümri sahəsi üzrə öz aralarında dəmiryolu kommunikasiyasını təmin edə bilərdilər, amma Ermənistan-Türkiyə problemləri üzündən artıq 25 ildir fəaliyyət göstərmir.

 

Ermənistan buna qarşı nə qoya bilər?

 

İqtisadi icmalçı Ayk Gevorkyan hesab edir: “Ermənistan hökuməti İran-Ermənistan dəmiryolunu BTQ dəmiryoluna qarşı qoymağı qət edib. Daha dəqiqi, onun haqqında hay-küyü. Serj Sərkisyanın 2008-ci ilin oktyabrında bildirdiyinə görə, bu, həmin dəmiryoludur ki, “ən yaxın illərdə” işə salınmalıydı. İşə düşmədi, bir də düşə bilməzdi də. Yumşaq desək, bu, iqtisadi baxımdan həqiqətən əlverişsiz layihə idi. Lakin Serj Sərkisyanın bəyanatından sonra bu yolun inşası haqda maddə 2016-cı ilədək hökumətin bütün proqramlarına daxil edilib. Və İran-Ermənistan dəmiryolunun inşası haqda maddə hökumətin yalnız keçən il qəbul edilmiş proqramından çıxarılıb”.

Başqa bir variant İranla normal avtomobil yoludur. Bunun üçün artıq mövcud olan yolun bəzi sahələrində körpülər və tunellər inşa etmək lazım idi ki, bu da bir neçə onluq, qoy hətta 100-200 milyon dollar tələb olunaydı. Əvəzində 1,5 milyard dollar dəyərində Şimal-Cənub avtomagistralı salmaq qərara alınıb. O, artıq dördüncü ildir inşa olunur və hətta İran-Ermənistan yolunun çətin keçilən hissəsinə hələ çatmayıb. Xüsusən də Zəngəzur döngələrinə çatmaq üçün daha 2-3 il tələb olunur.

Gevorkyanın sözlərinə görə, oktyabrın 30-da çox mühüm hadisə baş verəcək. Növbəti bu cür hadisə İranı Azərbaycana bağlayan Qəzvin-Rəşt dəmiryolu ən yaxın illərdə inşa edilərək işə salınarkən baş verəcək. “O, həm də Gümri-Qars dəmiryolunu əvəz edəcək, çünki bu ölkələr arasında yeganə, amma fəaliyyətdə olmayan yol Gümridən keçir”, – deyə Gevorkyan yazır və Vano Siradeqyanın sözlərini yada salır: “Ermənistan böyük yolların ayrıcında hündür daşın üstündə əyləşən minillik kor bayquşa dönür”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə