XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2017 - 14:00

KATALONİYA SEPARATİZMİ AVROPA İTTİFAQINI MƏHV ETMƏK CƏHDİDİR –Belçikanın sabiq baş nazirindən TƏHLİL

Gi Verhofstadt

“Project Syndicate”(Çexiya)

 

Mən həmişə İspan demokratiyasının dərin pərəstişkarı olmuşam, xüsusilə 1981-ci il fevralın 23-dən. Bu dramatik gündə polkovnik Antonio Texero gənc demokratik rejimə qarşı dövlət çevrilişinə cəhd göstərdi.

"Anatomía de inst instatio" (“Anın anatomiyası”) adlı kitabında Xavyer Çerkas, Texeronun tapançasından yaranan təhlükəyə baxmayaraq, üç ispan siyasi liderinin kreslolarının altında gizlənməyi rədd edərək, dik duruşlarını təsvir edir. Onlardan heç biri – Kommunist Partiyasının lideri Santyaqo Karrilyo, Adolfo Suares (post-Franko dövründə İspaniyanın ilk baş naziri) və Suaresin millət vəkili general Qutyrres Mellado – gözlərini belə qırpmadı. Bu, İspaniyanın ruhunda daimi demokratiya quran şəxslərin cəsarət və qərarlı hərəkəti idi. Texeronun tapançası altında ispan demokratiyası doğuldu.

Bu gün, 36 il sonra, Katalan regional hökumətinin qeyri-konstitusion qərarına uyğun olaraq İspaniyadan ayrılma təklifi ilə yaradılan dərin bölünmənin aradan qaldırılması üçün İspaniya demokratiyası özünü daha da gücləndirməlidir. Bugünkü demokratlar, “Texero inqilabı”ndan sonra İspaniyanın ən böyük siyasi böhranını həll etmək üçün Karilyo, Suares və Mellado kimi intizamlı qətiyyət göstərməlidirlər.

İspaniyalı demokratlar qanun və məhkəmənin Kataloniya ilə olan bütün problemləri təkbaşına həll edə biləcəyinə ümidvar olmamalıdırlar. Əlbəttə, Katalan müstəqillik referendumunu dayandırmaq üçün hökumətin səyləri məhkəmə qərarlarına əsaslansa da, İspaniya hakimiyyəti polis zorakılığı ilə böhranı aradan qaldıra bilməyəcək.

İndi lazım olan – yenilənmiş siyasi baxış, əhatəli dialoqdur. Bu baxış – yalnız çoxmədəniyyətli, çoxdilli və federal Avropada yerləşdirilə bilən çoxmədəniyyətli, çoxdilli, federal bir dövlətdir.

Katalan separatçıları qeyri-qanuni referendum keçirməklə yanıldılar. Heç kəs qanunun aliliyi olmadan demokratik şəkildə idarə edə bilməz. Amma mövcud hüquqi çərçivənin belə bir dərin siyasi bölünməni yaxşılaşdırmasına qadir olması da doğrudur. Davamlı dialoq – effektiv siyasətçilərin və dövlət adamlarının real gücü – İspaniya liderləri ilə Kataloniya separatçıları arasında həll yollarını tapmaq üçün yeganə yoldur.

İnanmıram ki, separatizmlə məşğul olma Kataloniya xalqının mənafeyinə uyğundur. Bunu referendumun İspaniya Konstitusiyasını açıqca pozduğuna görə demirəm. Mənim üçün əsas səbəb referendumun heç bir demokratik legitimliyinin olmamasıdır. Əvvəlcədən məlum idi ki, məqsədin qeyri-qanuni təbiətini dərk edən katalanların əksəriyyəti bu səsvermədə iştirak etməyəcək. Həqiqətən, ortaya çıxan bütün dəlillər katalanların əksəriyyətinin, evdə qalanlar da daxil olmaqla, ayrılma əleyhinə olduğunu üzə çıxardı.

Səsvermənin etibarlı sayılması üçün minimum iştirak limitini müəyyən etmədən, Kataloniya regional hökumətinin müstəqillik liderləri hər hansı bir səs vermədən əvvəl nəticəni ortaya qoydular. Onların aldadıcı taktikası vətəndaşlarını manipulyasiya etməyə hazır olduqlarını göstərdi. Qüsurlu referendum əsasında müstəqillik elan etmək demokratik normalara qarşı siyasi məsuliyyətsizlik hərəkəti idi.

Belə məsuliyyətsizlik yalnız İspaniya və Avropa üçün deyil, Kataloniya üçün də təhlükədir. Çoxsaylı referendumlarda olduğu kimi, bu saxta müstəqillik səsləri Katalan cəmiyyətində dərin çat yaratdı. Ailələr və qonşuları artıq bir çox hallarda acı bir şəkildə bölünürlər.

Bildiyimiz kimi, bu “hüquqi şah əsər”dən faydalana biləcək ancaq Aİ-ni məhv etmək istəyənlərdir və onlar Kataloniyanın “müstəqilliyini” öz məqsədləri üçün artıq istifadə etməyə başlayıblar.

Buna görə İspaniyadakı bütün insanların hər hansı gərginlik artımının dayandırmalı və bunun əvəzinə, danışıqlar aparmağa başlamalıdır. Katalonun gələcəyi və müstəqilliyə təşviq edən bəzi (o cümlədən Belçikada mənim doğma Flaman) cəmiyyətlərin gələcəyi federal Avropa içində federal quruluşla əməkdaşlıqdadır.

Bu baxımdan Bask ölkəsinin təcrübəsi aydındır. İspaniyanın demokratiyası altında, basklar yalnız öz mənfəəti üçün bölgələrini inkişaf etdiriblər. Terrorizmi məğlub edərək, qürurlu və muxtar şəkildə təşəkkül taparaq.

Siyasətdə uzlaşmada heç bir utanc yoxdur. Əksinə, konstruktiv razılaşma və ideoloji təmizlik arasında seçim edilməli olduqda, vəhdət yolunu seçmək daha yaxşıdır. Lap kiçik addımlarla olsa da.

Amerikalı tarixçi Barbara Tuçman məşhur “Səfehliyin marşı” (“The March of Folly”) kitabında xəbərdarlıq edirdi ki, "vermə nisyə, girməz kisəyə" və "abad kənd tüstüsündən bilinər". İspaniyanın bölünmə böhranının hər iki tərəfində liderlər bu sözlərə qulaq asması müdrik addım olardı.

 

Tərcümə: Strateq.az