XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2017 - 11:15

POSTUNDAN İSTEFA VERƏN LİVAN BAŞ NAZİRİ İRANI SUÇLADI:“Atamın taleyi ilə üzləşəcəyimdən qorxuram” – Təhlil

al-jazeera.com, 04.11.2017

 

Livan baş naziri Səəd Həriri İran təhlükəsinə istinadən dünən postundan istefa verib.

Səəd Həririnin baş nazir olmaq üçün yüksəlişi 2005-ci ildə atası Rafiq əl-Həriri qətlə yetiriləndən sonra başlanıb. Baş nazir televiziyada çıxış edərək bildirib ki, o da bu cür tale ilə üzləşə biləcəyindən narahatdır.

11 ay hakimiyyətdə olduqdan sonra ikinci dəfə baş nazir postunu tərk edən gənc Həriri istisnasız olaraq Livanın sünni icmasının üzvlərinə ayrılan bu roldan imtina edib.

O, vəzifəyə 2016-cı ilin dekabrında başlamış və üzvləri Rafiq Həririnin qətlində təqsirli bilinərək, Beynəlxalq Məhkəmədə ittiham edilən “Hizbullah”ın tərəfdarı, prezident Mişel Aunla hakimiyyəti bölüşdürmüşdü.

Həriri atasının ölümündən sonra əsasən ölkənin sünni əhalisinə güvənən “Gələcək” (“əl-Mustəkbəl”) blokuna keçmiş və sonralar Livandakı ümumi uçurum üzündən digər partiyalarla birləşmişdi.

Livanın qətlə yetirilmiş keçmiş baş naziri Rafiq əl-Həriri

 

Onun birinci dəfə baş nazir postuna təyinatı 2009-cu ildə baş verib, lakin cəmi 19 ay çəkən ikinci təyinatından bir qədər artıq davam edib. 2011-ci ildə Həriri ABŞ-ın o zamankı prezidenti Barak Obama ilə görüş üçün Vaşinqtonda olarkən, “Hizbullah”ın təyin etdiyi nazirlər istefa vermişdi.

Şiə qrupu və onun hamisi İran, Həririnin vətəndaşı olduğu Səudiyyə Ərəbisdtanında şənbə günü etdiyi çıxışın diqqət mərkəzində olub. O, İranı Livandakı “iğtişaş və dağıntılar”da ititham edib və “Hizbullah”ı “İranın silahı” adlandırıb.

Livan siyasi analitiki Kamil Vaznə istefanı “bütün ölçülərdə  gözlənilməz çevriliş” adlandırıb. O, “əl-Cəzirə”yə deyib: “Ehtimal ki, Həriri Səudiyyə Ərəbistanının Livanda sabitlik üçün yaxşı heç nə vəd etməyən tələbinə tabe olub”.

1970-ci il aprelin 18-də Səudiyyə Ərəbistanında doğulmuş Səəd Həriri atasının Yaxın Şərqin ən böyük tikinti şirkətlərindən birinə başçılıq edib (atasının sərvəti o vaxt 4 milyard dollardan yuxarı dəyərləndirilib – tərc.) Həriri atasının ölümündən sonra  Livan siyasətinə daxil olarkən tənqidçilər onu siyasi təcrübəsizlikdə qınayıblar. Lakin qətldən on il keçəndən sonra kiçik Həriri Livan siyasətində ən önəmli simalardan biri olaraq qalır və çox ehtimal ki, istefadan sonra öz rolunu davam etdirəcək.

Vaşinqtondakı Ərəb Mərkəzindən İmad Hərb deyib ki, Həririnin Ər-Riyadda açıqlama  verməsi “əsasən bildirir ki, öz hökumətinə və yaxud ölkəsinə nəzarət edə bilmir”.

Hərb “əl-Cəzirə”yə bildirib: "“Hizbullah” artıq müəyyən vaxtdır ki, Livan dövlətinə nəzarət edir və indi Suriyada rejimin tərəfində qələbə qazanır. Bu, konkret şəkildə Həririnin  istefaya germək qərarına təsir edib. Mən şübhə etmirəm ki, ola bilsin, o, öz həyatına görə qorxur”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə