XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 21:08

Azərbaycan dili ilə bağlı bütün iddiaları DAĞIDAN tarixi kitab üzə çıxıb- FOTOLAR

azerb kitab.jpg

Araşdırmaçı jurnalist Rizvan Hüseynov Azərbaycan tarixi ilə bağlı unikal bir kitabı üzə çıxarıb.

Strateq.az” bildirir ki, 1890-cı ildə Peterburqda Albert Straçevskinin müəllifliyi ilə çap olunmuş “Bizim qonşular. Sərhədçilər üçün tərcümə vəsaiti” kitabında Rusiya ilə qonşu olan 12 müxtəlif xalqların danışdığı 12 dil göstərilib. Hər dil üzrə 2000 lazım olan söz onun rus dilində qarşılığı ilə verilib.

Kitabda 12 dil əks olunub: Bunlar Azərbaycan dili, qərbi-kürd dili, şərqi –kürd dili, Gilan dialekti, Mazandanan dialekti, əfqan, monqol, mancur, Koreya dili və bir neçə digər dilləridir.

Kitabda birinci olaraq Azərbaycan dili gəlir. Kitabı tərtib edən rus müəllif başlığa nə “tatar” nə də başqa söz deyil “Azərbaycan dili” yazıb. Bu nadir kitab erməni qonşularımızın tariximizlə bağlı təhriflərinə qarşı ciddi subutdur. çünki ermənilər və onlara züy tutan bəzi elmi dairələr 19-cu əsrdə “Azərbaycan dili” və “azərbaycanlı” anlayışının olmadığını idda edərək bu adın guya 20-ci əsrin ortalarında formalaşdığını vurğulayırlar.

Rus jurnalisiti və Avropa, Şərq dilərinin mahir bilicisi olan Albert Starkovski Sankt-Peterburq Universitetinin hüquq fakultəsini bitirib. Rus tarixi ilə bağlı bir sıra nadir əlayzmaların rus dilinə tərcüməsini edib. 1848-1853-cü illərdə Starçevski “Ensklopedik sorğu lüğəti”ni redaktə edib.

X. SƏFƏRLİ

azerb kitab02.jpg

az kitab uz qabiqi.jpg