XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 23:16

İRANI VƏ ƏSƏDİ QORXUTMAQ CƏHDİ:sabiq diplomat və hərbçilərdən Birləşmiş Ştatlar prezidentinə tövsiyələr - TƏHLİL

Coş Rogin

“Washington Post” (ABŞ)

 

Tramp administrasiyası Suriyanın cənubundakı döyüş sahəsini dondurmaq üçün yeni bir müqaviləni qeyd edərkən, Əsəd rejimi və İran uzun müddət davam edən müharibənin növbəti mərhələsinə hazırlaşır və ölkənin qalan hissəsini fəth etməyə çalışırlar. İranın müvəffəqiyyətli olub-olmamasından asılı olmayaraq, Birləşmiş Ştatlar bu strategiyanı etiraf etməli və sonra qarşısını almalıdır.

Tehran yeni əldə edilmiş əraziləri minlərlə döyüşçü ilə dolduraraq, hərbi bazalar tikir. ABŞ-ın dəstəklədiyi qüvvələr Suriyanın cənub-şərqində, Fərat çayının şərqində yerləşən ərazilərdə, eləcə də İsrail və İordaniya sərhədləri boyunca cənub-qərbdə hakim olsa da, İran Bəşər Əsədin bütün Suriyanı geri almasına kömək etmək niyyətindən dönmür.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general-leytenant Qasim Süleymani Yaxın Şərqdəki Deyr əl-Zor şəhərində peyda olaraq, neftlə zəngin torpağın nə dərəcədə mühüm olduğunu göstərib. Süleymani, həmçinin İraqın sərhəd şəhəri Qaimin yaxınlığındakı Əbu Kamal şəhəri ətrafında gözə dəyib. Bununla da o, Tehrandan Beyruta uzanan quru körpünün son parçası olan bu ərazinin əhəmiyyətini göstərib.

Əsəddən azad bölgələrdən xarici döyüşçülərin çıxmasını təmin etmək üçün Asiyada Vladimir Putinlə Tramp müqavilə imzaladıqdan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyadan qoşunlarını çıxarmaq üçün İranı ittiham etmək niyyətində olmadığını bildirib.

Nə edilə bilər? ABŞ-ın sabiq diplomatiya və hərbi rəsmilərindən ibarət qrup Trampın İranın Suriyanı tərk etməsi və bölgədə İranın nüfuzuna sədd çəkmə vədini yerinə yetirməsi üçün təkliflərini ortaya qoyub.

"Ən təcili… Suriyadakı Əsəd rejimi tərəfindən Tehranın ümumi zəfər qazanması üçün əsl maneə qoymalıdır”. Birləşmiş Ştatların Milli Təhlükəsizliyi Yəhudi İnstitutu hesab edir ki, ABŞ üçün  "vaxtın mühüm əhəmiyyəti var".

Birincisi, Birləşmiş Ştatlar “xilafət”in süqutundan sonra ABŞ-ın üzləşdiyi şübhələri aradan qaldıran açıq Suriya siyasəti elan etməlidir. Bu siyasət ABŞ-ın hərbi iştirakı ilə İŞİD-in yenidən yaranmaması və Əsədin bütün ölkəni geri qaytarmamaması üçün təhlükəsizliyin təmin etmək üçün hava və quru sahəsində qalacağını açıq şəkildə ifadə etməlidir.

İkincisi, Tramp administrasiyası sünni cəmiyyətlərin Əsədin hakimiyyətindən kənarda yaşamasına və ABŞ tərəfindən dəstəklənən yerli qrupların Suriyanın cənub-şərqində qiymətli ərazilərə malik olmasına kömək etməlidir. Bu ərazilərdə yerli icmalara iqtisadi fayda təmin edilə bilər.

Üçüncüsü, İranın silah və qoşunları Suriyaya göndərməsini dayandırmaq üçün Birləşmiş Ştatlar regional ittifaqlarla işləməlidir. Bu, dənizdəki daşımaların dayandırılmasını və ABŞ tərəfindən dəstəklənən qüvvələrin Suriya və İraqdakı əsas sərhəd şəhərlərini idarə etməsini təmin edəcək. Belə hərəkətlər Tehranla silahlı münaqişəyə yol açmadan İranın təcavüzünün qarşısını alacaq.

"Biz İranın “aypara” qurma qabiliyyətini kəsmək məcburiyyətindəyik. – Bunu hava qüvvələrinin təqaüdçü generalı Çarlz Uold deyib. – Biz eyni zəkalı ölkələrlə koalisiya qurmağa davam etmək məcburiyyətindəyik".

Suriyadakı dəhşətli mirasa işarə etdiyi zaman Tramp haqlıdır. Suriya üsyançılarına silahlı və diplomatik dəstək vermək üçün Obama administrasiyasının ləng siyasəti bugünkü vəziyyətə gətirib çıxarıb. Lakin Tramp Barak Obamanın səhvlərini təkrarlamamalıdır.

Digər həmsədr, Türkiyədəki sabiq səfir Erik Edelman deyib: "Bizdə hər cür oyun kartı var, əgər bunları oynamaq üçün ağıl və hikmət yetərsə…”

ABŞ-da Suriyada uzun müddətli hərbi missiya üçün heç bir iştahası yoxdur, amma 2011-ci ildə ABŞ-ın İraqdan çıxmasının dərsləri hərbi liderlərin zehnində təzədir. Müdafiə naziri Cim Mattis keçən həftə ABŞ qüvvələrinin "İŞİD-2"-nin ortaya çıxmasını maneə törədəcəyini və siyasi həll olmayınca ABŞ-ın İranın təcavüzünü qorxuda saxlayacağını bildirib.

ABŞ-ın milli təhlükəsizlik maraqları aydındır. Suriyada İŞİD-dən azad olan ərazilərdə uzun müddətli İran nəzarəti qeyri-sabitliyə, ekstremizmə və böhrana gətirib çıxaracaq.

"Birləşmiş Ştatlar və koalisiya üzrə tərəfdaşları İŞİD-in Yer üzündən silmək üçün yeganə açardır, ancaq suriyalıları İŞİD-dən sonra İranın əlinə vermək ölkədə radikalizmi davam etdirəcək", – bu, Suriya Fövqəladə Şurasının icraçı direktoru Muaz Mustafa deyib.

Bizə davamlı olaraq Suriya böhranına hərbi bir həll olmadığını söyləyirlər. İran və Əsəd hələ də hərbi qələbəni davam etdirərkən diplomatik həll mümkündürmü?

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə