XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2017 - 14:38

ABŞ-ın TÜRKİYƏNİ VƏ ƏRDOĞANI NİYƏ HƏDƏF SEÇDİYİ AYDINLAŞDI:İrana qarşı qurulan "Son anlaşma" planını pozur - TƏHLİL

Sərdar Turqut

“Habertürk”ün ABŞ təmsilçisi

 

Vaşinqtonda Türkiyənin hədəfə qoyulduğu bir çox çalışmanın olduğunu bilirəm. Ancaq burada “Türkiyə niyə hədəf alınır və məqsəd nədir” sualını anlamaq üçün “Zərrab işi” kimi tək-tək hadisələrə deyil, böyük rəsmə, oynanan böyük oyuna baxmaq lazımdır.

Vaşinqtonun dərinində “Son anlaşma” ("Ultimate deal") adlandırılan bir strategiya var. Bu, ABŞ hakimiyyətinin Orta Şərq regionuna qalıcı yeni bir nizam gətirmə strategiyasıdır. Buna o qədər önəm verilir ki, ABŞ hakimiyyəti bu strategiyanın qəzaya uğramadan həyata keçirilməsi qarşısında heç bir əngəl görmək istəmir.

Vaşinqtonda bir müddətdir ki, Türkiyə oyun pozan dövlət, Rəcəb Təyyub Ərdoğan isə oyun pozan lider olaraq görülür. Türkiyə Orta Şərqdə qurulmasına çalışılacaq yeni nizamın önünə əngəl çıxarar, oyunu pozar deyə, qorxurlar. Bu üzdən bu potensial əngəli indidən təsirsiz hala gətirmə çalışmaları başladılıb.

Bu yazım oynanan böyük oyun anlaşılsın və dialoq prosesinə bir qatqı olsun deyə, yazıldı.

 

***

Bu da “Son anlaşma”

1. Bəli, ABŞ hakimiyyəti “Son anlaşma” adlandırdığı bir strategiya formalaşdırıb, onu da Səudiyyə Ərəbistanı və İsraillə birlikdə çoxdan həyata keçirməyə başlayıb.

2. Ağ ev bu strategiyanı həyata keçirmə vəzifəsini prezident Trampın kürəkəni və müşaviri olan Cared Kuşnerə verib.

3. Kuşner ortodoks yəhudi olmaqla bərabər, Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd-kralı Məhəmməd bin Salman ilə də çox yaxındır.

4. Bu məqsədlə qurulan komandada Kuşnerlə birlikdə, Trampın baş məsləhətçisi Ceyson D. Qrinblat, Milli təhlükəsizlik müşavirinin müavini Dina Pauel və ABŞ-ın İsraildəki səfiri Devid M. Fridman da var.

5. Bu strategiyanın içində yer alan bütün ölkələri bir arada tutan ana ünsür İran əleyhdarlığıdır.

6. ABŞ, başda Suriya olmaqla, bütün regionda İranın təsirinin artmasından son dərəcə narahatdır. Bu məsələdə Səudiyyə Ərəbistanı və İsrail də tam anlaşma içindədilər. Vaşinqtonda İsrailin, İrana qarşı ona dəstək verməsi halında, Səudiyyə Ərəbistanına kəşfiyyat və texnologiya dəstəyi verəcəyini vəd etdiyi söylənilir.

7. “Son anlaşma”nın regiona nizam gətirəcək strategiyasının ən önəmli ünsürlərindən biri İsrail-Fələstin anlaşmasıdır. Bunu və bütün prosesi görmədən, prezident Trampın çox yaxında HAMAS-ın təsiri altındakı Qəzza zolağında hakimiyyəti artacaq olan Mahmud Abbasla və Netanyahu ilə nə üçün üç dəfə görüşdüyünü, Abbasın keçən günlərdə nə üçün birdən-birə Ər-Riyada getmə ehtiyacı duyduğunu, Livanın Baş naziri Həririnin nə üçün Səudiyyə Ərəbistanında olarkən istefa verdiyini, Səudiyyə Ərəbistanındakı həbsləri və sistemin yenidən təşkilatlandırılması cəhdlərini, Ər-Riyadın nə üçün Suriya müxalifətini toplamağa girişdiyini, Qətərin niyə Səudiyyə Ərəbistanı və ABŞ-la gizli olaraq, ortaq hərəkət etməyə başladığını anlayıb başa düşməniz imkansız olar.

8. Artıq ABŞ və İsrail həm ikincinin yaxın coğrafiyasına, həm də Orta Şərqin bütününə yeni nizam gətirmək üçün yola çıxıblar. Bunun önündə ən böyük əngəl olaraq gördükləri İrana qarşı həm Qəzzada, həm də Livanda hərəkətə keçiblər. Abbas Səudiyyə Ərəbistanı və İsrail dəstəkli bir Fələstin-İsrail anlaşmasına hazırlanır.

9. ABŞ, işin içində İran olduğu üçün, regiondakı bütün ərəb ölkələrindən bu planına dəstək alacağını düşünür. Əslində, Qətər də oynanan böyük oyunu görüb və yeni güc balansının xaricində qalmamaq üçün Səudiyyə Ərəbistanı və ABŞ-la gizlicə anlaşıb. Bunun nəticəsində hər üçü Səudiyyə Ərəbistanında terrorizmin maliyyələşdirilməsilə mübarizə mərkəzi qurub. Bu anlaşma Vaşinqtonda Qətərin də “Son anlaşma”ya daxil olması anlamında şərh edilir.

10. Regiondakı önəmli oyunçu olaraq yalnız Türkiyə nəzarətdən kənardadır. İsrail və ABŞ üçün İrana qarşı sekulyar bir dövlət olaraq kürdlərin (mövcud kürd dövlət qurumları və qurulacaq Kürdüstan dövləti nəzərdə tutulur- tərc.) də önəmi böyükdür. Bu halda, Türkiyənin bu məsələdəki mövqeyinin və regionda İranla əməkdaşlıq içində olmasının ərəb dünyasında və İsraildə necə qarşılandığını, qəbul edildiyini bir düşünün. Hamısı Türkiyənin hazırlanan bu “Son anlaşma”nın içinə çətin soxulacağını düşünür. ABŞ Türkiyənin yeni nizama uyğun hala gətirilməsinin çətin olduğunu gördüyü üçün ölkəmizin hədəfə qoyulmasına izn verir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə