XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2017 - 20:55

SOÇİ MÜZAKİRƏSİ BİTDİ, ƏRDOĞAN ŞƏRTLƏRİNİ DEDİ:"Onlarla eyni platformada olmayacağıq" - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Ərdoğan, İran prezidenti Ruhani və Rusiya dövlət başçısı Putin bu gün Suriyanın gələcəyini müəyyən edəcək görüş keçiriblər. 

Strateq.az xəbər verir ki, görüşdən əvvəl "bu gün çox ciddə qərarar veriləcək" – deyə ortaq açıqlamadan sonra üç ölkə başçısı qapalı qapı arxasında müzakirələri davam etdiriblər.

Qapalı görüşdən sonra Ərdoğan Suriyanın bəzi bölgələrini işğal edən PKK/PYD terror qruplaşmasına diqqəti çəkərək, belə qrupların Suriya danışıqlarına buraxılmasına heç vaxt razı olmayacaqlarını bəyan edib: "Bizim danışıqlarda əsas şərtimiz budur. Türkiyənin PYD/YPG terror qrupları ilə bir çatı altında durması əsla mümkün deyil, bu kimi qruplarla bir platformada yer almayacağıq".

Ərdoğan qapalı görüşdə PYD-nin işğalında olan Afrin şəhərinin azad edilməsinin müzakirə olunduğuna da işarə edərək, deyib ki, bu görüş Suriya böhranına çox kömək edəcək.

Putun isə Suriyada təhlükəsizlik zonalarının genişlənməsinin prosesə böyük fayda verəcəyini deyərək, hər üç ölkənin sülh üçün daha çox güc qoymasının vacib olduğunu vurğulayıb.

Ruhani isə Suriya böhranının həll üçün bütün qrupların danışıqlarda iştirakını vacib sayıb və o, bu üç ölkənin birgə addımlarının Suriyaya və bölgəyə sülhü gətirəcəyinə inandığını bəyan edib.  

https://www.youtube.com/watch?v=PynpMZQLDvE