XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 16:07

HƏRİRİNİN SÜRPRİZ İSTEFASINDAN SONRA LİVANIN AQİBƏTİ:"Hizbullah" müharibədən çox danışır, amma toqquşma istəmir - TƏHLİL

Mona Alami

“Al-Monitor” (ABŞ)

 

Noyabrın 4-də Riyadda baş nazir Səəd Həririnin sürpriz istefasından sonra Livanın aqibəti ilə bağlı çox fərziyyə var. Həriri istefasını Livandakı “Hizbullah” və İranın davranışı ilə əsaslandırıb. Amma hələ də hadisənin təhlükəli regional gərginliyə daha çox qatılan Livan silahlı qrupuna necə təsir edəcəyi barədə az danışılır.

“Hizbullah”ın böhrana yanaşması noyabrın 10-da baş katib Həsən Nəsrullahın çıxışında əksini tapıb. Nəsrullah diqqəti əsasən Həririnin təzyiq altında istefa verməsinə və mövcud hökumətin fəaliyyət göstərməsinin qanuni olmasına, İsrailin mümkün hücumundan xəbərdarlığa və Səudiyyə Ərəbistanının Livan əhalisini parçalama cəhdinə çəkib.

Səudiyyə dairələrinə yaxın olan bir tanınmış şiə analitiki "Al-Monitor"a anonim açıqlamasında deyib ki, istefa, – istər könüllü, istər məcburi olsun, – Riyadın uğursuz addımı idi: “Bu hadisə ilə Livan suverenliyinin müdafiəçisi kimi "Hizbullah” özünə daha çox legitimlik qazanıb. Partiyanın nüfuzu bu tədbirdən heç bir şəkildə azalmayıb. Əksinə, sünnilərə hər kəsdən daha çox zərər verib”.

Noyabrın 11-də ölkənin illik marafonuna qatılan minlərlə livanlı Həririnin qaytarılmasını tələb edən transparantlar daşıyıb.

Nəsrullah yenilənmiş Həriri populyarlığı dalğasında baş nazirin Livana qayıtmasını tələb edib və Səudiyyənin Livanın daxili işlərinə müdaxiləsini qınayıb.

“Hizbullah”ın beynəlxalq münasibətləri üzrə məşğul olan Hozam Matarın fikrincə, partiya, Həririnin başçılıq etdiyi 30 nəfərlik kabinetin formalaşmasına səbəb olan 2016-cı ildə Mişel Aunun prezident seçilməsi ilə əldə edilən razılığa riayət etmək istəyir. "Bu hökumət siyasi prosesi büdcənin qəbulu ilə yenidən canlandırıb və ölkədə nisbi sabitliyi təmin edərək müsbət bir duyğu təmin edib. “Hizbullah” bunu istəyir", – Matar “Al-Monitor”a bildirib.

Bununla belə, Həriri geri qayıtmayacaqsa və 12 noyabr tarixində televiziya müsahibəsində istənən Livanın regional münaqişələrdən uzaqlaşdırılmasına dair yeni bir müqavilə əldə edilməyəcəksə, müvəqqəti hökumət ölkəni başqa bir siyasi vakuuma endirəcək – 2018-ci ilin may ayına planlaşdırılan parlament seçkiləri yeni bir hökumət yaratmaq üçün sünni siyasətçilərin tərəddüdləri ilə də təxirə salınacaq.

Siyasi vakuum Livan və “Hizbullah”ın alışdığı mühit olsa da, partiya təhlükəsizlik təhdidləri ilə daha çox narahatdır. “Əl-Əxbar” qəzetinin istinad etdiyi Livan təhlükəsizlik qaynaqları Səəd Həririnin xalası, deputat Bahiyə Həririniyə sui-qəsd planlaşdıran bir çox adamın həbs olunduğunu bildirib.

"Hazırkı mərhələdə Livan üzərində müxtəlif təhdid növləri dolaşır. Livan təhlükəsizlik orqanlarının geniş həbsləri səbəbindən nəzarəti altında olan təkfirçi təhdidi və əlbəttə, İsrail", – Matar deyib.

İsrail “Hizbullah” ilə müharibəyə 2006-cı ildən hazırlaşır. 2011-ci ildən etibarən Yaxın Şərqdə süqut edən inqilab dalğası ilə İran Yəməndə, Suriyada və İraqda təsirini genişləndirir. İndi Vaşinqton, deyəsən, İranın nüfuzunu və vəkillərini ləğv etməyə hazırlaşır – bu, Körfəz ölkələri ilə paylaşılan layihədir.

Suriyadakı vətəndaş müharibəsinin və İŞİD-lə qarşıdurmanın sona çatması bölgəni yeni qeyri-sabitlik mərhələsinə gətirib çıxarır. Vaşinqton, Təl-Əviv və Körfəz paytaxtları indi İranın İraqdan Suriya, Suriyadan Livana qədər geniş ərazilərə nəzarət edən vəkillərin nəzarətini və İran silahlarının “Hizbullah”a çatdırılmasını son dərəcə təhlükəli sayır.

"“Hizbullah” müharibə haqqında daha çox danışır və buna hazırlaşır”, – “Christian Science Monitor”-un müxbiri və ekspert Nikolas Blandford “Al-Monotor”a deyib.

Matar hesab edir ki, iki düşmən arasında çəkindirmə balansı hələ də davam edir. "Bu, “Hizbullah”ın münaqişəyə tam hazır olmadığını nəzərdə tutmur", – deyə o, "Al-Monitor"a bildirib.

Bu fikri bölüşən beynəlxalq hüquq üzrə ekspert Əli Fəzlullah bildirib: "Hürən it nadir hallarda dişləyir. Müharibə İsrail Müdafiə Qüvvələri üçün böyük ödənc deməkdir”.

“Carnegie” tədqiqatçısı Yezid Sayyi xəbərdar edib ki, Həririnin istefası siyasi böhranı və Livanda silahlı münaqişəyə başlaya bilər. Ehtimal ki, “Hizbullah”ı təcrid etməyə çalışan israillilər və Livandakı digər elementlərin iştirakı ilə.

"Həririnin istefasının ilk bir neçə günündə, həqiqətən, daxili müharibə qorxusu var idi. Ancaq Həririnin geri dönməsi üçün siyasi blokların göstərdiyi birlik və böhranın sükunətli idarə olunması başqa bir mənzərə yaratdı", – Fəzlullah deyib.

Liviyadakı “cihadizm” qalası Tripolidə, “Al-Monitor”a danışan sələfi qaynaqları Səudiyyə Ərəbistanından iqtisadi sanksiyalarından qorxduqlarını söyləyir. ""Hizbullah" ilə ciddi bir qarşıdurmaya heç kim inanmır və terrorist fəaliyyətə cəlb edilə bilənlərin çoxu həbs olunub", – deyə Şeyx Nabil Rəhim "Al-Monitor" a bildirib.

Eyni zamanda, Səudiyyə-İran birbaşa hərbi qarşıdurması az ehtimal olunur. “Hizbullah”la ın müharibə də çox təsirli olardı. Belə bir vəziyyət “Hizbullah”ı ekspedisiya fəaliyyətinə zərər vurardı, təşkilatın hərbi cəhətdən zəifləməsinə gətirib çıxara bilərdi.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə