XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2017 - 12:45

MAKRONUN YAXIN ŞƏRQ SİYASƏTİ –"Radio France" şərhçisi iddia edir ki, Fransa prezidenti iranlıları qəzəbləndirib - TƏHLİL

Kristian Şesno

"Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

 

Həriri işində Emmanuel Makronun vasitəçiliyi Fransanın Yaxın Şərqdə mərkəzi rol oynamaq arzusunu təsdiqləyir. Parisin diplomatik mövqeyinin prinsipləri Fransa prezidentinin məsləhətçiləri tərəfindən müntəzəm olaraq çəkilir.

Fransa hər kəslə danışır – istər səudilər və ya iranlılar olsun – və onun regionda nüfuz uğrunda mübarizəyə qatılmasına ehtiyac yoxdur. Bu kontekstdə, Livan böhranı, diplomat olaraq bütün istedadını göstərə biləcək Fransa prezidenti üçün perspektivli bir sınaq idi.

Əgər Emmanuel Makron bu işə cəlb olunubsa, Livan Levant bölgəsində Fransa təsirinin əsas qapısı olaraq qalır və Səudiyyə Ərəbistanı Makronun sələfi Fransua Olland tərəfindən strateji tərəfdaş dərəcəsinə yüksəldilib. Odur ki, Paris bölgədəki iki əsas müttəfiqindən birinin iştirak etdiyi bu işdən uzaqlaşa bilməzdi.

Həriri işini həll etmək üçün prezident Makron vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşə bildi. Göründüyü kimi, bu iki şəxsin bir-birinə yaxşı münasibəti var və bir diplomatın sözlərinə görə, telefonları ilə ismarış mübadiləsi edirlər.

 

Gənc liderlər

 

Onlar eyni nəslə aid olan gənc liderlərdir və öz ölkələrində siyasi ardıcıllığı təcəssüm etdirməyi nəzərə alırlar, – özlüyündə bu, təəccüblü deyil. Uğurlu vasitəçilik sayəsində Emmanuel Makron xal toplayıb. Bu, Fransanın uzun müddətdir nail olmadığı fərdi uğurudur.

Ancaq bu vaxtlı-vədəli müdaxilədən sonra prezident Səudiyyə Ərəbistanı ilə İran arasında sıx bir tarazlıq hərəkəti edir. O həm Riyad, həm də Tehrana eyni dərəcədə qulaq kəsilir. Bu mümkündür? Amma hər şeydən əvvəl, bu, lazımdırmı?

İranlılar Fransanın İslam Respublikasının ballistik raket proqramı və Tehranın bölgədəki təsirinin müzakirəyə çıxarmasından qəzəbləniblər.

Digər tərəfdən, Fransa prezidenti Səudiyyə rəhbərliyinə bir neçə mesaj göndərib ki, Paris, İranın nüvə proqramı ilə bağlı Vyana razılaşmasını şübhəyə almır və xüsusilə anti-İran yanaşmasını Riyadla bölüşmür.

 

İdeal mövqe

 

Fransa düşünür ki, bu gün əsas məqamdır, praqmatizm və realizmə hakim olmaq üçün ideal vəziyyətdədir. Bu eşidiləcəkmi? Gözlənilməz davranışlı Amerika prezidenti ilə qarşılaşarkən, Paris üçün fərqli bir melodiya ifa etmənin, əlbəttə, yeri var.

"Fransa əlçatandır", – deyə Elize Sarayı təkrarlayır. Parisdən göründüyü kimi, bir-birinə sıxışan və bir-birinə bənzəyən böhranların yığını bütün bölgə üçün dağıdıcı toqquşma riskini artırır.

Əslində, Fransız diplomatiyasının mövcud prioriteti sabit Livandır. Paris Sidr ölkəsini regional böhranlardan uzaqlaşdırmaq istəyir, çünki mövcud yüksək dəyişkənlikli kontekstdə, onun qeyri-sabitliyində maraqlı deyil.

Bir xilasedici diplomat kimi Emmanuel Makron bütün Livan partiyalarına, təkrarən həm də Tehran və Riyada mesaj göndərir. Sözləri hərəkətə uyğunlaşdırmaq üçün Fransa prezidenti, həmçinin gələn il də Livanda yardım üçün beynəlxalq yardım konfransı təşkil etməyi planlaşdırır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə