XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2017 - 17:15

ABŞ YAXIN ŞƏRQDƏ QLOBAL MÜHARİBƏ HAZIRLAYIR:“Hizbullah” niyə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib? – Təhlil

Aleksey Romanov

iran.ru, 22.11.2017

 

Livan baş naziri Səəd Həriri dünən Beyruta qayıdıb, bu gün isə istefa verməkdən imtina edib. Bu, guya, ölkə prezidentinin xahişiylə baş verib. KİV-lərin əksəriyyəti hələ noyabrın 18-də növbəti Yaxın Şərq “qalmaqal”ından xəbər verib – noyabrın 4-də Ər-Riyadda istefa vermiş baş nazir Səəd Həriri Beyruta qayıdır. Özü də bu xəbər Həririnin istefasının elanından sonra kralla deyil, Səudiyyə Ərəbistanı Krallığının (SƏK) bütün bunların arxasında duran varis şahzadəsi Məhəmməd ibn-Salmanla görüş üçün dərhal Səudiyyə Ərəbistanına gələn Fransa prezidenti Makronun dəvətiylə getdiyi Parisdən gəlib. Həm də o zaman Livanın keçmiş baş nazirinin özü və Fransa lideri də – artıq Krallığı demirik – İran və “Hizbullah”ı Livanda hakimiyyəti qəsb etməkdə ittiham ediblər ki, guya, bu da Həririni xarici turne vaxtı istefa elan etməyə vadar edib. Lakin sonradan aydınlaşdığı kimi, Livan baş nazirinin bəyanatı onun təyyarəsi hələ Ər-Riyadda yerə enməmiş SƏK-in varis şahzadəsinin imarətində çap olunub.

 

Müharibə Səudiyyə Ərəbistanına nə üçün lazımdır?

Birinci mərhələ

 

Məhəmməd ibn-Salmanın Livanla niyə bu cür dombalaq oynadığı aydındır: Səudiyyə Ərəbistanına istənilən bəhanə gərəkdir ki, İsraili Suriyada İran hərbçiləri, “Hizbullah” və iraqlı, əfqanıstanlı şiələrin, həmçinin “Hizbullah”ın Cənubi Livandakı mövqelərinə zərbə endirməyə təhrik etsin. Buna “özgəsinin əliylə vicdansızcasına iş görmək” deyirlər. Səudlar bu zaman İŞİD-in darmadağın edilməsindən sonra, guya, Tehranın təkcə Suriya Ərəb Respublikasında mökəmlənməsinə deyil, həm də, az qala, İsrail ordusunun Suriyada işğal etdiyi Holan təpələrinə hücuma hazırlığa yönəlmiş Suriyadakı iştirakı xüsusunda İsrailin xofu ilə məharətlə oynadılar. Həm də bu, Səudiyyə taxtının aşkarca tam adekvat olmayan “varis”inin əndazəsiz iddialarının gerçəkləşməsinin yalnız birinci mərhələsidir. Onun tezliklə kral olacağı isə artıq aydındır. Məlumat bəzi ərəb, İsrail və Qərb KİV-lərində gedib. Prinsipcə, bu, artıq baş verməliydi, lakin burada Həririnin istefasıyla fokus göstərmək gərək idi. Lakin Salmanın taxtı öz oğlu Məhəmmədə təhvil verilməsi yoluyla, “iki müqəddəs ocağın qoruyucusu” (Məkkə və Mədinənin-tərc.) titulunu özündə saxlamaqla ən yaxın vaxtlarda hər şey baş verə bilər. Bunu yalnız iki nüfuzlu qəbiləylə razılaşdırmaq qalır: mərkəz əl-Hail olmaqla ölkənin şimalı və şimali-şərqinin Şəmmar tayfaları birliyinə rəhbərlik edən, Respublika Qvardiyası və xüsusi xidmətlərə nəzarət edən əl-Rəşid qəbiləsi (yeri gəlmişkən, 90 il qabaq yeni dövlətin kralı heç də 1924-cü ildə Böyük Britaniyanın köməyi ilə ona qarşı müharibəyə başlamış və hökmdarı əsir götürmüş Nədc hökmdarları əl-Səudlar deyil, məhz onların əmiri olmalıydı) və tarixən əsasən şiələrin məskunlaşdığı və krallığın əsas neft hasilatı rayonu olan Şərq məntəqəsinin (əyalətlərin) hakimi əl-Cələvi qəbiləsiylə.

“Şiə ekspansiyası” ilə mübarizə konsepsiyası çərçivəsində bu cür xarici avantrüralara maliyyə vəsaiti lazımdır. Və o, bu yaxınlarda korrupsiya ilə mübarizə bəhanəsilə əl-Səud kral ailəsinin, təxminən, 200 üzvünü, yüksəkçinli məmur və hərbçiləri həbs edərək bunu əldə edib. Dəyərləndirmələrə görə, sərvəti 18 milyard dollara çatan şahzadə Valid ibn-Taləl onların içindədir. Sonra isə həbs edilənlərə (yeri gəlmişkən, onları həbsxanaya deyil, dəbdəbəli “Ritts” otelinə yerləşdiriblər) həbsxana cəzasına “iltizam” olaraq sərvətlərinin 2/3-i verməyi təklif ediblər. Məhəmməd bunun sayəsində 800 milyard dollar əldə edib. Və bunun vasitəsilə onu qane edən 2 trilyon dolları “Saudi Aramco” dövlət neft şirkətinə IPO (səhmlərin ilk aşkar yerləşdirilməsi-tərc.) təmin edib. O, bu üsulla əvvəllər Taləlin təmsilçilərinin əyləşdiyi Amerika banklarının əksəriyyətinin idarə heyətinə daxil olub, bununla da özünü və Krallığı ən böyük maliyyə mərkəzlərindən birinə çevirib. Kim düşünə bilərdi ki, özünü idarə edə bilməyən və tamamilə cavan (32 yaş) Məhəmməd bunu bacarar? Cavab sadədir: bu kombinasiyanın arxasında heç kim deyil, ABŞ prezidenti Trampın kürəkəni və müşaviri, həmçinin İsrail baş nazirinin ən yaxşı dostu Cared Kuşner durur.

 

İkinci mərhələ

 

Belə ki, indi maliyyə vəsaiti var. Ancaq SƏK-də vəhhabilik ideologiyasından imtina etmədən və hakimiyyət sistemini köklü şəkildə yenidən təşkili etmədən, həmçinin Səudiyyə əhalisinin çoxunu səhra köçərilərindən savadlı adamlara çevirmədən mümkün olmayacaq modernləşməyə deyil, ikinci, başlıca mərhələyə – artıq birbaşa Fars körfəzi zonasında İranla qarşıdurmaya, həmçinin Tehranı İraqdan uzaqlaşdırmaq məqsədinə. Çünki Rusiya Suriyadan öz hərbçilərini çıxartsa, Soçidəki üçtərəfli Rusiya-Türkiyə-İran sammiti iflasa uğrasa, SƏK, İsrail və ABŞ-ın marağına görə tezliklə bu ölkənin axırına çıxılacaq.

Təsadüfi deyil ki, Bəhreynlə Səudiyyə Ərəbistanını birləşdirən neft kəmərində bir neçə gün qabaq yanğın başlarkən Ər-Riyad və Manama bunda bir anda Tehranı ittiham edib. Və İİR-in Bəhreyndə (ölkə əhalisinin 2/3-i şiələrdir, amma oranı əl-Xəlifə sünni sülaləsi idarə edir) və Krallığın şərq əyalətində şiələrin üsyanını qaldırmağa cəhd etdiyi haqda məlum tezisi yenidən təkrar ediblər. Neft kəmərinin işi bir neçə saatın içində təzələnib, lakin söz atışması qüvvə toplayır. Bəhreyn xarici işlər naziri Xalid əl-Xəlifə bildirib ki, “Səudiyyə Ərəbistanında neft kəmərini bombardman etmək cəhdi İranla münaqişənin əhalini qorxutmaq və dünya neft sənayesinə ziyan vurmağa yönəlmiş təhlükəli eskalasiyadır”.

Bununla yanaşı neft kəməriylə bağlı hadisənin husilərin Yəməndən, guya, İran istehsallı raketi Səudiyyə Ərəbistanı paytaxtı yaxınlığındakı aeroporta buraxandan bir neçə gün sonra baş verdiyi mövzusunda spekulyasiya böyüdülür. Səudlar bu hadisəyə görə məsuliyyəti İranın üzərinə qoyublar. Həriri ilə bağlı durumdakı kimi.

Təsadüfi deyil ki, sonuncu durumu daha da qarışdırmaq üçün öz bəyanatında bildirib ki, “Hizbullah” bölgə hadisələrinə müdaxilədən əl çəksə, öz istefasını ləğv edə və baş nazir kimi işini sürdürə bilər. Sanki bir-birinə bağlı görünməyən bütün bu hadisələr Səudiyyə Ərəbistanının İrana qarşı hələ elan olunmamış, amma geniş müharibəsinin, deyəsən, yalnız kəskinləşən münaqişənin tərkib hissəsidir. Və Yəməndəki fəlakətli müharibədə, Qətərin sabitsizləşdirici mühasirəsində və İranla gərginliyin güclənməsində hərəkətləndirici qüvvə məhz Məhəmməd ibn-Salmandır.

Sual doğur – bəs nə üçün? Cavab aydındır: bölgədə lap nizami qoşunların toqquşması yoluyla olmasa da, hər iki tərəfdən Livan, Suriya, İraq və Fars körfəzində vəkalətli güclərin irimiqyaslı münaqişəsi Trampın hələ seçkiqabağı kampaniyada elan etdiyi hədəflərin gerçəkləşdirilməsinə səbəb olacaq: İranı əzmək və İsraillə SƏK-i bölgənin lideri və özünün dayağı etmək.

 

Müharibənin məqsədləri və Rusiya üçün nəticələri

 

Nəzərə almaq lazımdır ki, bu cür müharibə neft qiymətlərinin kəskin sıçrayışını doğuracaq. Bu, Səudiyyə Ərəbistanına xəzinəni doldurmaq və şistli neft hasilatını artıra biləcək ABŞ üçün əlverişlidir. Əvəzində Çinin inkişafına və AB-yə zərbə vuracaq.

Sanki bu, Rusiyaya da əl verir. Büdcə üçün əlavə maliyyə resursları. Kaş ki, belə olaydı! Axı prezident Reyqan və kral Feysəlin 1980-ci illərin ortalarında etdiyi kimi, SSRİ-nin dağılmasına səbəb olan neft qiymətlərinin kəskin şəkildə aşağı salınması yoluyla Vaşinqton və Ər-Riyad “qara qızıl”ın qiymətini tezliklə kəskin şəkildə düşürə və sanksiyaların onsuz da üzdüyü Rusiya iqtisadiyyatının tamamilə axırına çıxa bilər. Sovet İttifaqının o vaxt Əfqanıstanda müharibəyə və Amerikanın saxta oyunu çıxan qızğın silahlanmaya, SMT-ə (Strateji Müdafiə Təşəbbüsü və yaxud “ulduz müharibələri”nə) müqavimət üçün cəlb edildiyi kimi Moskvanın hazırda Suriyada müharibəyə və Donbasdakı proseslərə cəlb olunması nəzərə alınmaqla bu, indiki hökumətin iflası demək ola bilər ki, ABŞ da buna nail olmaq istəyir.

Həm də xarakterikdir ki, Rusiya hazırda ordunun modernləşdirilməsinə çox böyük vəsait sərf etməyə məcburdur! ABŞ-SƏK-in mümkün işbirliyinin gerçəkləşməsi üçün zəruri elementlərin hamısı göz qabağındadır…

 

Bir qədər də tarixdən

 

İndi isə bu məqalənin əvvəlinə – Həririyə və Livana qayıdaq. Deməli, Livanın keçmiş baş naziri Səəd əl-Həriri Livan prezidenti Mişel Aunla telefon söhbəti aparıb və söz verib ki, noyabrın 21-də Beyruta dönəcək. Prezident Aun hələ noyabrın 11-də bildirmişdi ki, Həririni İsrailin “Hizbullah”a qarşı müharibəsini törətmək üçün ondan sui-istifadə edən səudiyyəlilər həbs ediblər. Aun deyib: “Livan gözləyir ki, beynəlxalq birlik baş nazirin vətənə qaydışını təmin edəcək, çünki indiki durum Livanı və livanlıları alçaldır”.

Və Qərbin bütün KİV-lərin dərhal bir ağızdan fikir yürütməyə başladı ki, prezident Makron SƏK-i Həririni evə buraxmaqda dilə tuta bilər. Həm də münaqişənin həllində vasitəçi olar. Ancaq, bax, hansı münaqişənin? Hələlik SƏK-in təcavüzkar ritorikası göz qabağındadır. Lakin Paris durumu həqiqətən birtəhər yumşaltsaydı, yaxşı olardı. Ancaq aydın deyil ki, bu cür hoqqalardan sonra keçmiş baş naziri Beyrutda necə qarşılayacaqlar.

Bir də anlamaq lazımdır ki, Həririnin və onun hərəkatının bütün maliyyə resurslarına… Səudiyyə Ərəbistanı nəzarət edir. Axı onun sərvətini atası – Livanın ən böyük podratçısı və milyarderi, sonradan Livan baş naziri olmuş, lakin 2005-ci ildə Beyrutda partlayış nəticəsində öldürülmüş Rafiq Həriri qazanıb. ABŞ və Fransa o zaman hər şeyi Suriyanın üzərinə yıxmaq istəyib ki, onu qoşunlarını (ƏDL-in mandatı ilə İsraildən müdafiə olunmaq və 70-ci illərin ortalarında olduğu kimi, vətəndaş müharibəsini önləmək üçün orada yerləşmişdi) Livandan çıxarmağa məcbur etsin. Və eyni zamanda elə həmin “Hizbullah”a adiyyəti olmaqda ittiham edirdilər. Parisin təşəbbüsü ilə beynəlxalq təhqiqat başlamışdı. Təəssüf ki, Rusiya o zaman Qərbin yedəyində gedib və 2005-ci il fevralın 15-də Qərbin BMT TŞ-a təqdim etdiyi qətnaməyə səs verib.

İsrail artıq 2006-cı ildə Cənubi Livana soxulub, lakin döyüşçüləri “Kornet” və “Metis” TƏRK (tank əleyhinə raket kompleksi-tərc.) vasitəsilə 45 “Merkava” tankını və 14 PDM vuran “Hizbullah” hücumu dəf edib. SZRK-lərlə (səyyari zenit-raket kompleksi-tərc.) İsrailin bir neçə “Apaçi” helikopteri və SN-53-ü vurulub. Bəka vadisində İsrail desantı məhv edilib. İsrailin bir neçə gəmisi vurulub, bir neçəsi sıradan çıxarılıb. O zaman İsrailin cəmi 119 hərbçisi həlak olub. SAXAL-ın Livana ümumi müdaxilə qruplaşması 30 min hərbçi və 400 tankdan ibarət idi. Ona həm də İsrailin Müdafiə Ordusunun əla hazırlanmış 91-ci və 162-ci diviziyaları daxil idi. Məşhur “Qolani” 1-ci piyada briqadası və elit 35-ci hərbi-hava briqadası bura daxil idi.

İsrail hərbçiləri bunu baş nazir Netanyahunun yadına salsaydlar, yaxşı olardı, nə bunu, nə də hətta öz bölgəsinin tarixini bilən Səudiyyə şahzadəsi isə Livana qarşı İsrail o ankı kədərli müdaxiləsindən xəbərdar olardı. Xüsusən də “Hizbullah”ın Suriyada indiki müharibədən sonra böyük təcrübə qazanmasına görə. Onun 2006-cı ildəkindən daha yaxşı silahlandığından danışmaq artıqdır.

Ancaq, budur, İsrail XİN başçısı və “Bizim evimiz İsrail” partiyasının lideri Liberman yəhudi dövlətini və sünni dövlətlərini İrana qarşı mübarizə üçün ittifaqa çağırırsa, aşkar şeyləri anlamır.

 

“Hizbullah” döyüşə hazırlaşır

 

“Hizbullah” son çağırışları və SƏK-lə İsrailin fəaliyyətini xatırlayaraq noyabrın 18-də mümkün, o cümlədən İsraildən təhlükələr işığında ən yaxın 48 saat üçün özünün döyüş hazırlığını maksimum səviyyəyə yüksəldib. Təşkilat rəhbərinin “İsrailin nə ən yaxın vaxtda, nə də gələcəkdə müharibəyə başlayacağına” əmin olduğuna baxmayaraq,  “Hizbullah”ın həm Livan sərhədində, həm də ölkə daxilində yerləşən qüvvələri istənilən insidentə qarşı yüksəldilmiş hazırlıq durumundadır. Məlumatlı qaynaqlara əsasən, “Hizbullah” üçün nəzərdə tutulan İran silahları Suriya üzərindən Livana çatdırılmayıb, Suriya ərazisində qalıb,çünki Livan-Suriya cəbhəsi növbəti müharibədə İsrailə tuşlanacaq vahid cəbhəyə çevrilib”.

Və hələ xatırlamaq lazımdır ki, “Hizbullah” lideri şeyx Həsən Nəsrullah noyabrın 10-da “əl-Mənar” telekanalında növbəti videomüracətlə çıxış edərkən bildirib ki, “Səuidiyyə Ərəbistanı İsraildən Livana hücum etməyi xahiş edərək əvəzində milyardlar vəd edib”.

Nəsrullah öz müraciətində vurğulayıb ki, söhbət “gümanlardan deyil, əldə edilmiş mötəbər məlumatdan gedir”.

O həmçinin qeyd edib ki, hadisələrin bu cür inkişafını az ağlabatan sayır, çünki “müharibənin dəyərinin çox yüksək ola biləcəyi İsrailə məlumdur”.

Aydındır ki, hadisələrin bu cür inkişafı Rusiya, İran, Livan, “Hizbullah”, bütövlükdə ərəblər, Türkiyə və elə İsrailə də lazım deyil. Trampın, daha dəqiqi, şahzadə Məhəmmədin avantürizmində əllərini isitimk istəyən kürəkəni Kuşnerin Səudiyyə maraqları və idddiaları uğrunda vuruşmaq nəyə lazımdır? Lakin ortalığa təkcə çox böyük geopolitik maraqlar deyil, həm də nəhəng pullar, həmçinin neft qiymətləri məsələsi qoyulduğu nəzərə alınsa, nə baş verəcəyini öncədən söyləmək çətindir. Bu müharibə kürəsəl münaqişəyə keçə bilər.

Xüsusən də İŞİD və bütün dünya üzrə minlərlə müxtəlif terrorçi əclaflar sürüsü sağdır və öz qanlı əməllərini həyata keçirməyə hazırdırlar. Lakin Qərbdə, xüsusən də Amerikada sağlam düşünən dairələr bunu anlayırmı? Doğrudanmı onlara aydın deyil ki, Tramp artıq son dərəcə dərinə gedib və nə dünya, nə də bölgə münaqişəsi halında Amerika kənarda qala biləcək? Və müharibə onun ərazisində başlana bilər? Artıq başlanıb. Hələlik ancaq çox kiçikdir.

Tərcümə Strateq.az-ındır.