XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 20:03

KÖRFƏZ ÖLKƏLƏRİNƏ SİLAH KÖÇÜ –Rusiya silah bazarında BƏƏ-nin əsas satıcısına çevrilib - TƏHLİL

Kiril Semyonov

“Al-Monitor” (ABŞ)

 

Rusiya Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) QLONASS (Global Navigation Satellite System) təklifi üçün müştəri olaraq qeydiyyatdan keçirmək istəyir. Ehtimal ki, BƏƏ ilə daha geniş əməkdaşlıqdan ötrü bu, ön şərtdir. Rusiyanın sənaye və ticarət naziri Denis Manturov noyabrın 26-da Moskvada, Rusiyanın BƏƏ-də daha geniş hərbi-texniki və iqtisadi fəaliyyətinin bir hissəsi olaraq bunu Əbu Dabi şahzadəsi Məhəmməd bin Zaid əl-Nahyanla görüşündə müzakirə edib.

Noyabrın ortalarında baş nazir müavini Dmitri Roqozin və “Rostex” Dövlət Şirkətinin baş icraçı direktoru Sergey Çemezovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Asiyada ən böyük aviasiya sərgisi olan “Dubai Airshow”-nun iştirakçısı olub. Moskva, Əbu-Dabi ilə daha böyük hərbi-texniki əməkdaşlığa çalışır. 1990-cı illərdə bu sahədə müşahidə edilən durğunluğun aradan qaldırılmasını istəyən Rusiya 2000-ci illərdən BƏƏ ordusunun əsas silah-sursat təchizatçısıdır.

Həmin dövrdə BƏƏ bir sıra “BMP-3” vasitələri alıb, Rusiya mənbələrinə görə, o, hələ də mexanizasiyalı briqadaların əsas döyüş maşınıdır. BƏƏ, həmçinin “9K38 Igla” çiyin-raketləri və “BM-30 Smerch” raketləri əldə edib. 2000-ci illərdə Rusiya yalnız BƏƏ hərbi qüvvələri üçün “Pantsir-S1” (SA-22 Greyhound) yer-hava və hava hücumu əleyhinə artilleriya sistemi yaradıb.

Bununla bərabər, BƏƏ ABŞ-dan “F-16” və “Apache” helikopterləri, Fransadan tanklar və təyyarələr, Cənubi Afrikadan “G6” özüyeriyən topları alıb. Əmirlik odursunun modernizasiyanı əsasən başa vurub, odur ki, sadalananlar Rusiyadan son böyük hərbi alış olub.

Eyni mərhələdə BƏƏ öz ərazisində silah və avadanlıq istehsal etmək üçün milli hərbi sənaye qurmağa başlayıb. Rusiya mütəxəssisləri də bu prosesdə iştirak edib və bir neçə növ zirehli döyüş maşınının qurulmasına kömək göstərib. Daha sonra Rusiyanın BƏƏ hərbi sənayesi ilə əməkdaşlığı məhdudlaşıb, əksər hallarda artıq istifadə edilən Rusiya silahlarının təmiri və s. kimi xidmət qalır.

2013-cü ildə Rusiya və BƏƏ-yə BMP nəqliyyat vasitələri üçün “Arkan” raket əleyhinə raketlərinin yeni ödənişi barədə razılığa gəlib.

Fevral ayında Əbu-Dabi şəhərində keçirilən IDEX-2017 sərgisində Moskva və BƏƏ hərbi-texniki əməkdaşlığın inkişafı barədə razılaşıblar. Bu müqavilələr ikitərəfli əməkdaşlıqda yeni layihələri stimullaşdırmalıdır. Bununla yanaşı, onlar daha çox niyyət bəyannaməsi kimi görülə bilər, çünki Rusiya əmirliyə daha ətraflı məlumat verməlidir. 2017-ci ildə “Dubai Airshow”-da Moskvanın atdığı addımlar bu istiqamətdə açıq gedişdir.

IDEX-2017-də BƏƏ Rusiyanın “Su-35” təyyarəsinə maraq göstərib. Amma “Dubai Airshow”-dan əvvəl Moskva bəzi müqavilələr bağlayıb. O cümlədən Moskva BƏƏ hərbi administrasiyasının bu cür 12 təyyarəni almaq niyyətində olduğunu bildirib. Roqozin şəxsən “Su-35” nümayiş stendini BƏƏ Silahlı Qüvvələrinin baş komandanının müavini olan tacdar şahzadəyə göstərib. Bu razılıq yerinə yetirildikdə, BƏƏ Körfəz ölkələri arasında Rusiyanın döyüş təyyarələri alan ilk ərəb ölkəsi olacaq.

Ancaq BƏƏ-nin “Su-35”-ə faktiki maraqları şübhəli qalır. Bu təyyarə yenilikçi olmaqdan uzaqdır və əslində, 1980-ci illərin “Su-27”-sinin modernləşdirilmiş çeşididir. BƏƏ döyüş təyyarələrinin kifayət qədər təchizatına malikdir və artıq təmir üçün lazım olan müqavilələr hazırlanıb. BƏƏ, həqiqətən, yalnız “Su-35” daxil olmaqla, bir sıra digər Rusiya-BƏƏ layihələrini əhatə edən paket müqaviləsinə ümid edə bilər.

Əmirlik Rusiyadan öz qırıcı təyyarələrini yaratmaq üçün istifadə edə biləcəyi texnologiyanı gözləyir. Belə bir layihə Serbiya mütəxəssisləri ilə əməkdaşlıqda artıq başlayıb, baxmayaraq ki, Serbiya konsepsiyaları, ehtimal ki, tamamilə yeni nəsil döyüş təyyarələrinin yaradılması üçün kifayət deyil. Digər tərəfdən, IDEX-2017-də imzalanmış müqavilələr BƏƏ-nin beşinci nəsil yüngül çoxfunksiyalı təyyarə üçün layihə hazırlamaqda Rusiya ilə əməkdaşlığa maraqlı olduğunu əks etdirir. Bu proqramda Rusiya “MiG-35” modelininin inkişafı üçün əsas kimi təklif edən “MiG Aviasiya Corp.” tərəfindən təmsil olunacaq.

Bundan başqa, BƏƏ Rusiyanı öz silahları ilə təmin etməyi planlaşdırır və bu fakt “Su-35” danışıqları zamanı nəzərə alına bilər. Məsələn, Rusiyaya Birləşmiş Ərəb Əmirliklərinin “ADCOM Sistem” şirkəti tərəfindən hazırlanan “United 40”-ı ala bilər. Rusiya bu silahı satın almaqda maraqlı olduğunu söyləyib.

BƏƏ-nin çoxfunksiyalı təyyarələrin hazırlanması layihəsi əmirliyə öz tərəfdaşlarının hərbi texnoloji imkanlarından istifadə etməsi imkan yaratsa, bəlkə Rusiyanın “Soyuz 40” lisenziyasını istehsal etmək razılaşması alına bilər – bu, Rusiyaya həmin bu sahədə ən yeni texnologiyalara giriş imkanı veririr.

Rusiya və BƏƏ arasında hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək üçün heç bir siyasi maneə yoxdur. Əmirlik hələ də silah və avadanlıq təchizatçılarını şaxələndirməyə çalışır. Digər tərəfdən, Rusiya təchizatında artım müddətdən asılıdır, belə ki, “Su-57” (beşinci nəsil), “T-14 Armata” tankı, “Kurqanets” tırtıllı platforması, “Bumerang APC”, “2S35 Koalisiya – SV” kimi yeni nəsil silahların müntəzəm istehsalına başlayacaq.

Hazırda BƏƏ lazımi maliyyə vəsaitlərinə malikdir, əsasən hərbi texnika növlərinin alınmasında maraqlıdır. Soyuq müharibə dövründən sonra Rusiya silah bazarında modernləşdirilmiş silah satışını genişləndirir.

 

Tərcümə: Strateq.az