XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 14:25

ŞİMALİ KOREYAYA DAİR 7 HƏQİQƏT –Mümkün sssenarilərdən hansı daha ağlabatandır? - TƏHLİL

Maks Fişer

“New York Times” (ABŞ)

 

Şimali Koreyanın son qitələrarası ballistik raket sınağı xüsusilə amerikalılar arasında təhlükə ilə əlaqədar narahatlıq doğurur. Ancaq bir çox analitik buna sakit təpki verərək, Şimali Koreyanın qabiliyyətlərini və niyyətlərini təəccüblü saymır. Onlar üçün sınaq, raket proqramının özü kimi, arzulanmayan, lakin çox da qorxulu olmayan xəbərdir.

Buna görə də, Şimali Koreya və onun silahlarına ekspertlərin fikirlərinin başlıca prinsipləri nəzərdən keçirilməlidir.

 

1. Vəssalam, Şimali Koreya nüvə dövlətidir.

 

Siyasətçilər illərcə Şimali Koreyanın nüvə və raket proqramlarını ləğv edilməsi və ya dayandırılması üçün qapının bağlanacağı dəqiq anı müzakirə edəcək. Amma bu qapı indi çox güman ki, artıq bağlanıb.

Şimali Koreyalılar silahlarını təhvil vermək üçün çox az səbəbə sahibdirlər, çünki üstün rəqibləri ilə qarşıdurmada bu, onların təhlükəsizliyini təmin edir və onların yolunu kəsməkdən ötrü heç çarə yoxdur.

Bəli, bir yolumuz qalır: işğal. Lakin Şimali Koreyanın raketləri mobildir, yəni Birləşmiş Ştatlarının onları ələ keçirməsinədək ən azı bir və ya iki dəfə atəşə aça bilərlər. Tammiqyaslı müharibə Şimali Koreyanın Amerikanın böyük şəhərinə nüvə zərbəsi cəhdini faktiki təmin edəcək (Bu, Şimali Koreyanın ballistik raket üzərində döyüş başlığı yerləşdirə biləcəyini deməkdir, ona şübhə etmə imkanımız çox azdır).

Texniki baxımdan, bu, "etibarlı çəkindirmə qabiliyyəti" kimi təsvir edilir. Texniki olmayan şəkildə: dünyanın Şimali Koreyanın nüvə statusunu həyat gerçəyi olaraq qəbul etmək üçün  seçənəyi azdır.

 

2. Şimali Koreya, ehtimal ki, Vaşinqton və Nyu-Yorka zərbə endirəcək.

 

Ötən sınaqlar göstərir ki, Şimali Koreya raketləri ABŞ-ın Qərb sahilboyu şəhərlərinə çata bilər. Analitiklərin fikrincə, bu sınaq indi Şərq sahilboyu şəhərlərinə də zərbə endirmə imkanını göstərir. Yəqin ki, Vaşinqton və Nyu-Yorka.

 

3. Şimali Koreya rasionaldır, odur ki, çətin ki, müharibə başlasın.

 

"Yaxşı" xəbər Şimali Koreyanın müharibəni başlamağı nəzərdə tutan niyyətinin yoxluğudur, bu halda, o, mütləq məğlub olacaq. Başqa sözlə, yox, Şimali Koreya yəqin ki, şəhərinizə göydən zərbə endirmək niyyətində deyil.

Şimali Koreyanın lideri Kim Çen Inın dəlisov baxışlı fotoları arxasında bu tez-tez itir. Lakin cənab Kim ekssentrik olsa belə, özü dəfələrlə rasional olduğu sübut edib. Amansız və əxlaqi cəhətdən qüsurlu, ancaq rasional. Heç bir ağıllı lider hamını milli intihara dəvət etmir. Kim müharibə edərsə, əksi olacaq.

Şimali Koreyanın qarşısını almaq üçün Birləşmiş Ştatlar öz nüvə silahına, eləcə də əla hərbi üstünlüyə malikdir. Çəkindirmə tarixən formalaşıb. ABŞ, Rusiya və Çin nüvə silahlarının təhlükəsi ilə onilliklər boyu yaşayır.

 

4. Çin Şimali Koreya problemini həll edə bilməz.

 

Şimali Koreyanın nüvə proqramı başlayandan bəri amerikalı liderlər ümidlərini Çindəki strategiyalarına cəmləyiblər. Pekin düzgün motivasiya olunsaydı, ənənəvi hikmət deyir ki, müttəfiqi və qonşusunu – Şimali Koreyanı ipə-sapa yatırda bilərdi.

Ancaq bu strategiyan ehtimal ki, heç zaman işə yaramayıb.

Şimali Koreya əmindir ki, öz nüvə silahlarından imtina etməsi, öz döyüş başlıqlarını təslim etdikdən sonra Liviyada yaşananlara bənzər, Amerika işğalı ilə bitəcək. Çin kiçik Şimali Koreyaya təzyiq göstərə bilər, amma belə bir təzyiqin cənab Kimə milli məhv təhlükəsindən daha çox qorxudub-qorxutmaması aydın deyil.

Hər halda, Şimali Koreya və Çin arasında getdikcə daha tez-tez qarşıdurmalar baş verir. Şimali Koreyanın silah sınaqları Pekini alçaltmaq və təhqir etmək cəhdləri kimi görünür. Çin cavab olaraq öz sanksiyalarını tətbiq edib. Amerikalılar bəzən Şimali Koreyanın əməllərini Çinin təxribatlara dəstəyi kimi qəbul edilər, amma əslində, əksinədir.

 

5. Şimali Koreya ekstremal iqtisadi cəzaya dözə biləcəyini göstərir.

 

Hətta ən ağır sanksiyalar Şimali Koreyanın daha əvvəl üzləşdiyi şeylərdən qorxulu ola bilməz. 1990-cı illərdə ölkə iqtisadiyyatı və ərzaq təchizatı eyni vaxtda dağıldı, əhalinin onda birini öldürən qıtlıq yaşandı.

O vaxtdan bəri Şimali Koreya kənd təsərrüfatı təcrübələrini yaxşılaşdırıb. Beləliklə, cənab Kim başqa bir iqtisadi çöküntüdən yayınmaq istəməyincə, ehtimal ki, onun ölkəsinin sağ qalması mümkündür.

 

6. Şimali Koreya müharibə istəməsə belə, hələ də qorxudur.

 

Əlbəttə, cənab Kimdən başqa Kimin nə istədiyini heç kim bilmir. Lakin Şimali Koreyanın hələ də yüksək təhdid səsilə danışır. Onlar iki uzunmüddətli strategiyadan birini təklif edirlər. Analitiklər daha məqbul seçənəklə razılaşmırlar.

Bu strategiyaların ortaq cəhəti Şimali Koreyanın dünyadakı yerini təmin etmək arzusudur.

Ekspertlər arasında geniş yayılmış bir nəzəriyyəyə görə, Şimali Koreya öz silahları ilə beynəlxalq birliyin qanuni üzvü kimi qəbul etməsi naminə təzyiq vasitəsi kimi istifadə edir. Bu, düşüncə tərzi cənab Kimin hökumətini saxlamaqla, 1970-ci illərdə Çinə açılmaya bənzər, bir növ, ticari və siyasi normallaşma gətirəcək. Bu qorxudur, çünki dünya cənab Kimin zalım, təxribatçı və nüvə silahlı hökumətini qəbul etməyincə, o, təslim olmayacaq.

Daha iki mübahisəli nəzəriyyəyə görə, Şimali Koreya son nəticədə Cənubi Koreya ilə birləşməsini istəyir. Şimal əslində, heç zaman təhlükəsiz ola bilməz, bu baxımdan, azad və daha müdrik Cənubun müstəqil qalması Şimalın ayrı bir dövlət olaraq varlığı ilə ziddiyyət təşkil edir və onu zəiflədir. Bu, Cənubi Koreyanı işğal etmək və fəth etmək demək deyil, əksinə, iki Koreya arasında əlaqələrin qurulması və yalnız Cənubun Amerikanın mühafizəsindən uzaqlaşması ilə mənəvi birləşməni nəzərdə tutur.

 

7. Narahat olun, ancaq qorxudan burnunuz qanamasın.

 

Ən böyük risk, analitiklərin fikrincə, Şimali Koreya və ABŞ-ı demək olar ki, istənilməyən bir qarşıdurmaya gətirib çıxaracaq qəza və ya səhv ola bilər. Müharibə belə başlayacaq.

Bəlkə də, məsələn, ABŞ, simvolik bir təhdid kimi, Şimali Koreyaya yaxın əraziyə bombardımançı göndərir, amma bombardımançı Pyenxana sarı istiqamət alır, Şimali Koreya bunu müharibənin başlanğıcı kimi qəbul edir və özünü müdafiə edən raketlərlə atəş açır.

Bu cür ssenarilər az ehtimal olunur və yanlışa fürsət saxlamır. Amma ehtimallar sıfıra bərabər deyil və bu, baş verərsə, bütöv şəhərlər məhv ola bilər.

Yüksək riskli, aşağı ehtimal olunan bu cür hadisəni konsepsiyalaşdırmaq çətindir. Bu barədə narahat olmağa dəyər. Ancaq siqaret çəkmənin daha böyük risk deyil. Yaxud avtomobil qəzasından. Ya da yetərli tibb xidmətin olmamasından…

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə