XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 20:21

QANDİ SÜLALƏSİNİN PARTİYASINDA “YENİ” VARİS:o, seçkilər öncəsi sosial mediada baş naziri hədəfə alıb - TƏHLİL

S.N.M. Abdi

“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

 

Rahul Qandi dünən Hindistanda müstəqillik uğrunda mübarizənin ön sırasında olmuş və bir neçə onillik boyu millətin rəğbətini qazanmış 132 yaşlı Konqres Partiyasının 16-cı prezidenti vəzifəsinin icrasına başlayıb. Həm də seçkilər olmadan.

Bu yüksəlişinə qədər Qandi baş nazir Narendra Modiyə bir neçə şifahi hücum edib. Bununla da, Modi ilə yeni Konqres başçısı arasında çoxdan gözlənilən qarşıdurma üçün zəmin yaranıb.

Dekabrın 11-ə planlaşdırılan təşkilati seçkilər sabiq baş nazir Raciv Qandinin və İtaliya mənşəli Konqres şefi Soniya Qandinin 47 yaşlı oğlu ali vəzifəyə namizədliyini irəli sürən kimi əhəmiyyətini itirib. Həm də dekabrın 4-ü namizədlərin irəli sürülməsi üçün son tarix idi.

"Rahul – Konqresin varisidir", – deyə sabiq baş nazir Manmohan Sinqh, Qandinin namizədliyini dəstəkləyib. Digər namizəd isə Konqresi iki dəfə – 2004 və 2009-cu illərdə ardıcıl qələbələrə gətirən Soniya Qandi idi.

Partiyanın sabiq prezidenti Pranab Mukherci kimi bir çox “ağır” boslar namizədliyi təsdiqləndikdən sonra Rahul Qandiyə tərif yağdırıb.

 

Liderlik keyfiyyətləri

 

Rəşid Kidvay – Soniya Qandinin bioqrafı və Konqres Partiyasının eksperti “Al-Arabiya”ya deyib: "Qandi 2024-cü ilə qədər liderlik keyfiyyətlərini, xüsusilə BCP-ni (Bharatiya Canata Partiyası) iqtidardan kənarlaşdıra bilmə qabiliyyətini sübut edəcək". Kidvay da partiyanın yeni prezidentini "konsensus namizədi" adlandırıb və iqtidarın sülalə rəhbərliyi, qohumbazlıq ittihamını təzib edib.

BCP-li sabiq baş nazir Atal Bihari Vacpayi ilə sıx əməkdaşlıq edən Sudhindra Kulkarni, Qandinin yüksəlişində daha maraqlı məqam görür. "Ailə qaydaları ilə bağlı müzakirələrin heç bir əhəmiyyəti yoxdur. BCP öz ailə hökmranlığına malikdir. Sanqh Parivar və ya hindu sağ qanadın ailəsi xaricində hər kəs BCP-nin baş naziri, başçısı və ya baş nazir ola bilərmi?" – deyə o soruşur.

Qandi BCP-yə sarsıdıcı məğlubiyyətdən əziyyət çəkən ölkənin ən köhnə partiyasının üzvləri qarşısına təbəssümlə çıxıb.

Modi hazırda Qandinin sevimli hədəfidir. Dekabrın 9-u və 14-də qərb əyalətində – Qucaratda milli mərhələyə aparan mühüm seçkilər keçiriləcək, odur ki, qəzəbli bir kampaniya təşkil olunmalıdır.

 

"Yaxşı aktyor"

 

Sosial mediada iki siyasətçinin söz duelini Qandi başlayıb və Modini "Amitabh Baççandan daha yaxşı aktyor" və "peşəkar sehrbaz" adlandırıb.

Qandi-Nehru sülaləsinin 47 yaşlı varisi iqtidarın tətbiq etdiyi mal və xidmətlər vergisi (GTS) məsələsinə toxunub. O, GTS-ni çəşhur Bollivud blokbasterində dəhşətli cani Qabbar Sinqhin xərac almasına bənzədib.

Rahul Qandi baş naziri lağa qoyub: "Narendra Modi, Amitabh Baççandan daha yaxşı aktyordur. Ümumiyyətlə, aktyor ağlaya bilmədikdə gözünə kontakt linzası qoyulmalıdır… o, gözləri yandırır və yaşardır. Ancaq Narendra Modinin göz yaşlarını gözlətmək üçün heç bir kontakt linzasına ehtiyac yoxdur".

Daha əvvəl Qandi BCP-nin seçki mitinqlərində kütləni əyləndirmək üçün niyə sehrbazların işə götürülməsini sorğulayıb. Hindistanda bir çox insanın həyatını cəhənnəmə döndərən ötən ilin denominasiya tədbirini yada salaraq, "500 və 1000 rupilik əsginaslarını ləğvini peşəkar sehrbaz işi” adlandırıb.

Qandi, həmçinin sosial mediada Modinin xarici prezident və baş nazirləri qucaqlamaq vərdişini lağa qoyub. O, Pakistanın 2008-ci ilin Mumbay hücumunun rəhbəri Hafiz Səidi azadlığa buraxmasına və Amerika hökumətinin terrorizmlə mübarizədə irəliləmə üçün Pakistana maddi yardım göstərməsinə görə Modini və onun "qucaqlaşma diplomatiyası"nı təqsirkar sayıb.

"Donald Trampı yenidən qucaqla. Əvvəlki qucaqlaşma fayda vermədi", – Qandi sosial mediada Modiyə nəsihət edib, çünki Vaşinqton Pakistana yanaşmasını yumşaldıb.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə