XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

06 Dekabr 2017 - 14:49

“ZƏRRAB İŞİ” ANKARA VƏ TEHRANI DAHA DA YAXINLAŞDIRIR –ABŞ düşüncə quruluşunun rəyi - TƏHLİL

Şahir Şahidsaless

“Atlantic Council” (ABŞ)

 

Noyabrın 30-da Türkiyə və İranın qızıl taciri Rza Zərrabın Nyu-York məhkəməsinə verdiyi açıqlamada, İranın ABŞ sanksiyalarını pozmasına icazə verən sxemə əsasən, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı beynəlxalq pul vəsaitlərinin yuyulmasında ittiham etməsi ilə Türkiyə və ABŞ arasındakı ziddiyyətli əlaqələr daha da gərginləşib.

Zərrab bildirib ki, 2012-ci ildən etibarən Türkiyədəki dövlət qurumu – “Halkbank” və digər iki bank vasitəsilə İranın neft satışından pul qazanmasına və qızıl almasına kömək edib. Qızıl daha sonra qaçaqmalçılıq yolu ilə Dubaya göndərilib və nağd pula çevrilib.

Rza Zərrab ailəsi ilə birlikdə ABŞ-a səfər edərkən, 2016-cı ilin mart ayında Mayami şəhərində həbs olunub.

Türk hökuməti məhkəməni "teatr", "Türkiyə və Rəcəb Tayyib Ərdoğana qarşı qəsd" kimi səciyyələndirib. Ərdoğan Türkiyənin "heç vaxt ABŞ qarşısında öhdəlik götürmədiyini" söyləyib. “… Dünya yalnız ABŞ-dan ibarət deyil. İranla ticari və enerji əlaqələrimiz var".

Məsələ Türkiyə və İranı bir-birinə yaxınlaşdırır, xüsusilə Suriyadakı geniş miqyaslı qarşıdurmanın sona çatması da daxil olmaqla, digər regional hadisələr işığında. İran və Türkiyə vahid, güclü, qarşılıqlı motivlərlə bağlanırlar.

Türk tərəfində son illərdə ABŞ-la əlaqələr, ekzistensial təhlükələr kimi, iki mövzu əsasında uğursuzluğa uğrayıb. Birincisi, Suriyadakı kürd milislərə ABŞ-ın dəstəyi ucbatından. Ankara onları Türkiyədəki kürd üsyançıların bir qolu sayır. Türk siyasətində muxtar və ya müstəqil kürd dövlətinə qarşı heç bir dözüm yoxdur.

Beləliklə, ABŞ Suriyada İŞİD-i məhv etmə kampaniyasında bir sıra əsas “qırmızı xətlər”i keçib.

İkincisi, amerikalılar Ankaranın müxalifət lideri Fəthullah Gülənin ekstradisiyasına dair tələbini rədd ediblər. Ərdoğan iddia edir ki, 2016-cı ilin iyulunda ona qarşı çevriliş təşəbbüsü son 16 ildə Pensilvaniya ştatında yaşayan Gülən tərəfindən hazırlanıb.

Üstəlik, “Zərrab işi”. Zərrabın açıqlamaları Ərdoğanın nüfuzuna düzəlməz zərər vura bilər. Türk lirasının ciddi devalvasiyası işığında iqtisadiyyatı çökdürərək, bank sistemi milyardlarla $-lıq ağır cəzalara məruz qalar. Məsələn, İrana qarşı sanksiyaların pozulması Fransanın “BNP Paribas” bankı 3 il bundan əvvəl ABŞ-a 8,9 milyard $ cərimə ödəməli olub.

Zərrabın “neft üçün qızıl sxemi” İran və Türkiyəni bir araya gətirməklə yanaşı, onları dost həmrəylikdə, ya da ən azı praqmatiklikdə birləşdirdi. Geri boylanaraq bu həmrəyliyin İranın irəliləyən nüvə proqramı ilə bağlı 2012-ci ildə ABŞ tərəfindən tətbiq olunan sarsıdıcı sanksiyalar dövründə Tehranın başını dik tutmasına necə kömək etdiyini anlaya bilərik.

Bu arada Suriyada Türkiyənin İranla rəqabət aparmasına məntiqi və ya praktik bir səbəbi yoxdur, amma Bəşər Əsədin vəzifəsindən getməsi tələbi qalır. Amma Rusiya və İranın Suriya diktatoruna hərbi müdaxilə ilə köməyi sayəsində Suriya dair sövdələşmə yaranıb. Əsəd qalib gəlir, döyüşdə olduğu kimi, siyasi meydanda heç bir müxalif fraksiya qalmayıb.

İran tərəfindən digər regional məsələlər üzrə Türkiyə ilə ciddi uyğunlaşma üçün şərait yaranıb.

İraqda Kürdüstanının müstəqilliyi yalnız kürd bölgələrində qeyri-sabitliklə üzləşə biləcək İranı təhdid etmir, amma daha da önəmlisi, bu, İranın arxa həyətində İsrailə yaxın bir dövlətin qurulması ilə nəticələnə bilər. İsrail 25 sentyabr referendumunda müstəqillik üçün kürt istəklərini dəstəkləyən yeganə dövlət idi. İsrail baş naziri Binyamin Netanyahu referendum ərəfəsində İsrailin "kürd xalqının öz dövlətinə çatması üçün qanuni səylərini dəstəklədiyini" söyləyib.

Referendumdan əvvəl müstəqillik mitinqlərində İsrail bayraqları İraq Kürdüstan bayrağı ilə yanaşı dalğalanırdı. İsrailin müstəqil kürd dövlətinə verdiyi dəstək məntiqlidir. Hazırda təşəkkülü çox çətin görünən belə bir dövlət, ehtimal ki, İranın təsirini yoxlamaq və İranın hakim mobil qüvvələri kimi tanınan iraqlı milislərin hərəkətlərini məhdudlaşdırmağa çalışacaqdı.

İraq Kürdüstanının müstəqilliyi ilə bağlı İran-Türkiyə narahatlığı və Suriyadakı konvergent (yaxın) mövqelər sayəsində avqust ayında, 1979-cu il İslam inqilabından bəri ilk dəfə, İranın hərbi rəhbəri general Məhəmməd Baqeri Ərdoğanla görüşdü. Məlumatlara görə, "Baqeri deyib ki, Ankaraya səfəri zamanı hər iki ölkə hərbi, müdafiə və təhlükəsizlik sahələrində bir çox mövzuda kəşfiyyat mübadiləsi və əməkdaşlıq etməyə razılaşıb".

Baqerinin səfərindən sonra, oktyabrın 1-4-də Baş Qərargah rəisi general Hulusi Akar və oktyabrın 4-də Ərdoğan Tehrana səfər edib.

İran, həmçinin hər iki ölkəni Rusiyaya daha yaxınlaşdıran Türkiyənin geosiyasi trayektoriyasını da əhatə edir.

Birincisi, Suriyada İranla Türkiyə arasındakı sıx məsləhətləşmələr olmadan Rusiya-İran-Türkiyə əməkdaşlığı ola bilməzdi. Noyabrda Soçi şəhərində İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli görüşü də ABŞ-ın təsirinin və effektli müqavimətinin azalmasını əks etdirirdi. İran bu üçtərəfli uyğunlaşma içində daha güclü bir mövqe əldə edə bilər.

İkincisi, ABŞ-Rusiya münasibətlərinin, prezident Donald Trampun sözlərinə görə, "həmişəkindən daha aşağı səviyyədə" olduğu bir dövrdə Türkiyə ilə Rusiya arasındakı əlaqələrin güclənməsi İran-Türkiyə əlaqələrini üç tərəfli tərəfdaşlıq çərçivəsində cəmləşdirməyə kömək edir, bölgədə ABŞ siyasətlərinə qarşı çıxmaq üçün platforma yaranır.

İran-Türkiyə əməkdaşlığının nəticəsi olaraq İran, həmçinin, Ərəbistandakı düşməninə qarşı daha bir zəfər qazanır. Bu qələbə Qətər böhranıdır. Son dövrlərdə Səudiyyə Ərəbistanının məğlubiyyətinə əlavə bir nümunə və İranın İraqda güclənməsi, Yəməndəki bataqlıq, Suriya və Livanda Səudiyyə itkinlərinin artırılmasıdır.

Qərb mediasında manşet başlığı  olmayan daha bir hekayət: noyabrın 28-də Türkiyə və Qətərin iqtisadiyyat nazirləri iranlı vəzifədaşları ilə birlikdə Səudiyyə liderliyində Qətərin boykotu ilə mübarizə razılaşması imzalayıb. Müqaviləyə əsasən, İran tranzit mərkəzi olacaq və üç ölkə "İran və Türkiyədən mal göndərmək üçün maneələr"lə mübarizə aparacaq.

Bəziləri mövcud İran-Türkiyə tərəfdaşlığının qısa müddətli olacağını iddia edə bilər. Ancaq prezident Trampın son şərhlərinin əksinə, ABŞ-ın Suriyadakı kürd milliyyətçiləri ilə əlaqələrini kəsəcəyi şübhəlidir. Gülənin ekstradisiyası ilə bağlı çətinliklər də ABŞ-Türkiyə əlaqələrində Qordi düyünü kimi qalacaq.

Daha da əhəmiyyətlisi, Zərrab iddiası, hökmün çıxarılması yaxınlaşdığı üçün, yalnız çirkin və daha mürəkkəb düyün ola bilər. Məsələn, Zərrabın bəyanatlarına və onların geniş kütləvi informasiya vasitələrinə əksinə cavab olaraq, Türkiyənin baş prokuroru CIA-nın sabiq zabiti və ABŞ Milli Kəşfiyyat Şurasının keçmiş sədr müavini Qreham Fullerin həbsi qərarı çıxarıb. O, Gülənlə əlaqədə və "Türkiyə hökumətini devirmək cəhdi"ndə ittiham edilir.

Ərdoğan səhnədən çıxarsa, necə olacaq?

Bir çox müşahidəçilər 2019-cu il seçkilərində Ərdoğanı ciddi çətinliklərin gözlədiyini desə də, çox mürəkkəb bir proqnoz vermək hələ də tezdir. Onun Axilles dabanı iqtisadiyyat ola bilər. İndiyə qədər proqnozlar o qədər də qara deyil. Baxmayaraq ki, Ərdoğan ABŞ-a qarşı davakar mövqe tutur və ya ölkə Zarrab işi nəticəsində cəzalar və sanksiyalarla üzləşə bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə