XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2017 - 20:21

İRAQ ÜÇÜN “MARŞAL PLANI”:rəsmi Bağdad "Dünya bizə borcludur" deyir - TƏHLİL

Kristian Çesno

“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

 

Bir neçə gün əvvəl İraq xarici işlər naziri İbrahim əl-Cəfəri ölkəsinin yenidən qurulması üçün “Marşal Planı”nın tətbiqinə çağırıb. "Dünya bizə borcludur", – deyə o təkid edib.

İŞİD üzərində hərbi zəfər qazanıldıqdan sonra İraq, şübhəsiz ki, Mosulu və müharibənin çökdürdüyü digər şəhərlərini bərpa etmək üçün kütləvi beynəlxalq yardımlara ehtiyac duyur. Çoxsaylı sivilizasiyaların beşiyi olan bu tarixi ölkənin rahat nəfəs alması və canlanması vaxtdır. 40 ildir ki, iraqlılar bir-birinin ardınca faciələr yaşayırlar.

1980-ci illərdə İrana qarşı müharibə, 1990-cı ildə Küveytin işğalı, BMT-nin embarqosu ilə yadda qalan onillik blokada, 2003-cü ildə anqlo-Amerikan işğalından və İŞİD əleyhinə müharibədən sonra İraq xalqı çoxlu uğursuzluqlarla üzləşib və əzablar çəkib.

 

İraqın yenidən qurulması: “mənəvi öhdəlik”

 

İraqın taleyinə həssas olmamaq mümkündürmü? Bəli, İraqın özünü yenidən qurmasına kömək etmək lazımdır və beynəlxalq birlik əhalinin böyük qurbanlarına və əzablarına cavab vermək üçün "mənəvi öhdəlik" daşıyır. Buna baxmayaraq, sadəlövh olmağa dəyməz. İraqın yaralarını sağaltmaq üçün xarici, xüsusilə ABŞ, Avropa, Çin, Körfəz ölkələri və s. ölkələrin yalnız maliyyə yardımı kifayət deyil.

Yalnız 2001-ci ildən etibarən yüz milyard dollar alan Əfqanıstana baxın. Ancaq “Taliban” hələ də mövcuddur, güvənsizlik hələ də davam edir, iqtisadiyyat tənəzzül içindədir və xaşxaş yetişdirilməsində canlanma var.

İraqın yenidən qurulması yolunda bir çox maneələr var. Birincisi, təhlükəsizlik məsələsi çox vacibdir, çünki hər hansı bir bərpanın əsas şərtidir. Silahlıların silahsızlaşdırılması, ən çətin məsələlərdən biri olaraq qalır. Digər qara nöqtə isə kütləvi və endemik bir problemdir. “Transparency International”-ın son reytinqində İraq 174 ölkə arasında 166-cı yerdədir.

Bir gün ölkə liderləri İraqdakı pisliyin kökünü hədəfə almalı və xarici investorları qorxutmamalıdır, xüsusilə də neft gəlirlərinin artıq iqtisadi böhranlar üçün dəhşətli amil olmadığından. İraqlılar özləri bir araya gəlmək üçün səy göstərməlidirlər – son, lakin ən mühüm məsələ, – dünya yalnız bundan sonra İraqa kömək edə bilər. Heç bir icma özünü cəmiyyətdən kənarda qalmamalıdır. İraqlı sünnilər özlərini milli mücadilənin bir hissəsi tək hiss etməlidirlər.

Əks təqdirdə, gələcəkdə digər iğtişaşlar baş verə bilər. Bundan sonra kürdlərin əndişəli öz müqəddəratını təyin etmə referendumu fiaskosuna bənzər problem yaranacaq.

 

Gələcək üçün yol xəritəsi

 

Bununla belə, İraqın ərazi bütövlüyünə hörmətlə yanaşılma çərçivəsində, müəyyən danışıqlarla, hər şey mümkündür.

Bu proses açıq-aydın səbr və dialoq tələb edəcək. Beləliklə, İraqın düz yola gəlməsindən əvvəl edilməli olduğu çox şey var və bu, beynəlxalq ictimaiyyətin İraqın bərpası üçün maddi sərmayə qoymasına imkan verəcək. Pul-para var, məsələ yalnız onu necə istifadə etməkdədir.

Buna görə də İraqdakı bütün tərəflərin təsdiqlədiyi siyasi, sosial və iqtisadi yol xəritəsi – heç kimi kənarda saxlamayan ortaq hərəkət planı olmalıdır. İbrahim əl-Cəfərinin "Dünyanın bizə Marşal Planı borcu var" cümləsini iqtibas etsək, İraq liderləri də öz xalqına borcludur; İraq xalqı cəmiyyətdəki müxtəlif çatışmazlıqların siyasi istismar alətinə çevrilməsinə artıq dözmür.

 

Tərcümə: Strateq.az