XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 11:35

100 YAŞLILAR GƏNCLƏRİN GƏLƏCƏYİNİ YEYİR –Yaponiyanın üzləşdiyi xoşagəlməz rekord - ARAŞDIRMA

"World Econimic Forum"

 

Yaponiyanın səhiyyə, habelə əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin yeni məlumatları göstərir ki, ölkə 100 yaşlı insanların sayına görə rekordu təzələyib. Yeni ümumi say 67 min 824 nəfərdir.

“Sentenarianlar” – demoqraflar onları belə adlandırırlar və bu, tibb elmində möcüzədir. Amma Yaponiyada geniş yayılmış uzunömürlülük iqtisadiyyat üçün ağır yükə çevrilib.

Ölkədə 65 yaşdan yuxarı olan insanların ən yüksək nisbəti var. Doğum səviyyəsinin enməsi nisbəti ilə birləşən yaşlı əhali nisbətindən yaranan xərclər gənc nəslin boyunduruğu olub.

 

Dünya Səhiyyə Təşkilatının bu xəritəsində 2025-ci ilədək tünd göy rənglə 65 yaşlıların 30%-dən yüksək olacağı, açıq göy rənglə eyni yaş həddində olanların 10-30% arası və boz rənglə 10%-dən aşağı nisbətli dövlətlər göstərilib.

Son bir neçə ildə Yaponiya ümumi daxili məhsulda (ÜDM) trilyonlarla dollar vəsait itirib və əhalisi təxminən 1 milyon nəfər azalıb. Ölkənin demoqrafik göstəriciləri bu şəkildə qalarsa, ekspertlər ciddi iqtisadi böhran və ictimai həyatın parçalanma ehtimalını proqnozlaşdırırlar.

"Bu, ailə üçün ölümdür", – Harvard Universitetindən olan sosioloq Meri Brinton bildirib.

1971-ci ildə Yaponiyada yaşayan yüz yaşlıların – “sentenarianlar”ın sayı cəmi 339 nəfər idi.

Ötən ilə aid hökumət məlumatları göstərir ki, 65 mindən çox “sentenarian” var. Bu il, 47 il ard-arda olduğu kimi, 127 milyonluq ölkə öz rekordunu yeniləyib.

ABŞ hələ də “sentenarianlar”ın sayına görə rekordda liderdir, lakin bu, əsasən, daha böyük əhali sayəsindədir. Yaponiya ilə müqayisədə onun əhalisi təxminən üç dəfə çoxdur, üstəlik, adambaşına düşən yüz yaşlılar nisbəti azdır. Lakin hətta demoqrafik tendensiyalar Yaponiyanı gec-tez “sentenarianlar”a görə hamını üstələyə biləcəyini göstərir.

Bu gələcək gənclər üçün yükdür.

Dünya əhalisi ümumiyyətlə yaşlanmaqdadır və “Pew Research”-in məlumatlarının təhlilindən aydın olur ki, 2050-ci ildə ən azı 100 yaşına çataçatda olan insanların sayı 450 min nəfərə çatacaq və səkkiz dəfə artaraq 3.6 milyon nəfər olacaq.

Yaponiyada böyüklərə hörmət var. 1963-cü ildən 15 sentyabr Yaşlılara Hörmət Günü kimi qeyd olunur. Təqvim ilində 100 illik yubileyini qeyd edənlərə hökumət gümüş qabda yemək və təbrik məktubu təqdim edir.

2016-cı ilə qədər bu mükafat alıcıları həqiqi gümüş qazanda hazırlanmış yemək alıblar. Lakin hələ 2014-cü ildə 29 min nəfərə “gümüş” yeməklərin verilməsi üçün 2,1 milyon dollar ödənildikdən sonra hökumət daha ucuz alternativ düşünməyə qərar verib.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə