XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 10:04

VƏLİƏHD-ŞAHZADƏYƏ DƏVƏT QAYÇILANDI –İstanbul Zirvəsi ərəfəsində İsrail ərəb liderə əl uzatdı - TƏHLİL

Noa Landau

“Haaretz” (İsrail)

 

Səudiyyə Ərəbistanını Ərəb dünyasının lideri olaraq səciyyələndirən Yisrael Katz, krallığın İsrail-Fələstin sülh prosesinə sponsor olmasını təklif edir.

Kəşfiyyat naziri Katz Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmanı İsrailə dəvət edib.

Nazir təsdiqləyib ki, dəvət Səudiyyənin onlayn qəzeti “Elaph”-a müsahibəsində edilib, ancaq onlayn qəzetdə dəvət məsələsini redaktə zamanı mətndən çıxarıblar.

Səudiyyə Ərəbistanının İsraillə rəsmi diplomatik əlaqələri yoxdur.

Səltənəti Ərəb dünyasının lideri kimi səciyyələndirən Yisrael Katz, krallığın İsrail-Fələstin sülh prosesinə sponsor olmasını təklif edib. Katz, İsrailin belə danışıqlara qatılmaqdan xoşbəxt olacağı sözlərini də söylədiyinə əlavə edib.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı tək tanımasından sonra çərşənbə günü Səudiyyə Ərəbistanı kralı Salman fələstinlilərin Şərqi Qüdsü gələcək Fələstin dövlətinin paytaxtı olaraq seçməsinə haqqı olduğunu söyləyib. Salman bunu ərəb və müsəlman liderlər İstanbulda toplaşaraq Trampın qərarını müzakirə edərkən deyib.

Kral Salman, MBS kimi tanınan 32 yaşlı oğlu Məhəmməd bin Salmanı iyunda Səudiyyə Ərəbistanı taxt-tacının varisi təyin edib. Çoxları gözləyir ki, yaxın gələcəkdə yaşlı və xəstə kral səltənəti varisin ixtiyarına verəcək.

Şahzadənin qəti anti-İran mövqeyi onu ABŞ və İsrailin mühüm tərəfdaşı edir.

Bir neçə ərəb veb-saytı son bir neçə il ərzində Bin Salmanın bəzi üst səviyyəli İsrail rəsmiləri ilə görüşdüyünü bildirib.

Bu məlumatlara görə, 2015-ci ildə Eylatda ilk bu cür görüş keçirilib. Bu ilin mart ayında İordaniyada keçirilən Ərəb zirvəsində İordaniya, Səudiyyə Ərəbistanı və ABŞ-ın koordinasiya etdiyi birgə hərbi otaqda da Səudiyyə və İsrail zabitləri arasında müntəzəm görüşlər baş tutub.

Ötən ay “Elaph” İsrail ordusunun başçısı, general-leytenant Qadi Aysenkotla müsahibəni dərc edib. Bu, bir ilk idi.

Aysenkot müsahibədə İranı "bölgənin real və ən böyük təhlükəsi" adlandırıb. Onun sözlərinə görə, İsrail və Səudiyyə Ərəbistanı İranın niyyətləri barədə eyni fikirdədir, onlar, həmçinin iki ölkənin bir-biri ilə döyüşmədiyini vurğulayıblar.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə