XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 12:16

XƏZƏRİN STATUSU İLƏ BAĞLI ASTANADA YEKUN SƏNƏD İMZALANACAQMI? –Tehranın bu problemə baxışı - TƏHLİL

Fərşad Kaşani

“Al Monitor” (ABŞ)

 

Sovet İttifaqının dağılmasından təxminən üç on il sonra və 26 il davam edən danışıqların ardınca üfüqdə Xəzər dənizinin hüquqi statusunun həlli görünür.

Xəzər dənizi sahilyanı ölkələrin xarici işlər nazirlərinin son zirvəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: "Bu sənədin [Xəzər dənizinin hüquqi status haqqında konvensiya layihəsi] hazırlanması ilə bağlı qalan bütün əsas məsələlərə həll tapılıb. Mətn həqiqətən hazırdır". Amma S.Lavrov heç bir əlavə məlumat verməyib.

Nə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, nə də onun Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan vəzifədaşları Lavrovun bəyanatını təsdiqləməyiblər. Ancaq İranın iki böyük diplomatı Moskvada keçirilən zirvə görüşündə Xəzərin demarkasiyası məsələsinin müzakirə olunduğunu təsdiq etməyiblər.

Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasiminin sözlərinə görə, "demarkasiya məsələsi hətta görüşün gündəmində olmayıb". Xarici işlər nazirinin Asiya-Sakit okean məsələləri üzrə müavini İbrahim Rəhimpur isə deyib: "Bölünmə ilə bağlı razılaşma yoxdur. Xüsusilə iki qonşu ölkə – Türkmənistan və Azərbaycan ilə".

Sovet İttifaqının dağılmasından sonra üç yeni müstəqil respublika olan Azərbaycan, Türkmənistan və Qazaxıstan Xəzər dənizinin sahilyanı dövlətlər kimi ortaya çıxıb. Yeni təşəbbüsə əsasən, Qazaxıstan və Rusiya dənizin şimal hissəsini bölüşür, İran isə cənub hissəsini Azərbaycan və Türkmənistanla paylaşmalıdır.

Xəzərə istinadla "dəniz" termininin istifadəsi qarışıqlıq yarada bilər, çünki bu, onun Qara və Baltik dənizlərindən fərqlənməyəcəyi mənası verir. Xəzərin dünya okeanlarına birbaşa çıxışı yoxdur və o, dünyanın ən böyük gölüdür. Hüquqi baxımdan, Xəzərin dəniz və ya göl olub-olmadığını müəyyən etmək onunla bağlı qaydalara əhəmiyyətli təsir göstərə bilər.

Məsələn, sahilyanı dövlətlər Xəzərin göl kimi tanınması üçün 1991-ci ildə qəbul edilən Alma-Ata Bəyannaməsinə dair razılığa gəliblər. Amma dörd il sonra Qazaxıstan hüquqi baxımdan Xəzəri dəniz hesab etdiyini bildirib. Nəticədə ona BMT-nin Dəniz Hüququna dair Konvensiyası tətbiq edilib. Bununla yanaşı, sahilyanı dövlətlər arasında BMT Konvensiyasına əsasən Xəzəryanı regionunu idarə etmə barədə razılıq yoxdur və bu, son müqavilənin nail olunmasına təsir edə bilər.

Məlum problemləri nəzərə alaraq, beynəlxalq hüquq baxımından, Xəzərin delimitasiyası məsələsi "sui generis"dir (unikal hüquqi konstruksiyatərc.) və buna görə də. müstəsna hüquqi rejimə, yəni onun hüquqi statusunu tənzimləyən qaydalar çərçivəsinə ehtiyac duyur. Mübahisə çox böyükdür: 1970-ci illərdə İraqla olan anlaşmazlıqlarından sonra, son 40 ildə bu, İranın suverenliyi üçün ən böyük problemdir.

BMT Konvensiyasına əsasən, iki və ya daha çox ölkənin əhatə etdiyi dəniz və ya göl, əgər heç bir su yolu ona açıq sulara çıxış imkanı vermirsə, aşağıdakı qanunlara tabe olmadığı təqdirdə "qapalı dəniz" sayılır:

– Yelkənli fəaliyyət azadlığı və günahsız keçid prinsipi qapalı dənizlərə tətbiq edilmir.

– Bu cür su obyektlərinin idarə edilməsi və sərhəd zolaqlarının təyin edilməsi bütün ətraf ölkələr arasında razılaşma ilə əldə edilir.

– Sahilyanı ölkələrin balıqçılıq və qaynaqlar üzərində xüsusi hüquqları var.

– Sahilyanı ölkələrin bu suları tənzimləmək üçün müstəsna, o cümlədən qanunvericilik hüququ var.

Xəzəryanı dövlətlərin arasında Qazaxıstan və Azərbaycan BMT Konvensiyasının icrasına dəstək verir. Lakin Rusiya və İran – iki tarixi Xəzəryanı ölkə – regionda hərbi mövcudluq da daxil olmaqla, üçüncü ölkələrin mövcudluğuna dair fikirlə razılaşmır.

Rusiya, yeni potensial razılaşmalardan istifadə etmək üçün, 1921 və 1940-cı illərdə İran və Sovet İttifaqı arasında imzalanan müqavilələrin onların genişləndirilə biləcəyini düşünür. Həmçinin, Xəzərin su və ekosisteminin bölünməz bir orqanı olduğunu və onun ehtiyatlarının bütün beş sahilyanı dövlətə aid olduğunu vurğulayır. Beləliklə, dəniz resurslarının istifadəsi yalnız bütün tərəflər arasında çoxtərəfli razılaşma ilə icazə verilə bilər.

“Xəzərin işi”ndə bu baxımdan da unikal olan budur ki, Beynəlxalq Məhkəmə heç bir göllə bağlı qanunvericilik rejimi hazırlanmayıb.

Bəzi hökumətlər və beynəlxalq hüquqşünaslar daxili sularda tənzimləmə üçün səy göstərirlər. Məsələn, beynəlxalq ortaq təcrübə birdən çox ölkənin əhatə etdiyi göllərin ölkələr arasında bağlanmış müqavilələrlə idarə olunmasını şərtləndirir. Bu baxımdan, üç əsas ümumi təcrübə sistemi var: tam bölmə, bərabər bölüşdürmə və kondominium.

İran bu üsullara qanuni bir həll əlavə etdi: ədalət prinsipi əsasında fəaliyyət göstərmə.

Sovet İttifaqının dağılmasından az sonra İran Xəzər dənizi üçün bərabər bölüşdürmə sistemini həyata keçirirdi. Bu səydə Tehranın əsas məqsədi Moskva ilə əvvəlki razılaşmaların gücləndirilməsi idi, kondominium rejiminə əsasən, hər bir fərdi tərəf resursların istismarına müdaxilə etməli və bu yalnız onların mübahisə mövzusu olmalıydı.

İran hökumətinin sabit duruşu və sahilyanı ölkələr arasında mövqeyinin dəyişməsindən sonra Tehran beş ölkə arasında istismar hüquqlarının bölünməsi ideyasını qəbul etdi.

2014-cü ilin sentyabr ayında Həştərxan zirvə görüşündə sahilyanı dövlətlərin başçıları razılaşdıqları ərazi suları (15 dənizçilik mil) və eksklüziv balıqçılıq zonaları (10 dəniz mili) ilə razılaşıblar. Dəniz dibinin statusu və sualtı ehtiyatların payı kimi digər vacib məsələlər hələ də tam aydın deyil.

Həqiqətən, İranın mövqeyi dəniz dibini bölüşmək üçün "ədalətli mexanizm", həm də bütün beş ölkə üçün zəngin yeraltı qaynaqlarla məhdudlaşmır. Bu, Rusiyanın təklifinə əsasən, İrana dəniz dibinin 13% deyil, 20%-lik payını verəcək.

Sahilyanı ölkələrin heç biri bu günə qədər İran mövqeyini dəstəkləməyib. Beləliklə, böyük bir büdrəmə bloku qalır və Tehranın təklifinə razı olub-olmadığını və ya qarşılıqlı yeni bir təklifin masaya qoyulduğu dəqiqləşməyib.

Xəzər dənizinin yeni statusu ilə bağlı razılaşma layihəsi 2018-ci ilin əvvəlində Qazaxıstanda keçiriləcək sahilyanı ölkələrin liderlərinin növbəti sammitində yekunlaşdırılacaq.

Mətn yekunlaşdıqda İranın yeni Xəzər dənizi qanuni rejiminə girməsi parlamentdə və Keşikçilər Şurası tərəfindən təsdiq olunmalıdır. Potensial razılaşmanın həyata keçirilməsi təxminən otuz il sonra dünyada ən böyük dənizlərə çıxışı olmayan dəniz üzərində ən böyük qanuni problemi həll edəcək.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə