XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 14:38

QƏTƏR-ÇİN HƏRBİ ƏMƏKDAŞLIĞI:yeni silah növü Körfəz qonşularını qorxudub - TƏHLİL

Avad Mustafa

“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)

 

Qətər dekabrın 15-də, milli bayram günü keçirilən paradda yeni hücum qabiliyyətini nümayiş etdirməklə, qonşuları üçün birbaşa təhlükə olduğunu göstərdi.

Dohadakı hərbi parad zamanı Qətər silahlı qüvvələrinin Çin istehsalı olan yeni qısa mənzilli ballistik raketləri sərgilənib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hərbi-aerokosmik kəşfiyyat üzrə baş elmi katibi Duqlas Barri bildirir ki, Qətərin silahlı qüvvələri tərəfindən nümayiş etdirilən “SY400 BP-12A” raketləri səthi hücum sistemidir.

Barri "Al Arabiya English"-ə bildirib ki, “bu, statik və ya portativ, yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulmuş qısa mənzilli ballistik raketdir. Belə bir sistem səthi hücum qabiliyyətini təmin edəcək".

 

“SY400” ballistik raket sisteminin diapazonu Manama, Əbu-Dabi, Dubay və Riyaddakı hədəfləri əhatə edir

 

Sistemin diapazonu 400 km-ə qədərdir və o, Manama, Əbu-Dabi, Dubay və Riyaddakı hədəflərə zərbə endirə bilir.

"Trampın Milli Təhlükəsizlik Strategiyası çıxışından bir gün əvvəl Qətərin “SY400”-ü göstərməsi səhv idi". Bunu Vaşinqtonda yerləşən “Körfəz Dövlət Analitik” (Gulf State Analytics – GSA) düşüncə quruluşunun baş məsləhətçisi Teodor Karasik bildirib.

"SY400” yalnız Fars körfəzi qonşularına qarşı yönələn hücum raketidir. Qətər zəruri hallarda ona hücum edə biləcək “Terrorla Mübarizə Dördlüyü”nə təsirli cavabını göstərir", – Karasik "Al Arabiya English"-ə deyib.

Yeni satın alma Qətərin digər hərbi nümunələrindən fərqli görünür, Durham Universitetinin tədqiqatçısı və GSA müşaviri Metyu Hedces xəbərdarlıq edir.

"Qətər, Britaniyanın “Rapier” hava hücumundan müdafiə sistemləri, Amerikanın “Patriot” sistemləri və son zamanlarda ABŞ-dan “THAAD” raket əleyhinə müdafiə sistemini satın almağa razılaşıb və raket əleyhinə müdafiə təminatını davam etdirir".

"Daha uzun “BP-12A” buraxılış qurğuları ilə dəyişdirilmiş “SY400” sisteminin rəsmi nümayişi Dohanın yüksək təcavüzkar hərəkətinin göstəricisidir", – Hedces əlavə edib.

Karasikin sözlərinə görə, Qətərin “SY400”-ü satın alması ilə bağlı danışıqlar 2014-cü ildə Körfəz Əməkdaşlıq Şurasının Qətərlə bağlı mübahisəsindən sonra başlayıb. Həmin vaxt BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn səfirlərini Dohadan geri çağırıb.

"Doha bu vaxt Pekinlə gözlənilməz müqavilə ilə bağlı uğurlu danışıqlar aparıb. Qətər, Çin ilə qapalı müzakirələrlə, Dohaya etibar edilməməsinin lazım olduğunu təsdiqləyir", – Karasik deyib.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə