XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 05:54

Pənah Hüseyn DTK arxivlərinin SİRRİ-ni bilir: AXC höküməti agent siyahısını açmaqdan niyə İMTİNA edib –AÇIQLAMA

kgb.jpg

“Agentura və operativ kəşfiyyatın fəaliyyətdə olan məxfi əməkdaşlarının siyahısının açıqlanması məsələsi əlahiddə bir mövzudur. 1992-ci ildə bu məsələ parlamentdə qaldırılarkən Milli Təhlükəsizlik Nazirliyi yeni müstəqillik qazanmış Azərbaycan üçün o dövrdə fəaliyyətdə olan agentura şəbəkəsinin açıqlanmasının faydalı olmadığını və dövlətin təhlükəsizlik maraqlarına zərər vuracağını bəyan etdi”.

“Strateq.az” bildirir ki, bu sözləri Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn Ukraynada DTK arxivlərinin açılması barədə qərarını musavat.com-a şərh edərkən bildirib.

“Azərbaycanda hərbi və xarici kəşfiyyatın operativ arxivləri yox idi”

O qeyd edib ki, 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonar DTK arxivlərinin açılması məsələsi qaldırılıb. Lakin bununla bağlı mütəxəssislər etiraz ediblər.

“Əsas arqumentlərdən biri isə ondan ibarət oldu ki, keçmiş SSRİ-də başlıca xüsusi xidmət orqanları mərkəzləşdirilmiş şəkildə mövcud idi. Məsələn, hərbi kəşfiyyatın, strateji xarici kəşfiyyatın operativ arxivləri, ümumiyyətlə, Azərbaycanda yox idi. Həm də SSRİ dövründə vahid ölkə olduğu üçün insanların böyük əksəriyyəti hansı respublikada yaşamasından asılı olmayaraq ittifaqın müxtəlif yerlərində hərbi xidmətdə olur, ali təhsil alırdılar, iqtisadiyyat və digər sahələrdə, o cümlədən partiya inzibati orqanlarında çalışırdılar. Və onlar xüsusi xidmət orqanları ilə əməkdaşlığa ya mərkəzdə, ya digər respublika ərazisində cəlb edilə bilərdilər”-deyə P.Hüseyn qeyd edib.

AXC nədən ehtiyat edib? DTK agentlərini hanı tale gözləyirmiş?

Əsas təhlükəni digər respublikaların ərazilərində əməkdaşlığa cəlb edilmiş agentlər təşkil edirdi. çünki respublikada artıq milli xüsusi xidmət orqanlarına məlum olan məxfi əməkdaşların neytrallaşdırılması və zərərsizləşdirilməsi mümkün idi: “Respublikaya məlum olan məxfi əməkdaşların adının açıqlanması həmin başqa yerlərdə cəlb olunmuş əsas məxfi əməkdaşların arxayın düşməsinə və artıq xarici ölkə olmuş keçmiş SSRİ respublikalarının təzyiqi altında qalmalarına və şantaj olunaraq, yaxud könüllü şəkildə həmin ölkələrə casusluq etmələrinə şərait yaradardı. Yəni arxivlərin açılmasının əleyhinə olanlar- bunlar da əsasən mütəxəssislər idi – əsaslandırdılar ki, əslində Azərbaycanda olan məlumatların açıqlanması problemi nəinki həll edərdi, əksinə, daha da dərinləşdirərdi. Və ölkə üçün istənilən effekti də verməzdi. Müzakirələrdə bu arqument üstün gəldi və məlum mövqe qəbul edildi”.

P.Hüseyn: “DTK arxivlərində hansı adların olduğunu bilirəm”

P.Hüseyn bildirib ki, 1992-1993-cü illərdə siyasi rəhbərliyə daxil olan və bütün xüsusi xidmət orqanlarının fəaliyyətini prezident hakimiyyəti xətti ilə kurasiya edən vəzifəli şəxs kimi ona bu arxivlərdə adbaad olmasa da, nəyin olub-olmaması bəllidir.

“Lakin bunlar dövlət sirri olduğu üçün açıqlanmasına ehtiyac yoxdur: “Prinsipcə isə bu məsələdə xarici təcrübə də öyrənilərək hansısa formada həlli istiqamətində yeni yanaşmalar və addımlar mümkündür”.

X. Səfərli