XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 06:47

Hillari Klinton Ermənistana GƏLİR

klinton.jpg

ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klinton qondarma “soyqırım”la bağlı tədbirlərdə iştirak etmək üçün aprelin 23-24-də Yerevana səfər imkanlarını müzakirə edir.

“Strateq.az” bildirir ki, bu barədə Medmaks Agentliyinə ABŞ Konqresindəki erməni məsələsini öyrənilməsi üzrə qrupdan bildirilib.

Mənbənin sözlərinə görə, Hillari Klinton hələlik yekun qərarı qəbul etməyib. “Hazrıda Yerevana səfərlə bağlı müzakirə davam edir” – deyə mənbə bildirib.

Konqresdəki bu qrupa 90 konqresmen daxildir.

Qeyd edək ki, bir neçə gün əvvəl Hillari Klinton ABŞ prezidentliyinə namizəd olacağını rəsmən açıqlayıb.

ABŞ-ın Ermənistandakı səfirliyi isə bir neçə gündən sonra Yerevana gələcək Amerika nümayəndə heyətinin adlarının açıqlanacağını vəd edib.

Hillari Klinton ABŞ dövlət katibi olarkən 2009-cu ildə Türkiyə Ermənistan protokollarının hazırlanmasında fəal iştirak edib.

X. SƏFƏROĞLU




Yuxarı Əvvələ Ana Səhifə