XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 19:39

Ən yaxın gələcəyin müharibəsinin qorxulu mənzərəsi:nanosilahlar, əsgəri döyüşsüz təslimə vadar edən cihazlar ... - Araşdırma

Salim Saləmeyn əl-Nuaymi

Al Ittihad (BƏƏ), 22.12.2017

 

Sahilyanı şəhərə atılan və yalnız müəyyən geni olan adamları məhv edən “ağıllı bomba” – bu, elmi fantastikadır, yoxsa inkişaf etmiş ölkələrin bu gün yaşadığı gerçəklik?

Böyük dövlətlərin hərbi məsələdə, o cümlədən robot texnikası, nanotexnologiyalar, biotexnologiya, kosmik və informasiya texnologiyaları, lazer, elektrik-maqnit dalğaları və gen mühəndisliyində elmi, texnoloji və texniki nailiyətləri buna aparır ki, gələcəyin müharibələri tamamilə özgər cür olacaq. Nanosilah daha böyük təhlükə təşkil edir və nüvə silahındansa o daha dağıdıcı qüvvəyə malikdir. Nəticədə ABŞ, Rusiya və Çin kimi ölkələr nanotexnologiya sahəsində araşdırmalara milyardlarla dollar yatırır. Nanosilah insan tükündən nazikdir və uçan həşəratı xatırladır. O, insan dərisinin yoluxdurulması, böyük şəhərlərdə su təchizatı qaynaqlarının çirkləndirilməsi kimi müxtəlif vəzifələrin icrası üçün nəzərdə tutulub. Bu süni həşəratlar otaqdakı milçək kimi uça və zəhəri əşyalara, yeməyə və adamlara səpə bilir.

Ölüm daşıyan digər silah iqlim və yaxud atmosfer silahı, həmçinin yeni texnologiya – yeni hava hadisələri törətmək üçün müəyyən hava yüksəkliklərində yayılan xüsusi kimyəvi maddədir. İstifadə olunan kimyəvi maddələr onların elan edilən vəzifələrindən – güclü yağış, aclıq, xəstəlik və qasırğalar kimi – asılı olaraq fərqlənir. Birləşmiş Ştatlar “Qalxan” adını almış layihəni işə salmaq üçün Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkialtının (ÜST) təqdirini əldə etməyə nail olub. Layihə çərçivəsindəki iş BMT-nin himayəsi altında 50 il ərzində aparılacaq. Həmçinin planlaşdırılır ki, ABŞ Hərbi-Hava qüvələri ən yaxın 10 ildə iqlim silahını silahlanmaya qəbul edəcək.

Digər tərəfdən, çağdaş münaqişələrdə robotların işə salınması prosesi şiddətlə sürətləndirilir. Bu gün Amerika qoşunlarında yeddi mindən çox pilotsuz uçuş aparatı var, mexanizmlərin miqdarı isə 12 min təşkil edir. Onlar yolun şəklinin çəkilişi, düşmənə hücum, bombaların aşkarlanması üçün nəzərdə tutulub, həmçinin kamera və pulemyotlarla təchiz edilmiş robotları var. Əlbəttə, bu inqilab təkcə Amerikaya aid deyil. Britaniyadan Çinədək, ən azı, 87 ölkə hərbi robot sistemlərindən müəyyən dərəcədə faydalanır və hamısı öz cəbbəxanasını, o cümlədən milçəkquşu ölçüsündə, cəmi 18 qram gələn uçuş aparatlarını sürətlə artırır. Maşın və robotlar 25 ildən sonra kənardan insan müdaxiləsi olmadan qərar qəbul edə bilər, çünki elektron qarşıdurması qərarların çoxunun çox böyük rəqəmsal sürətlə qəbul edilməsi üçün sünni intellektin proqramlı alqoritmlərlə birgə işlədiyi sahələrdən biridir.

Lap yaxın gələcəyin müharibələrində işlədiləcək ən cəlbedici silah növlərindən biri partlayış və müdafiə metallarından, xüsusən də zirehli  maşınlara nüfuz etməkdə texnoloji potensiala sahib olan bioloji silah və zirehdeşən raketlərdir.

Amerikanın Fars körfəzindəki gəmilərində quraşdırılmış lazer topları da var. Onlar informasiya ötürülməsi, dinc dövrdə  ötürücü kimi istifadə oluna və lazer enerjisi və saniyədə 2, 4 km sürətlə (səs sürətindən yeddi dəfə çoxdur) raket buraxmağa qabil yeni mexanizmdən istifadə etməklə təyyarələri düşmən raketlərindən qoruyan güclü lazer müdafiəsi sisteminin tərkib hissəsi ola bilər. O, İsrail və Almaniya şirkətlərinin əməkdaşlığının gedişində hazırlanıb və əsgərin fırlanmaq qabiliyyətinə görə ona 90 dərəcə altında atəş açmaq imkanı verir. Həmçinin aşkarlanması mümkünsüz “sakit silah” var. O, bir dəqiqədə 1200 dəqiq atəş aça bilir, bu isə o deməkdir ki, tuşlandığı istənilən adamı öldürər. Süni intellekt nə dərəcədə qəlizliyindən asılı olmayaraq şirfələmənin istənilən kodunu qırmağı bacaran kvant bilgisayarları hazırlamaq imkanı verir.

İlk addım kimi mexaniki kostyumun (“dəmir adam”) hazırlanması əsgərlərə ağır işləri icra etməyə şərait yaradır. Həmçinin texnoloji inkişaf dərəcəsinə görə kompleks silah sistemi, son dərəcə yüksək dəqiqliklə zərbə enidrməyə qabil və yaxalanması son dərəcə çətin olan  qitələrarası raketlər hazırlamaq mümkün olacaq. Hətta güllələr də görməyə alışdığımız kimi olmayacaq. “Ağıllı güllə” istənilən hədəfi vura bilməyə qabil şəkildə proqramlaşdırılmış kiçik qurğu ilə təchiz olunacaq. Nəhayət, aşağı tezlikli şüasaçan, beyindı konkret ideyaları səfləyən və bununla da adamı hələ döyüş başlamamış təslim olmağa vadar edən qurğular yaradılıb.

 

Salim Saləmeyn əl-Nuaymi BƏƏ-dən araşdırıcıdır, dinc yanaşı yaşamaq problemi və mədəniyyətlərarası dialoqu araşdırır.

Tərcümə Strateq.az-ındır.