XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 10:03

BAKININ DOSTLARI DÜŞMƏNƏ ÇEVRİLİR:Prezident Əliyev İsrail-İran-Türkiyə üçbucağında necə manevr edəcək? – Təhlil

Stanislav Tarasov

regnum.ru, 24.12.2017

 

Azərbaycan Cənubi Qafqaz – Yaxın Şərq münasibətləri sistemində dərin tarazlığı itirərək tez-tez çətin duruma düşüb və düşür. “Bir millət – iki dövlət” doktrinasını əsas götürərək Ankara ilə alyansda olan Bakı Türkiyənin Cənubi Qafqazda güclənməsindən narahat olan və İrəvanı dəstəkləməklə geopolitik əks-tarazlıq quran Tehran tərəfindən özünə qarşı qaçılmaz şəkildə müqavimət törədib.

Azərbaycan isə öz növbəsində İsraillə hərbi-texniki və siyasi əməkdaşlığı inkişaf etdirməyə başlarkən, İran xəbərdarlıqla çıxış edib ki, “İsrail – müsəlmanlar üçün qırmızı xətdir” və bu dövlətlə münasibətlər qurmaq üzrə heç bir hərəkət həyata keçirməməyə çağırıb.

Bir zamanlar müxtəlif qoşqularla – o cümlədən Gürcüstan – Azərbaycan-Türkiyə-İsrail “ox alyansı”nın meydana çıxması ehtimalı haqda danışırdılar. Lakin İsraillə əvvəlcə Fələstin, sonra isə kürd istiqamətində toqquşan Ankara israillilərlə münasibətləri sərt şəkildə kəskinləşdirməyə gedib və alyansdan qopmağa başlayıb.   

Bakı siyasətçiləri “dostun düşməninin dostu” durumunda görünməmək üçün Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında vasitəçi kimi çıxış etmək planları ilə yaşayıblar. Lakin Suriyada Ankara və Tehran arasında mövqelərin yaxınlaşma prosesləri başlayanda Bakı potensialca Türkiyə və İsrail arasında çətin seçim qarşısında qoyulub. Azərbaycan hər iki dövlətlə münasibətlərdə status-kvonu saxlamağa səy edib. Lakin durumun özəlliyi bundaydı ki, indi Türkiyə Bakını öz tərəfinə dartmağa başlayıb. Çox uzaqda deyil, Ankara bu ilin sentyabrında, az qala, “qardaş Azərbaycanı Təl-Əvivlə münasibətləri yenidən nəzərdən keçirməyə” çağıraraq Bakı neftinin Türkiyənin Ceyhan limanı üzərindən İsrailə tranzitini dayandırmaq hədəsi gəlib.

Azərbaycan elitasının bir qismi bununla bağlı Yaxın Şərqə açılan çıxış perspektivini durumu Dağlıq Qarabağ münaqişəsini öz ssenarisi üzrə tənzimləməyə konversiya etmək imkanı kimi qiymətləndirib. Başqa bir qism bunda böyük təhlükə görüb. Bu haqda diskussiya Bakıda tamamlanmamış qalır, lakin ABŞ prezidenti Donald Trampın törətdiyi Yerusəlim böhranı deyilən hadisə və Azərbaycanın islam ölkələri tərəfində çıxş edərək BMT-də  amerikalıların Yerusəlimi İsrailin paytaxtı qəbul etməsi və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsini psiləyən qətnaməyə dəstək səsi bölgədə qüvvələrin yeni bölgüsünü aydın görüntüləməyə başalyıb.

Birincisi, Bakı Türkiyənin kəskin antiamerika bəyanatlarını faktiki olaraq müdafiə edib.

İkincisi, Ankara və Tehranla birlikdə antiisrail cəbhəsi tərəfdə görünüb.

Düzdür, Azərbaycan Türkiyə və İrandan fərqli olaraq ABŞ və İsrailə  qarşı kəskin, açıq şəkildə çıxış riskinə getməyib. Amma ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heylinin “kimlərin səs verdiyini yadda saxlayacağıq” hədəsinin Bakıya münasibətdə gerçəkləşdirilməsi imkanı qalır. İsrail öz növbəsində eyham vurub ki, “bu məsələ üzrə Ankaranın mövqeyini bölüşən Azərbaycanla münasibətləri özü üçün daha mühüm sayır”.

Hazırda Bakıda bildirirlər ki, “Azərbaycanın mövqeyi İsrail və Türkiyə ilə münasibətlərə və bundan sonrakı əməkdaşlıq planlarına heç cür təsir etmir”.

Lakin bu, Bakını tarazlaşdırılmış xarici siyasət kursunu saxlamağın əməldə artıq qeyri-mümkün olduğu Yaxın Şərq geopolitikasına fəal şəkildə cəlb edir.

İlham Əliyev və Avigdor Liberman

 

İsrail müdafiə naziri Avigdor Liberman bu günlərdə yəhudi dövlətinin Türkiyə ilə iqtisadi münasibətlərini yenidən nəzərdən keçirməyə çağırıb. İsrail baş qərargahının rəisi Qadi Ayzenkot öz növbəsində Səudiyyənin “Elaph” qəzetinə müsahibə verib və “ərəb dövlətləriylə birlikdə İranın bölgəsəl ekspansiyasına qarşı mübarizə üzrə koalisiya qurmağa hazır olduğunu” bəyan edib. Elə onun sözlərinə görə, “İsrail öz güvənliyinə qarşı gerçək təhlükə duyan kimi, hökumət siyasi ritorikadan güc əməliyyatlarına keçəcək – özü də təkcə Suriyada deyil, həm də bölgənin potensial təhlükə qaynaqlanan digər rayonlarında”. Və bu, Səudiyyə Ərəbistanının İranla, həmçinin Türkiyə ilə münasibətlərinin son zamanlar şiddətli kəskinləşməsi fonunda deyilib.

Türkiyə politoloqu Engin Özərin hesab etdiyinə görə, Bakı “İsraillə o cümlədən hərbi sahədə sıx əməkdaşlıq edir və dövlətlərarası səviyyədə münaqişə başlansa, onda bu, Azərbaycan üçün müəyyən təhlükələr ehtiva edəcək”.

Bakı öz müttəfiq və tərəfdaşlarının qarşıdurması halında hadisələrin fors-major ssenarisi üzrə inkişafında harada və kimin tərəfində görünəcək?

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə