XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Dekabr 2017 - 11:52

İran naziri:“İran Rusiya bazarını itirir, Türkiyə isə sürətlə fəth edir” – Təhlil

RF prezidenti Vladimir Putin və İİR prezidenti Həsən Ruhani

 

Farda (İran), 24.12.2017

 

TASNİM informasiya agentliyi: İran iqtisadiyyat və maliyyə naziri Rusiya bazarının İran üçün, demək olar, itirildiyini bildirərək deyib: “Rusiya İran mallarına lap çoxdan yaşıl dəhliz təqdim edib, amma İran bundan qətiyyən istifadə etməyib. Bu dəhlizlə Rusiyaya İranın yeganə bir şirkəti gedir”.

Məsud Kərbasian İran Ticarət-Sənaye Palatası yanında dövlət və özəl sektor arasında dialoq üzrə Şuranın toplantısındakı çıxışında İran və Rusiyanın ticarət münasibətləri probleminə toxunub. O xüsusən də deyib ki, İran İslam Respublikası Mərkəzi Bankının siyasəti hər iki ölkənin milli valyutasının istifadəsi üzrə mexanizmlər yaradılmasına yönəlib və bu mövzu rəsmi nümayəndə heyətinin bu yaxınlarda Soçiyə səfərində müzakirə olunub.

Onun fikrincə, iki ölkənin “valyuta sazişi imzalamaq yönündə irəliləməsi lazımdır”, çünki “bizim dayanıqlı və daimi ticarət mübadiləmiz var və bizə heç bir “üçüncü” valyuta lazım deyil”.

Nazir malların İrandan Rusiya nəql çətinliklərindən danışaraq söyləyib ki, “İranı Mərkəzi Asiya və deməli, Rusiyaya  bağlayan dəmiryol xətti iki həftədən sonra cərgəyə qoşulan kimi bu daşımaların bahalığına ən yaxın vaxtlarda son qoyulmalıdır. Bu marşrut kommersiya nəqliyyat daşımaları üçün də çox münasib olmalıdır”.

İqtisadiyyat naziri həmçinin bildirib ki, İran tərəfi İranla ticarət üçün Rusiyanın təqdim etdiyi “yaşıl dəhliz”dən son dərəcə zəif istifadə edir. Nazirin sözlərinə görə, İrandan ixracat maddələri üçün 25% güzəşt qabaqcadan nəzərə alınıb, amma indiyə qədər bu imkandan İranın yalnız bir-iki şirkəti faydalanıb.

Nazir davam edib: “İranın Avrasiya İqtisadi Birliyinə  üzvlüyü haqda danışıqlar davam edir, İranın danışıqlarda iştirakının bütün ayrıntıları praktik olaraq dəqiqləşdirilib və İran tərəfi bunu diqqətlə izləyəcək”.

İqtisadiyyat və maliyyə naziri İran malları üçün Rusiyaya yaşıl dəhlizin varlığını izah edərək vurğulayıb ki, Rusiyanın təsdiq etdiyi ixracat tarifləri üzrə Rusiya tərəfindən İran ixracatının hər bir maddəsinə 25% güzəşt verilib.

Bundan başqa, – nazir əlavə edib. – “Росэксимбанк” iranlı ixracatçıların sərəncamına kredit xətti təqdim edib, lakin bundan daha fəal şəkildə faydalanmaq gərəkdir”.

Kərbasian bununla yanaşı geniş imkanların mövcudluğuyla bərabər Rusiya bazarının İran istehsalçısı üçün tamamilə itirilə biləcəyindən şikayətlənərək qeyd edib: “Rusiya-Türkiyə ticarət münasibətlərinə nəzər salaq. İki ölkənin münasibətlərində yer almış məlum çətinliklər ancaq-ancaq tənzimlənib və türklər Rusiya bazarlarında itirmiş olduqları mövqelərə sürətlə yenidən qayıdırlar”.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə