XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 12:30

QƏRBİN GÖZLƏRİ 16 YAŞLI FƏLƏSTİNLİ QIZI NİYƏ GÖRMÜR? –"Əl-Cəzirə" iki siyasi fəala fərqli təpkinin səbəbini açıqlayır - TƏHLİL

 

Şenila Xoca-Mulci

“Al-Jazeera” (Qətər)

 

16 yaşlı fələstinli qız Ahid Tamimi bu yaxınlarda evinə edilən gecə basqını zamanı həbs olundu. İsrail rəsmiləri onu İsrail əsgərinə və zabitinə "hücumda" ittiham edirlər. Bir gün əvvəl o, evinin arxa bağçasına girmiş İsrail əsgərlərinə müqavimət göstərmişdi.

Hadisə bir əsgərin Ahidin 14 yaşlı əmisi oğlunu kauçuk güllə ilə vurduqdan və qəflətən pəncərələri qıraraq içəri gözyaşardıcı qaz qumbarası atdıqdan qısa müddət sonra baş verib.

Yeniyetmə qızın anası və əmisi oğlu daha sonra həbs olunub. Üçü də hazırda həbsdədir.

Qərb feminist qrupları, hüquq müdafiəçiləri və dövlət rəsmiləri yeniyetməyə dəstək vermədilər.

Halbuki Məlalə Yusifzəy hətta G-20 Sammitində yüksək səviyyədə qəbul edilmişdi.

15 yaşlı pakistanlı fəal Məlalə Yusifzəy “Taliban” üzvü tərəfindən başından vurulduqda, təpkilər çox fərqli idi. Birləşmiş Krallığın sabiq baş naziri Qordon Braun "Mən Məlaləyəm" başlıqlı petisiya dərc etmişdi. UNESCO "Məlalə üçün ayağa qalxın!" kampaniyasına başladı.

Məlalə əvvəlcə prezident Barak Obama, daha sonra BMT Baş katibi Pan Gi-mun ilə görüşə dəvət edildi və BMT Baş Assambleyasında çıxış etdi. 2013-cü ildə Nobel Sülh mükafatı, "Glamour", "Time Magazine" və " Woman" jurnallarının mükafatları aldı, “100 ən nüfuzlu şəxs”dən biri oldu.

Hillari Klinton və Culiya Gillard kimi dövlət nümayəndələri, həmçinin Nikolas Kristof kimi tanınmış jurnalistlər onu dəstəklədilər. Hətta Məlalə Günü mövcuddur!

Ancaq #IamAhid və ya #StandUpForAhid kampaniyalarını görmürük. Fövqəladə feminist və hüquq qruplarının heç biri – heç kəs İsrail əleyhinə tənbeh səsləndirməyib. Əslində, ABŞ Ahidlə söhbət üçün vizasını da ləğv edib.

Ahid, Məlalə kimi, ədalətsizliyə qarşı müqavimətdə mühüm işlər görüb. O, İsrail məskənlərinə etiraz edir. O, işğal dövründə əmisi və əmioğlunu itirib, yəni şəxsi qurbanlar verib. Onun valideynləri və qardaşları dəfələrlə həbs olunub. Anasının ayağında güllə yarası var. İki il bundan əvvəl yayımlanan bir videoda Ahidin kiçik qardaşını müdafiə etdiyi əks olunub.

Niyə belədir? Məlalə beynəlxalq etirazdan faydalanır, Ahidlə bağlı isə təpki yoxdur…

Bu sağır səssizliyin bir neçə səbəbi var. Bunlardan birincisi dövlət şiddətin qanuni kimi qəbul edilməsidir. “Taliban” və ya “Boko Haram” döyüşçüləri kimi qeyri-dövlət aktyorlarının düşmən hərəkətləri əksər hallarda dövlət tərəfindən qeyri-qanuni təcavüz hesab edilir.

Bu, qanunsuz həbslər və polisin açıq-aydın zorakılıq formalarını deyil, həm də torpaq və su da daxil olmaqla, resursların ayrılması kimi daha az açıq təhdidlərə də şamildir. Dövlət bu hərəkətlərdə ədalətsizliyə məruz qalmış qurbanları ədalətsiz təqdim edir.

…İsrail polisi bənzər bir strategiyanı izləyir. Onlar Ahidin həbsini uzatmaq üçün iddia ediblər ki, o, əsgərlərə (dövlət nümayəndələrinə) "təhlükə yaradır" və dövlətin fəaliyyətinə (istintaqa) mane ola bilər. İsrailin təhsil naziri Naftali Bennett deyir ki, Ahid və ailəsinin "həyatı həbsxanada bitirməlidir".

Ahidin əzabı həm də Qərbin selektiv humanizmini ortaya qoyur: yalnız xüsusi qurumlar və səbəblər müdaxiləyə əsas verir…

 

Tərcümə: Strateq.az